Bir mesajın FACİƏSİ: Bakıda qadın ərini BALTALADI - TƏFƏRRÜATLAR

Bir mesajın FACİƏSİ: Bakıda qadın ərini BALTALADI - TƏFƏRRÜATLARQısa arayış...

2023-cü il yanvarın 21-də Bakıda 1987-ci il təvəllüdlü Ceyhun İmaşov ağır xəsarət alaraq, xəstəxanaya yerləşdirilir. Baş nahiyyəsindən ağır xəsarətlər alan zərərçəkmiş KlinikiTibbi Mərkəzdə dərhal əməliyyata götürülüb. Həkimlərin müdaxiləsi nəticəsində onun həyatı xilas olunub. Hadisə ilə əlaqədar Qaradağ rayon Polis İdarəsinə məlumat verilib.

Daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları istintaq araşdırmalarına başlayıblar. Məlum olub ki, hadisə Qızıldaş qəsəbəsinin 4-cü massivində yerləşən fərdi evdə baş verib. Müəyyənləşib ki, Ceyhunu arvadı 1995-ci il təvəllüdlü Lalə İmaşova yaralayıb.

Faktla bağlı Qaradağ RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə başlanılan cinayət işi istintaqın davam etdirilməsindən ötrü rayon prokurorluğuna göndərilib və qadının əməli CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilib.

Lent.az cinayət hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, yanvarın 21-i saat 5 radələrində Ceyhun İmaşov Lalə İmaşovanın mobil telefonunda, "Whatsapp" tətbiqi vasitəsi ilə naməlum profildən daxil olmuş mesaj görüb və yoldaşını ona xəyanət etməkdə günahlandırıb. Aralarında davam edən mübahisə zamanı qadın dəhlizdən götürdüyü baltanın kəsici hissəsi ilə, qonaq otağında ərinin başına arxadan 2 dəfə zərbə vurub. Ceyhun İmaşov vaxtında xəstəxanaya çatdırıldığından onun həyatını xilas etmək mümkün olub.

İş üzrə dindirilmiş Lalə İmaşova bildirib ki, 2011-ci ildə Ceyhun İmaşovla ailə həyatı qurub, 3 övladı var. Ara-bir yaranan mübahisələr zamanı yoldaşı onu döyüb, lakin ailəsinin dağılmaması üçün o, Təcili Yardıma və polisə müraciət etməyib:

"2023-cü il yanvarın 20-də yatmağa gedərkən qızım informatika dərsini etmək üçün telefonumu istədi. Beləliklə də, mobil telefonum axşamdan qızımda qaldı. Yanvarın 21-i saat 5 radələrində ərim işə getmək üçün yuxudan oyandı. Qızımdan telefonu alan Ceyhun "Əli M" adlı profildən "darıxmaq şərt deyil" sözləri yazılmış mesaj gəldiyini dedi. Bundan xəbərim olmadığını və telefonun axşamdan övladımda qalmasını bildirsəm də, yoldaşım əl çəkməyərək, həmin şəxsin niyə bu cür mesaj göndərdiyini soruşdu. Mən də dedim ki, özün Əli müəllimə zəng edib səbəbini soruş. Amma Ceyhun həmin şəxsə zəng etmədi. Daha sonra ərim mesajı qardaşıma göndərdi. Əsəbləşərək, təhqiramiz ifadələr işlətməyə başladım. Qonaq otağında olanda Ceyhun yumruqla başıma zərbə vurdu. Dəhlizə tərəf qaçsam da, ərim saçımdan tutub başımı 2-3 dəfə döşəməyə çırpdı. Başımı kəsəcəyini deyən yoldaşım bıçaq götürmək üçün dəhlizdən otağa qaçdı. Qonşuların yuxudan oyanıb məni Ceyhunun əlindən ala bilməyəcəklərini düşünüb özüm onun qarşısını almağı qərarlaşdırdım.

Bu an dəhlizdə, pilləkənlərin altında olan baltanı gördüm. Onu götürüb qonaq otağına getdim. Ceyhun ayaqüstə, üzü masaya tərəf dayanmışdı. Masanın üzərindən bıçaq götürmək istəyən Ceyhunun başına arxadan ilk zərbəni vurdum. Ərim çevrilib, əli ilə boğazımdan tutaraq, məni boğmağa çalışırdı. Əlbəyaxa olduq. İkinci zərbə səhv etmirəmsə, boyun nahiyyəsinə dəydi. Daha sonra balta əlimdən yerə düşdü. Sonra evdən çölə çıxdım. Qışqırıq səsinə qonşular həyətə gəldilər. Bundan sonra məni qardaşımın evinə, Ceyhunu isə xəstəxanaya apardılar. Hadisə vaxtı uşaqlarım yuxudan oyansalar da, yataq otağında idilər".

Lalə İmaşova əlavə edib ki, əri dəhlizdən qonaq otağına keçərkən onu ölümlə hədələyib. Əvvəllər mübahisələri olsa da, heç vaxt bu həddə gəlib çamayıb. Hadisə zamanı o, özü də boynundan, başından və ayağından xəsarətlər alıb. Mübahisə təxminən yarım saat davam edib.

Zərərçəkmiş Ceyhun İmaşov ifadəsində göstərib ki, fərdi qaydada qaynaqçı kimi çalışır:

"Yanvarın 21-də Hövsan qəsəbəsinə getmək üçün yuxudan oyandım. Uşaqların yatdığı qonaq otağına keçərək, qızımdan.Lalənin telefonunu götürdüm. "Whatsapp" tətbiqinə "Əli M" adlı profildən mesaj gəldiyini gördüm. Sonra öz mobil telefonumla həmin mesajın şəklini çəkdim.

Yataq otağına keçib mesajın kimdən göndərildiyini soruşanda, Lalə nömrəyə baxıb tanımadığını dedi. Arvadıma işə getməyəcəyimi və bu məsələni bu gün həll edəcəyimi dedim. Masa arxasında oturub çay içərkən arxadan başıma zərbə endirildi. Arxaya çevriləndə ikinci zərbə vuruldu. Bundan sonra, mobil telefonumla qardaşım Aqilə zəng edərək, qan itirdiyimi və təcili gəlməyini söylədim. Özüm Təcili Tibbi Yardıma zəng etdim. Sonra Kamran adlı qonşum gəlib mənə köməkli göstərdi. Təxminən 20 dəqiqədən sonra qardaşlarım Aqil, İsmayıl və Aslan gəldilər. Təcili yardım briqadası məni xəstəxanaya apardı".

Şahid qismində dindirilmiş Əli Abbasov bildirib ki, 2001-ci ildən Qızıldaş qəsəbəsində yerləşən 180 saylı orta məktəbdə Azərbaycan dili-Ədəbiyyat müəllimi vəzifəsində işləyir:

"Lalə İmaşovanm qızı dərs keçdiyim 5-ci sinfində oxuduğuna görə Lalə İmaşova, övladının dərsləri ilə maraqlanmaq üçün vaxt aşırı mənimlə əlaqə saxlayırdı. "Whatsapp" proqramında müəllimlərin və valideynlərin yazışma qrupu yaradılmışdı. Yanvarın ortalarında məktəbdə "Böyük Summativ Qiymətləndirmə" aparılıb və həmin qiymətləndirmənin nəticəsindən asılı olaraq şagirdlərin sinifləri dəyişilib. Bununla əlaqədar uşaqlarda mənim onların müəllimləri olmayacağımla bağlı düşüncələr yaranıb. Yanvarın 21-i gecə saat 1-də Lalə xanımın işlətdiyi "Whatsapp" proqramında "sinfimizi dəyişmək istəmirik, sizin üçün darıxırıq" sözlərində ibarət cümlə yazıldığını gördüm. Mən də cavab olaraq "darıxmaq şərt deyil" cümləsi yazaraq, telefonu söndürdüm. Baş vermiş hadisə ilə əlaqədar fevral ayında Qaradağ rayon Polis İdarəsinə çağırılaraq ifadə vermişəm. Lalə İmaşova ilə aramızda valideyn-müəllim münasibətindən başqa heç nə olmayıb. Sonradan bilmişəm ki, mesaji Lalə İmaşovanın qızı yazıb. Şagirdim imtahanda zəif qiymət aldığından, gələcəkdə dərslərini yaxşı oxuyacağını, onları tərk etməməyimi və mənim üçün darıxacaqlarını bildirib. Daha sonra isə, valideynləri dərslərinin pis oxuduğunu bilməsin deyə, qorxub mesajı silib".

Şahid Kamran Xurşudov bildirib ki, yanvarın 21-də səhər arvadı onu oyadaraq, çöldən qışqırıq səsləri gəldiyini deyib:

"Qonşum Ceyhun İmaşovun qışqırıb, kömək istədiyini eşidib, dərhal hasardan həyətlərinə tullandım. Əvvəl Ceyhunun Laləni bıçaqla vurduğunu düşündüm. Yaxınlaşanda qonşumun başından qan gəldiyini və ona görə də arvadının köynəyinin qana bulaşdığını gördüm. Sonra evdən yod gətirərək, ona ilkin tibbi yardım göstərdim".

Məhkəmə iclasında Lalə İmaşova ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, özünü müdafiə edib, başqa çıxış yolu olmayıb. Zərərçəkmiş Ceyhun İmaşov bildirib ki, arvadı ilə heç vaxt barışmayacaq və ona qanuna müvafiq cəza verilməsini xahiş edib.

Məhkəmə Lalə İmaşovanın ifadələrini - işin faktiki hallarına uyğun olmayan, özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirib. Çünki o, Ceyhun İmaşova balta zərbələri vurduqdan sonra, sonuncu evdən çölə qaçmaq istəyib. Amma o, yoldaşının ayağlarından tutub həyətə çıxmasına və qonşuların hadisə yerinə gələrək kömək etmələrinə mane olub. Qadın özündən asılı olmayan səbəblərə görə zərərçəkmişi öldürə bilməyib.

Məhkəmə Lalə İmaşovanın əməlini Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə tövsif olunmasını və buna görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalandırılmasını əsaslı sayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Lalə İmaşova 9 il müddətinə azadlıqdan məhrum olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 878   Tarix: 31 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Xankəndidə güclü yanğın başladı

Xankəndi şəhərində güclü yanğın baş verib. "Qafqazinfo"nun əldə etdiyi xəbərə görə, hadisə şəhər ərazisində yerləşən, əvvəllər taxta emalı müəssisəsi kimi fəaliyyət göstərən binada qeydə alınıb. İlkin məlumata əsasən, yanğın qısa müddətdə geniş əraziyə yayılaraq yaxınlıqdakı binaya da keçib

21:51 1
.

İranın Xarici İşlər Nazirliyi: "İranın danışıqlar planı yoxdur və hücumlara "sərt" cavab verəcək"

Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi çərşənbə günü İran mediasına bildirib ki, İran ABŞ-ın hücumlarına "sərt" cavab verməyə davam edəcək və danışıqlar aparmaq planı yoxdur. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, İranın Televiziya Xəbərləri Şəbəkəsindən (SNN) əldə edilən videoy

12:33 180
.

Azərbaycanlı dənizçilərə çağırış edildi

Xarici sularda üzən azərbaycanlı dənizçilərə çağırış edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Dövlət Dəniz və Liman Agentliyi məlumat yayıb. "Dövlət Dəniz və Liman Agentliyi olaraq son aylar ərzində xarici sularda müxtəlif dövlətlərin bayraqları altında üzən gəmilərdə çalışan azərbaycanl

14:45 200
.

Rusiyada neft emalı zavodlarının 40%-i işləmir - Reuters

Ukraynanın zərbələri Rusiyanın neft emalı zavodlarının əhəmiyyətli hissəsini sıradan çıxardıqdan sonra ölkənin ən iri enerji şirkətləri əlavə benzin tədarükü üçün Hindistanın neft emalı zavodlarına (NEZ) müraciət ediblər. Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Reuters agentliyi yayıb. Qey

22:00 1
.

Baloğlan Əşrəfovun az tanınan mahnısının sirri açıldı

Əməkdar artist, mərhum müğənni Baloğlan Əşrəfovun geniş auditoriyaya tanış olmayan "Seviləydi sevənlər" mahnısı sosial şəbəkələrdə yenidən gündəmə gəlib. Mahnının paylaşılmasından sonra izləyicilər arasında müxtəlif müzakirələr aparılıb. Bəzi istifadəçilər bu əsəri Baloğlan Əşrəfovun ifasınd

15:15 254
.

"Bozbash pictures" buna görə dağılıb

"Biz əvvəldən dost olmuşuq. Layihədən əvvəl də münasibətimiz var idi. Gördük ki, alındı və "Bozbash pictures"i ciddi layihəyə çevirdik. Məqsədimiz bölgələrdə çəkilişlər etmək idi. Bəzi bölgələrə hətta ikinci dəfə getdik. Sonra düşündük ki, bir müddət ara verək. Kinoteatrlardan küsdük

22:15 1
.

40 il Ayı tədqiq edən geoloq insanların orada daimi yaşamasının yolunu izah etdi

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) uzunmüddətli perspektivdə Ayda davamlı insan fəaliyyəti üçün infrastruktur yaratmağı hədəfləyir. Qaynarinfo xəbər verir ki, bu barədə Ay və insanlı kosmik uçuşları 40 ildən artıq araşdıran geoloq Klayv Nil "The Independent" nəşrind

22:30 1
.

Çində qayıqda partlayış: Ölən və yaralananlar var

Çinin Lyaonin əyalətində dənizdə hərəkətdə olan rezin qayıqda baş verən partlayış faciə ilə nəticələnib. Məlumata görə, Mopanşan adası yaxınlığında baş verən hadisə zamanı qayıqda olan 13 nəfərdən 7-si həyatını itirib, 1 nəfər isə itkin düşüb. BİG.AZ FOX News-a istinadən xəbər verir ki, yaralanan 5 nəfə

16:11 191
.

Rohinca qaçqınlarını daşıyan iki gəmi batıb: Yüzlərlə ölən var

Benqal körfəzində Rohinca qaçqınlarını daşıyan iki gəminin qəzaya uğraması nəticəsində azı 500 nəfərin həlak olduğu ehtimal edilir. "The Times of India"nın BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatına istinadən yaydığı xəbərə görə, göyərtəsində ümumilikdə təxminən 530 qaçqını

19:45 131
.

TOP MP3