Naxçıvanda Regional DOST Mərkəzi yaxın aylarda açılacaq

Naxçıvanda Regional DOST Mərkəzi yaxın aylarda açılacaqNaxçıvan Muxtar Respublikasında Regional DOST Mərkəzi yaxın aylarda açılacaq.

"Report" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev regionlarda əhalinin DOST, reabilitasiya, peşə hazırlığı xidmətlərinə əlçatanlığının artırılmasının, bu məqsədlə müvafiq xidmətləri göstərəcək yeni müəssisələrin yaradılmasının əsas prioritetlərdən olduğunu qeyd edib.

Son illərdə bu sahədə mühüm addımların atıldığı diqqətə çatdırılıb. Bildirilib ki, artıq 7 DOST mərkəzi, Zəngilanın Ağalı kəndində "Smart DOST" xidmət məntəqəsi, Şuşa şəhərində Qarabağ Regional DOST Mərkəzinin filialı açılıb. Həmçinin Nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi müasir tələblərə uyğun qurulub, Qəbələ və Şəmkirdə Uşaq Reabilitasiya Mərkəzləri tikilərək istifadəyə verilib. Naxçıvan Muxtar Respublikasında da yaxın aylarda Regional DOST Mərkəzi açılacaq. Həmçinin Naxçıvanda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin, muxtar respublikanın rayonlarında DOST filiallarının yaradılması nəzərdə tutulur.

Hazırda Quba, Sabirabad, Sumqayıt, Gəncədə DOST mərkəzlərinin tikilməkdə olduğu, Masallıda da bu il DOST Mərkəzinin inşasına başlanacağı qeyd edilib. Şəkidə DOST mərkəzinin, bir sıra rayonlarda DOST filiallarının, Şəki, Quba, Sabirabad, Masallıda peşə hazırlığı, Ağcabədi və Qubada uşaq reabilitasiya mərkəzlərinin və s. yaradılması üçün aparılan layihələndirmə işləri diqqətə çatdırılıb. Kəlbəcərdə əlilliyi olan şəxslər üçün reabilitasiya, bir sıra rayonlarda sosial xidmət müəssisələrinin yaradılacağı bildirilib.

Sosial xidmətlər sahəsində görülən işlərdən bəhs olunub. Bu il 4,3 min nəfər tənha ahıl və əlilliyi olan şəxsə evlərində (səyyar) sosial-məişət xidmətlərinin göstərildiyi, 2,2 mindən çox şəxsin stasionar və yarımstasionar şəraitdə sosial xidmətlərlə təmin edildiyi, 107 uşağın övladlığa verildiyi qeyd edilib.

Sosial Dəstək Mərkəzinin aztəminatlı ailələr və digər həssas qruplarla bağlı icra etdiyi layihələr, həmçinin uşaqların müəssisələrə düşməsinin qarşısının alınması istiqamətində reinteqrasiya tədbirləri diqqətə çatdırılıb. Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən bu il təhlil və tədqiqat, sorğu və monitorinq istiqamətlərində görülmüş işlər, əmək bazarının mövcud vəziyyəti və perspektiv inkişaf meyillərinin öyrənilməsi üçün aparılan təhlillər barədə məlumat verilib.

İclasda DOST xidmətləri, reabilitasiya, peşə hazırlığı mərkəzləri şəbəkəsinin genişləndirilməsi, sosial xidmətlər, həssas qruplarla bağlı sosial dəstək layihələrinin icrası və digər sahələrdə görülən işlər, qarşıda duran vəzifələr müzakirə olunub, daha 44 peşə və kvalifikasiya standartı təsdiq edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 497   Tarix: 31 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Türkiyə Ayın araşdırılması proqramına qoşuldu

Türkiyə ABŞ-ın Artemis Ay proqramına qoşulan 71-ci ölkə olub. xəbər verir ki, bu barədə "SpaceNews" məlumat yayıb. Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, Ankara Artemis Sazişlərində nəzərdə tutulan öhdəliklərə uyğun olaraq kosmosun dinc məqsədlərlə araşdırılması və istifadəs

04.09.2026 165
.

Almaniyada Rusiyanın mümkün "hibrid hücumları" ilə bağlı narahatlıq artır

Almaniyada elektrik şəbəkəsinə qarşı yeni sabotaj cəhdlərinin araşdırılması ölkənin kritik infrastrukturunun təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Düsseldorf yaxınlığındakı Dormagen şəhərində transformatora müdaxilə edilməyə cəhd göstərilib

04.09.2026 206
.

İsrail HƏMAS-ın daha bir komandirini məhv etdi

İsrail hərbçiləri HƏMAS-ın "Nuxba" xüsusi təyinatlı dəstəsinin komandiri Məhəmməd Mahmud Mirşad əl-Qadini zərərsizləşdirib. xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. Bildirilib ki, öldürülən şəxs 7 oktyabr 2023-cü ildə İsrail ordusunun Sufa postuna hücuma rəhbərlik edib

04.09.2026 159
.

Məzuniyyət neçə gün olmalıdır? - Staja və vəzifəyə görə fərqli qaydalar

Əmək müqaviləsi ilə çalışan şəxslərin illik əmək məzuniyyətinin müddəti onların tutduğu vəzifə, əmək şəraiti və iş stajından asılı olaraq dəyişir. Qaynarinfo xəbər verir ki, Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən, işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. Bəz

04.09.2026 132
.

M7 ekspres marşrutu açılır - "20 Yanvar"dan "Həzi Aslanov"a qədər gedəcək

Yeni ekspres marşrut xətti fəaliyyətə başlayır. "Qafqazinfo" xəbər verir ki, bu barədə Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, metronun "20 Yanvar" stansiyasından "Qara Qarayev", "Neftçilər", "Xalqlar Dostluğu", "Əhmədli"

04.09.2026 211
.

Paşinyanın ermənicə mesajı: dil dəyişdi, bəs Ermənistanın kursu hara dəyişir? - KÖŞƏ YAZISI

Bəzən beynəlxalq siyasətdə bir dövlət başçısının seçdiyi dil onun söylədiyi cümlələrdən daha çox şey deyir. Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının "ŞƏT+" formatında keçirilən sammitdə Nikol Paşinyanın rus dilində deyil, erməni dilində çıxış etməsi də belə jestlərdəndir. Əlbəttə, Ermənista

04.09.2026 232
.

Rayonlara 3 gün yağış yağacaq - Xəbərdarlıq

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətl

04.09.2026 242
.

Avstraliya digər qitələrdən daha sürətlə hərəkət edir: Qitə hara gedir?

Avstraliya xəritələrdə göstərilən mövqeyində sabit qalmır. Qlobal istinad sisteminə əsasən ölçüldükdə, qitə və onu daşıyan tektonik plitə ildə təxminən 7 santimetr şimal-şimal-şərq istiqamətində hərəkət edir. Qaynarinfo "Science Blog"ə istinadən xəbər verir ki, bu göstərici Avstraliyanı Ye

04.09.2026 101
.

Qapıdan uzaqda belə uğur qazanan Harri Keyn - 73 qolu var

İngiltərə millisinin və "Bavariya"nın hücumçusu Harri Keyn meydanda daha geridə oynamasına baxmayaraq, ötən mövsüm klub və yığma səviyyəsində 73 qol vurub. xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu bunun kənardan göründüyü qədər ziddiyyətli olmadığını bildirib. Keynin sözlərin

04.09.2026 175
.