Müstəqil Azərbaycanın dövlətçilik tarixinin yaradıcısı - Heydər Əliyev

Müstəqil Azərbaycanın dövlətçilik tarixinin yaradıcısı - Heydər ƏliyevAzərbaycanda xalqın 1988-ci ildən başlayan azadlıq mübarizəsi 1991-ci ildə öz bəhrəsini verdi. Lakin ölkə bu zaman bir sıra siyasi problemlərlə də qarşılaşdı. Qarabağ münaqişəsinin alovları 1988-ci ildən közərməyə başlamışdır. 1990-cı il qanlı yanvar hadisəsi siyasi vəziyyəti daha da gərginləşdirdi. Bu mürəkkəb, çıxılmaz şərait getdikcə daha da dərinləşirdi. Azərbaycan nəinki ərazi hətta müstəqilliyini itirmək təhlükəsilə üz-üzə idi. Belə vəziyyətdə hər zaman dövlətin yenidən möhkəmlənməsi, çiçəklənməsi üçün güclü siyasi liderə ehtiyac duyulurdu.
Ulu Öndər Heydər Əliyev dünya siyasətçiləri arasında uzun illər böyük təcrübəsi olan dahi şəxsiyyətdir. Azərbaycanın çətin vəziyyətdən xilas olmasında onun bu təcrübəsinin əvəzsiz rolu danılmazdır. Ulu Öndər Heydər Əliyevin doğma vətəninə, xalqına olan məhəbbəti, siyasi təcrübə, idarəçilik bacarığı, yüksək iqtisadi bilikləri və nadir insan keyfiyyətləri olmuşdur. Həmin dövrdə Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev Azərbaycanda getdikcə dərinləşən siyasi çətinliklərə biganə qalmayaraq 1990-cı il iyulun 20-də Bakıya qayıtdı, iki gün sonra isə Naxçıvana getdi. Qarışıq siyasi dövrdə onun təcrübəsinə böyük ehtiyac vardı. Bu səbəbdən də, o, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçildi. Sovetlər imperiyasının dağılmağa başladığı dövrdə Azərbaycanın hər yerində olduğu kimi Naxçıvanda da ciddi böhran yaşanırdı. Bir tərəfdən ermənilərin hərbi təcavüzü, digər tərəfdən kommunikasiya əlaqələrinin kəsilməsi Naxçıvanı blokadaya salmışdı. Mərkəzi hakimiyyətin biganə münasibəti çıxılmaz vəziyyət yaratmışdı.1990-cı il noyabrın 17-də keçirilən ilk sessiya deputatların istəyi və böyük təkidi nəticəsində Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə öz işinə başlamışdı. Həmin sessiyada təkcə Naxçıvan üçün deyil, ümumən, Azərbaycan üçün son dərəcə böyük əhəmiyyətə malik tarixi qərarlar qəbul olundu. Sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından "Sovet Sosialist" sözlərinin çıxarılması, Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması, dövlətimizin müstəqillik rəmzi olan üçrəngli bayrağın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında tarixi qərarlar qəbul olundu.
1991-ci il sentyabr ayın 3-də dünya şöhrətli siyasətçi Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi. Görkəmli dövlət xadiminin qədim diyardan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi böyük təcrübəyə malik olan qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsinə meydan açıldı.
Ümummilli Lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində Muxtar Respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. Həmin dövrə nəzər saldıqda bu mərhələnin milli dövlətçilik ənənələrinin bərpası baxımından da xüsusi əhəmiyyətə malik olduğu görünür. Blokada şəraitində yaşayan Naxçıvanın problemlərinin həlli istiqamətində atılan addımlar, beynəlxalq əlaqələrin qurulması, Azərbaycan-Türkiyə, Azərbaycan-İran münasibətlərinin yeni müstəviyə keçirilməsi qismən də olsa blokadanı aradan qaldırmağa imkan verdi. UluÖndərHeydərƏliyevAliMəclisinSədrivəzifəsininicrasınabaşlayandancəmi 4 gün sonra – 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul edildi. Dahi Liderin bu qərarı və ümumilikdə Naxçıvanı erməni təcavüzündən xilas etmək uğrunda gördüyü xidmətlər misilsizdir. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyevi gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu.
Ulu Öndərin Azərbaycan Ali Sovetinin sədri seçildiyi 1993-cü ilin 15 iyun tarixi, daha sonra Prezident səlahiyyətlərinin Ulu Öndərə həvalə edildiyi 24 iyun tarixi və ən nəhayət Ulu Öndərin xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçildiyi 3 oktyabr tarixi bizim üçün unudulmaz olan, dövlətimizin inkişafının və yüksəlişinin təməlində dayanan şanlı səhifələrdir.
Hazırda Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən böyük inkişaf yolu keçmişdir. Müasir, müstəqil Azərbaycanın çiçəklənməsi və ölkədəki stabillik məhz Ulu Öndər Heydər Əliyevin xidmətidir. Azərbaycanın uğurla inkişaf edən ölkəyə çevrilməsi məhz Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi altında siyasi və iqtisadi sistemin möhkəmlənməsi nəticəsində əldə olunmuş nailiyyətdir. Məhz bu milli ideya ətrafında birləşmə siyasətini, prosesini Ölkə Prezidentimiz cənab İlham Əliyev uğurla davam etdirir. Müasir dövrdə Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və etibarlı siyasi sabitliyini təmin etmiş müstəqil bir dövlətdir.

Metin Hüseynov - politoloq


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 553   Tarix: 31 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyə Ayın araşdırılması proqramına qoşuldu

Türkiyə ABŞ-ın Artemis Ay proqramına qoşulan 71-ci ölkə olub. xəbər verir ki, bu barədə "SpaceNews" məlumat yayıb. Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, Ankara Artemis Sazişlərində nəzərdə tutulan öhdəliklərə uyğun olaraq kosmosun dinc məqsədlərlə araşdırılması və istifadəs

04.09.2026 165
.

Almaniyada Rusiyanın mümkün "hibrid hücumları" ilə bağlı narahatlıq artır

Almaniyada elektrik şəbəkəsinə qarşı yeni sabotaj cəhdlərinin araşdırılması ölkənin kritik infrastrukturunun təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Düsseldorf yaxınlığındakı Dormagen şəhərində transformatora müdaxilə edilməyə cəhd göstərilib

04.09.2026 206
.

İsrail HƏMAS-ın daha bir komandirini məhv etdi

İsrail hərbçiləri HƏMAS-ın "Nuxba" xüsusi təyinatlı dəstəsinin komandiri Məhəmməd Mahmud Mirşad əl-Qadini zərərsizləşdirib. xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. Bildirilib ki, öldürülən şəxs 7 oktyabr 2023-cü ildə İsrail ordusunun Sufa postuna hücuma rəhbərlik edib

04.09.2026 159
.

Məzuniyyət neçə gün olmalıdır? - Staja və vəzifəyə görə fərqli qaydalar

Əmək müqaviləsi ilə çalışan şəxslərin illik əmək məzuniyyətinin müddəti onların tutduğu vəzifə, əmək şəraiti və iş stajından asılı olaraq dəyişir. Qaynarinfo xəbər verir ki, Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən, işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. Bəz

04.09.2026 132
.

M7 ekspres marşrutu açılır - "20 Yanvar"dan "Həzi Aslanov"a qədər gedəcək

Yeni ekspres marşrut xətti fəaliyyətə başlayır. "Qafqazinfo" xəbər verir ki, bu barədə Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, metronun "20 Yanvar" stansiyasından "Qara Qarayev", "Neftçilər", "Xalqlar Dostluğu", "Əhmədli"

04.09.2026 211
.

Paşinyanın ermənicə mesajı: dil dəyişdi, bəs Ermənistanın kursu hara dəyişir? - KÖŞƏ YAZISI

Bəzən beynəlxalq siyasətdə bir dövlət başçısının seçdiyi dil onun söylədiyi cümlələrdən daha çox şey deyir. Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının "ŞƏT+" formatında keçirilən sammitdə Nikol Paşinyanın rus dilində deyil, erməni dilində çıxış etməsi də belə jestlərdəndir. Əlbəttə, Ermənista

04.09.2026 232
.

Rayonlara 3 gün yağış yağacaq - Xəbərdarlıq

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətl

04.09.2026 242
.

Avstraliya digər qitələrdən daha sürətlə hərəkət edir: Qitə hara gedir?

Avstraliya xəritələrdə göstərilən mövqeyində sabit qalmır. Qlobal istinad sisteminə əsasən ölçüldükdə, qitə və onu daşıyan tektonik plitə ildə təxminən 7 santimetr şimal-şimal-şərq istiqamətində hərəkət edir. Qaynarinfo "Science Blog"ə istinadən xəbər verir ki, bu göstərici Avstraliyanı Ye

04.09.2026 101
.

Qapıdan uzaqda belə uğur qazanan Harri Keyn - 73 qolu var

İngiltərə millisinin və "Bavariya"nın hücumçusu Harri Keyn meydanda daha geridə oynamasına baxmayaraq, ötən mövsüm klub və yığma səviyyəsində 73 qol vurub. xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu bunun kənardan göründüyü qədər ziddiyyətli olmadığını bildirib. Keynin sözlərin

04.09.2026 175
.