"Rəsmi İrəvan Bakıdan fərqli olaraq Moskvanın moderatorluğuna yol vermək istəmir" - Politoloq
Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə imzalanıb.Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 2024-cü il aprelin 19-da imzalanmış 8-ci görüşünün Protokoluna uyğun olaraq, Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin razılaşdırılması ilə bağlı işlər yekunlaşıb.
Politoloq Elşən Manafov BiG.AZ-a bildirib ki, bu hadisə hüquqi və texniki səciyyə təşkil edən razılıqdır. Lakin çərçivə və ya sülh müqaviləsinin şərtlərinin razılaşdırılması və müqavilənin imzalanması üçün siyasi qərar və ya iradə lazımdir:
"Münaqişə tərəfləri arasında dövlət sərhədlərinin denansifikasiyası ilə məşğul olacaq komissiyaların birgə fəaliyyətinin tənzimlənməsi üçün əsasnamənin nəhayət ki,təsdiq edilməsi denansifikasiya problemlərinin həllini sürətləndirə biləcək hüquqi sənəddir. Texniki və hüquqi mahiyyət kəsb edən problemlərin nizama salınmasında bu hadisə hüquqi və texniki səciyyə təşkil edən razılıqdır. Lakin çərçivə və ya sülh müqaviləsinin şərtlərinin razılaşdırılması və müqavilənin imzalanması üçün siyasi qərar və ya iradə lazımdir.Ermənistan hakimiyyəti satellit mahiyyət kəsb etdiyindən müstəqil qərar qəbul etmək iqtidarında deyil. Rəsmi İrəvan Moskva razılaşmasının şərtlərini yerinə yetirməkdən rəsmən imtina etməsə də,məlum müqavilənin şərtlərinin icrasından bir tərəfli şəkildə boyun qaçırır və bu zaman onun siyasi mövqeyinə Qərbdəki havadarlarının ciddi şəkildə təsir etdiyi birmənalıdır.Rəsmi İrəvan Bakıdan fərqli olaraq danışıqlarda Moskvanın moderatorluğuna yol vermək istəmir. Bu isə Qərbin Moskvanı danışıqlardan kənarda saxlamaq,tərəflər arasında danışıqlarda təşəbbüsü ələ almaq,kommunikasiya və dəhlizlərlə bağlı məsələlərdə ABŞ maraqlarına cavab verəcək şəraitin ərsəyə gəlməsinə nail olmaqdan irəli gəlir.Qərb Ermənistandakı satellit hakimiyyət vasitəsilə bölgədəki geosiyasi konfiqurasiyanı dəyişmək istəyir.Rəsmi İrəvan danışıqlara hazır olduğunu bildirir,lakin Avropa İttifaqının ilk baxışda mülki səciyyə təşkil edən müşahidəçiləri vasitəsilə Rusiya,Azərbaycan və İran əlehyinə kəşfiyyat materialları toplayır,Avropa Birliyi,Fransa və ABŞ,habelə Hindistan vasitəsilə sürətlə silahlanma kursunu həyata keçirir,eskalasiyanın artmasına yönəli siyasət həyata keçirir. Bunların konteksində komissiyaların birgə fəaliyyəti barədə əsasnamənin təsdiq edilməsi siyasi məzmun və əhəmiyyət kəsb etmir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 800 Tarix: 30 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQızıl almaq istəyənlərin nəzərinə
Sentyabrın 4-nə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, Azərbaycanda 1 unsiya qızılın qiyməti 7 544,6170 manat, 1 qram qızılın qiyməti isə 242,56 manat təşkil edib. 99 əyarlı təmiz qızılın 1 qramı 242,56 manat, 750 əyarlı İtalyan qızılının 1 qramı 182,11 manat, 585 əyarl
04.09.2026 178 Bir ştat, bir neçə vəzifə: İşçiyə əlavə ödəniş edilməlidirmi? - ARAŞDIRMA
Bəzi işəgötürənlər işçini bir ştata götürür, lakin ondan bir neçə vəzifənin öhdəliklərini yerinə yetirməyi tələb edir. Bu vəziyyətə bir çox sektorlarda rast gəlinir. Xüsusilə ictimai iaşə sektorunda belə hallarla tez-tez qarşılaşmaq mümkündür. Bu sektorda ən çox rast gəlinən vakansiyalardan biri ofisian
04.09.2026 180 Qatlanan "iPhone" bu tarixdə çıxır: görüntüləri sızdırıldı
"Apple"ın ilk qatlana bilən "iPhone" modelinin təqdimatının sentyabrın 9-da keçirilməsi gözlənilir. Lakin cihazın ehtimal olunan prototipi rəsmi təqdimatdan bir həftə əvvəl videoda nümayiş etdirilib. xəbər verir ki, məşhur amerikalı texnobloqer Lyuis Hilsenteqer "Apple"ı
04.09.2026 182 Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycanın İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamına əsasən, Anar Keykavus oğlu Əcəmov Azərbaycanı
04.09.2026 325 Bu hərəkəti edənlər 500 manat cərimələnəcək
"Heyvanlarla rəhmsiz rəftar edilməsi inzibati məsuliyyətə səbəb olur". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib. O, qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, heyvanlarla rəhmsiz davranaraq onların şikəst və ya tələf edilməsinə səbəb olan şəxslə
04.09.2026 316 Pulsuz internetin gizli təhlükəsi - Hakerlər sizi belə izləyə bilər
"Müasir dövrdə ictimai Wi-Fi şəbəkələri istifadəçilər üçün böyük rahatlıq yaratsa da, ciddi kibertəhlükəsizlik riskləri də daşıyır. Pulsuz internet bağlantısı bəzən şəxsi məlumatların, maliyyə vəsaitlərinin və rəqəmsal hesabların təhlükə altına düşməsinə səbəb ola bilər". Bunu BİG.AZ-a açıqlamasınd
04.09.2026 205 Türkiyə Ayın araşdırılması proqramına qoşuldu
Türkiyə ABŞ-ın Artemis Ay proqramına qoşulan 71-ci ölkə olub. xəbər verir ki, bu barədə "SpaceNews" məlumat yayıb. Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, Ankara Artemis Sazişlərində nəzərdə tutulan öhdəliklərə uyğun olaraq kosmosun dinc məqsədlərlə araşdırılması və istifadəs
04.09.2026 165 Partlayış baş verən Goranboyda vəziyyət necədir? - RƏSMİ
Goranboy rayonunda baş verən partlayışlar nəticəsində təxliyə edilən sakinlər evlərinə qaytarılıblar. Bu barədə -a açıqlamasında Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Mirvari Ağamalıyeva deyib. O bildirib ki, hadisə ilə əlaqəda
04.09.2026 249 Saturnun sirri açılır
Astronomlar Saturnun cənub qütbündə təxminən 168 min kilometr enində nəhəng onbucaqlı atmosfer dalğası aşkar ediblər. Planetin şimal qütbündəki məşhur altıbucaqlı ilə oxşarlıq təşkil edən bu sirli həndəsi forma Saturnun atmosferində ilk dəfə cənub yarımkürəsində müşahidə olunan böyük, müntəzəm tərəfl
04.09.2026 118