Dr. Aytac Məmmədova: Mehriban Əliyeva insanların sağlamlığına xüsusi diqqət göstərir TƏBRİK

Dr. Aytac Məmmədova: Mehriban Əliyeva insanların sağlamlığına xüsusi diqqət göstərir TƏBRİKMehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinə, təhsilinə, səhiyyəsinə göstərdiyi qayğı və diqqətini bütün dünya görür və yüksək qiymətləndirir. Ölkəmizdən kənarda apardığı xeyriyyəçilik işləri Azərbaycan qadınının humanizm, mərhəmət kimi dəyərlərə malik olduğunu, dövlət strukturlarında, siyasi arenada və digər sahələrdə Azərbaycan qadınının istedadlı mütəxəssis kimi fəallıq göstərdiyini nümayiş etdirir.

Azərbaycanın müasir tarixini yaradan Prezident İlham Əliyevin ən yaxın silahdaşı olan Birinci vitse-prezident Mehriban Əliyeva sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində yeni idarəçilik modeli ortaya qoyub. Dövlət rəhbərinin ömür-gün yoldaşı kimi onun üzərinə daha bir tarixi missiya düşdü. Tariximizdə ilk dəfə olaraq Birinci xanım institutunu formalaşdırdı. Prezident İlham Əliyevin dediyi kimi: "Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial bir insandır, eyni zamanda çox xeyirxah bir insandır və təsadüfi deyil ki, Azərbaycan xalqı ona çox böyük rəğbətlə, sevgi ilə yanaşır".

Mehriban xanımın humanist fəaliyyəti təhsillə yanaşı, səhiyyə sahəsini də əhatə edir. Təkcə Azərbaycan əhalisinin deyil, dünya əhalisinin də sağlamlığının qorunması daim Mehriban xanım Əliyevanın fəaliyyətinin əsasında dayanır. Sağlamlığın qorunması istiqamətində beynəlxalq tədbirlər çərçivəsində Heydər Əliyev Fondu Dünya Diabet Günü kampaniyasına qoşulub, əhalinin sağlamlığının qorunması, xüsusilə uşaqların fiziki cəhətdən sağlam böyüməsinə lazımi səviyyədə diqqət yetirilməsi üçün "Talassemiyasız həyat naminə" layihəsini icra etməyə başlayıb. Bundan əlavə, 2010-cu ildə Heydər Əliyev Fondunun UNICEF-in birgə keçirdiyi anemiya və talassemiya üzrə dəyirmi masada bu istiqamətdə bir çox mühüm problemlər müzakirə olunub.
Mehriban xanımın dünya miqyasında humanitar fəaliyyəti beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə Mehriban xanım Əliyeva bu beynəlxalq təşkilatın "Qızıl ürək" ali mükafatına layiq görülüb. Beynəlxalq təşkilatların digər təltifləri arasında UNESCO-nun "Qızıl Motsart" medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Qızıl medalı, Krans Montana Forumunun Qızıl medalı və "Prix de la Fondation" mükafatı, Avropa Olimpiya Komitələrinin Ali Ordeni, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin "Xüsusi xidmətlərə görə" medalı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qızıl medalı, Beynəlxalq Olimpiya Akademiyasının "Olympic Excellence" xüsusi fəxri mükafatı, Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatını sadalamaq olar.
Ölkə həyatında yüksək fəallıq göstərən Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinə, təhsilinə, səhiyyəsinə göstərdiyi qayğı və diqqətini bütün dünya görür və yüksək qiymətləndirir. Bu gün Mehriban xanım Əliyevanın gördüyü işlərin sədası dünyanın ən nüfuzlu mətbu orqanlarının səhifələrində yer alıb. Ölkəmizdən kənarda apardığı xeyriyyəçilik işləri Azərbaycan qadınının humanizm, mərhəmət kimi dəyərlərə malik olduğunu, dövlət strukturlarında, siyasi arenada və digər sahələrdə Azərbaycan qadınının istedadlı mütəxəssis kimi fəallıq göstərdiyini nümayiş etdirir.
O, bütün bunları sevərək, Azərbaycanı, onun gələcəyini düşündüyü üçün edir. Mehriban xanım Əliyeva deyir: "Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll edə, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nə isə edə bilməyəndə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyümü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir...".
Bu fikrlərdən tam aydın görmək olur ki, dəyərli Mehriban xanımın həyat və fəaliyyəti bütünlüklə Azərbaycana və Azərbaycançılıq məfkurəsinə aitdir. Onun ictimai-siyasi, olduqca zəngin və çoxşaxəli fəaliyyəti hər bir Azərbaycan qadınına örnəkdir.

Bu gün yeri gəlmişkən dövlətimizə və xalqımıza ləyaqətlə xidmət edən dəyərli Mehriban xanım Əliyevanın doğum günüdür. Bu münasibətilə səmimi qəlbdən təbrik edir, Ona möhkəm can sağlığı, uzun ömür, əbədi xoşbəxtlik diləyirəm.

Hörmətlə,
Dr.Aytac Məmmədova
Cərrah -onkoloq


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1273   Tarix: 26 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Trampın Özbəkistana səfəri planlaşdırılır

Vaşinqton 2027-ci ildə ABŞ Prezidenti Donald Trampın Özbəkistana səfərini təşkil etmək niyyətindədir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət katibi Marko Rubio Səmərqənddə jurnalistlərə açıqlamasında bildirib. "Biz səfərin baş tutmasını istərdik

19.10.2026 241
.

İlyas Yalçıntaş 10 il həbs oluna bilər

Türkiyəli müğənni İlyas Yalçıntaş barəsində narkotik vasitələrin satışı və ya təmin edilməsi ittihamı ilə bağlı ittiham aktı hazırlanıb. Sənətçi təqsirli bilinərsə, 10 ildən artıq müddətə azadlıqdan məhrum edilə bilər. Türkiyə mətbuatına istinadən xəbər verir ki, istintaq zamanı müğənninin evində aparıla

19.10.2026 201
.

Alyona Əliyeva konsertdə - Fotolar

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva "Instagram" hesabında italyan lirik tenor Luca Minnellinin solo konsertindən fotolar paylaşıb. "Qafqazinfo" sözügedən fotoları təqdim edir:

19.10.2026 423
.

Fransada etirazlar böyüyür: Makron yenə kimisə qurban verəcək?

"Polis ötən həftəsonu etiraz aksiyalarının talan və dağıntılarla müşayiət olunduğu bir neçə şəhərdə vəziyyətə nəzarəti itirib". Bunu Fransa daxili işlər naziri Loran Nunes deyib. "Bəli, bəzi şəhərlərdə nəzarət itirildi", - nazir "France Inter" radiosunun efirində bildirib

19.10.2026 249
.

Bağırsaq xəstəliyinin izləri 10 il əvvəl üzə çıxa bilər

Bəzi xroniki bağırsaq xəstəliklərinin ilkin əlamətləri diaqnoz qoyulmazdan illər əvvəl qanda özünü göstərə bilər. Yeni araşdırma bu xəstəliklərin daha erkən aşkarlanması və gələcəkdə ağırlaşmaların qarşısının alınması üçün ümid yaradıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "The Guardian"

19.10.2026 270
.

Həkimlikdən nazir postuna...

Xəbər verdiyimiz kimi, Anar Bayramov səhiyyə naziri təyin edilib. "Qafqazinfo" yeni nazirin dosyesini təqdim edir:. Yeni təyin olunan nazir Azərbaycan Tibb Universitetinin, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. O, 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur. A.Bayramo

19.10.2026 354
.

1500 illik məzardan qızıl ayaqqabılar çıxdı: Alimləri təəccübləndirən tapıntı

Qazaxıstanın qərbində, Aktau şəhəri yaxınlığındakı qədim məzarlıqda təxminən 1500 il əvvələ aid gənc qadının məzarı aşkarlanıb. Məzarda qızıl örtüklü ayaqqabılar, qızıl bəzəkli baş geyimi və kəmər də tapılıb. Alimlər ayaqqabıların gündəlik istifadə üçün deyil, dəfn mərasimi üçün hazırlandığını ehtima

19.10.2026 190
.

Kosmosda doğulan uşağın başına nə gələcək: alimlərin izahı

NASA Marsa missiyalar planlaşdırdığı bir vaxtda alimlər Yer kürəsindən kənarda uşağın dünyaya gəlməsinin mümkünlüyünü və bunun hansı nəticələrə səbəb ola biləcəyini araşdırırlar. Marsa uçuş planları getdikcə reallığa çevrildikcə insan orqanizminin kosmos şəraitində necə fəaliyyət göstərəcəyi ilə bağl

19.10.2026 256
.

Yasamalda qanunsuz tikinti narazılıq yaratdı

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 131A ünvanında aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. Sərhəd.az xəbər verir ki, sakinlərin sözlərinə görə, "ASAN xidmət" mərkəzinin yaxınlığında, təxminən 300 kvadratmetr ərazidə aparılan tikintinin təyinatı məlum deyil. Şikayətçilə

19.10.2026 257
.