Özcan Dənizlə ailəsi arasında qalmaqal: "Bizi evdən qovdu"
Karyerası və şəxsi həyatı ilə tez-tez gündəmə gələn Özcan Dəniz son günlər meneceri olan böyük qardaşı Ercan Dənizlə problem yaşayıb.
Axşam.az xəbər verir ki, aktyor sosial şəbəkədəki paylaşımı ilə ailə üzvlərinə meydan oxuyub. Qardaşı Ercan Dənizlə yanaşı, bacısı Yurda Gülər də yaşananlara reaksiya verib.
Ercan Dəniz Müge Anlıya "Hər ailədə belə bir hərəkətverici qüvvə var. Biri pul qazanır, o biri qardaş dolanır. Özcan Denizə Allah pulu sırf özü yeməsi üçün vermir... Digər qardaşlarına da baxsın deyə verir" sözləri ilə video paylaşdıqdan sonra aralarında mübahisə başlayıb.
Məşhur müğənni əvvəlcə "Ən yaxın ailə üzvləriniz olsa belə, stressi idarə edə bilməyən bir insandan uzaq durun. Çünki o, doğru-yalana əhəmiyyət vermir. Bu zaman yaşadığı ruhi çaşqınlığa görə sizi fəda edir. İstəsələr canımı verəcəyim insanların çoxunu həyatımdan çıxardım. Çünki onların yoxluğuna üzülmək üzülməkdən daha asandır" deyə paylaşım edib.
Özcan ailəsinin xəyanəti haqda suallara "Sənə nə qədər acı yaşatdılar, amma yenə ayağa qalxdın. Xoşbəxtliyiniz nə qədər insanın bədbəxtliyinə çevrildi... Sizə ən yaxın olan nə qədər insan sizi yalnız gəlir mənbəyi kimi görüb yanına böyük bir sıfır qoydu. Sən o qapını bağladığın zaman sənin çörəyini yeyən neçə nəfərin kürəyindən xəncərlədiyini gördün? Hamısını yaşadım" cavabını verib.
Son olaraq tək ailəsinin oğlu Kuzey və həyat yoldaşı Samar Dadgar olduğunu açıqlayan Dəniz bundan sonra onlar üçün yaşayacağını bildirib.
Özcan Dənizin dünən qardaşı ilə bağlı açıqlamasından sonra 4 bacısından ən böyüyü Yurda Gülər "Beyaz Maqazin"ə müsahibə verib. Gülər ifadələrinə görə qardaşının həyat yoldaşı Samarı günahlandırıb:
"Qardaşım Özcan Dənizin "Ailəmlə artıq heç bir əlaqəm yoxdur, mənə maddi və mənəvi ziyan vururlar" cümləsi bütün ailəyə qarşı irəli sürülən ittiham olduğundan, özümlə bağlı olan hissəni açıqlamağa ehtiyac duydum. Onu da qeyd edim ki, qardaşım illərdir həyat yoldaşımla əziyyətlə qurduğumuz evimizin bünövrəsindən damına bir kərpic belə qoymayıb. Qardaşımın birinci evliliyi bitmədən İrandan bura məşhur olmaq üçün gələn qızla evlənməsini dəstəkləmədik. O, hiyləgər hərəkətləri ilə qardaşımı bizə düşmən etdi".
Qardaşı Özcanın anası və bacısını evdən qovduğunu deyib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1036 Tarix: 26 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTrampın Özbəkistana səfəri planlaşdırılır
Vaşinqton 2027-ci ildə ABŞ Prezidenti Donald Trampın Özbəkistana səfərini təşkil etmək niyyətindədir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət katibi Marko Rubio Səmərqənddə jurnalistlərə açıqlamasında bildirib. "Biz səfərin baş tutmasını istərdik
19.10.2026 241 İlyas Yalçıntaş 10 il həbs oluna bilər
Türkiyəli müğənni İlyas Yalçıntaş barəsində narkotik vasitələrin satışı və ya təmin edilməsi ittihamı ilə bağlı ittiham aktı hazırlanıb. Sənətçi təqsirli bilinərsə, 10 ildən artıq müddətə azadlıqdan məhrum edilə bilər. Türkiyə mətbuatına istinadən xəbər verir ki, istintaq zamanı müğənninin evində aparıla
19.10.2026 201 Alyona Əliyeva konsertdə - Fotolar
Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva "Instagram" hesabında italyan lirik tenor Luca Minnellinin solo konsertindən fotolar paylaşıb. "Qafqazinfo" sözügedən fotoları təqdim edir:
19.10.2026 423 Fransada etirazlar böyüyür: Makron yenə kimisə qurban verəcək?
"Polis ötən həftəsonu etiraz aksiyalarının talan və dağıntılarla müşayiət olunduğu bir neçə şəhərdə vəziyyətə nəzarəti itirib". Bunu Fransa daxili işlər naziri Loran Nunes deyib. "Bəli, bəzi şəhərlərdə nəzarət itirildi", - nazir "France Inter" radiosunun efirində bildirib
19.10.2026 249 Bağırsaq xəstəliyinin izləri 10 il əvvəl üzə çıxa bilər
Bəzi xroniki bağırsaq xəstəliklərinin ilkin əlamətləri diaqnoz qoyulmazdan illər əvvəl qanda özünü göstərə bilər. Yeni araşdırma bu xəstəliklərin daha erkən aşkarlanması və gələcəkdə ağırlaşmaların qarşısının alınması üçün ümid yaradıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "The Guardian"
19.10.2026 270 Həkimlikdən nazir postuna...
Xəbər verdiyimiz kimi, Anar Bayramov səhiyyə naziri təyin edilib. "Qafqazinfo" yeni nazirin dosyesini təqdim edir:. Yeni təyin olunan nazir Azərbaycan Tibb Universitetinin, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. O, 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur. A.Bayramo
19.10.2026 354 1500 illik məzardan qızıl ayaqqabılar çıxdı: Alimləri təəccübləndirən tapıntı
Qazaxıstanın qərbində, Aktau şəhəri yaxınlığındakı qədim məzarlıqda təxminən 1500 il əvvələ aid gənc qadının məzarı aşkarlanıb. Məzarda qızıl örtüklü ayaqqabılar, qızıl bəzəkli baş geyimi və kəmər də tapılıb. Alimlər ayaqqabıların gündəlik istifadə üçün deyil, dəfn mərasimi üçün hazırlandığını ehtima
19.10.2026 190 Kosmosda doğulan uşağın başına nə gələcək: alimlərin izahı
NASA Marsa missiyalar planlaşdırdığı bir vaxtda alimlər Yer kürəsindən kənarda uşağın dünyaya gəlməsinin mümkünlüyünü və bunun hansı nəticələrə səbəb ola biləcəyini araşdırırlar. Marsa uçuş planları getdikcə reallığa çevrildikcə insan orqanizminin kosmos şəraitində necə fəaliyyət göstərəcəyi ilə bağl
19.10.2026 256 Yasamalda qanunsuz tikinti narazılıq yaratdı
Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 131A ünvanında aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. Sərhəd.az xəbər verir ki, sakinlərin sözlərinə görə, "ASAN xidmət" mərkəzinin yaxınlığında, təxminən 300 kvadratmetr ərazidə aparılan tikintinin təyinatı məlum deyil. Şikayətçilə
19.10.2026 257