Dünyanın ən uzunömürlü adamı 112 yaşını qeyd edir
Bu gün dünyanın ən yaşlı adamı Con Tinnisvud 112 yaşını qeyd edir.
BAKU.WS BBC-yə istinadən xəbər verir ki, Con Tinnisvud 1912-ci ildə Liverpul şəhərində doğulub.
O ad günündə "Ginnesin Rekordlar Kitabı" üçün də şəkil çəkdirib.
"Ginnesin Rekordlar Kitabı"nın əməkdaşlarına danışan Tinnisvud uzunömürlü olmağın xüsusi bir qaydası və ya fromulu olmadığını açıqlayıb.
O həyatı boyunca "Liverpul" futbol klubuna azarkeşlik edib.
Tinnisvud hazırda "Southport"da qocalar evində yaşayır.
Apreldə 114 yaşlı Juan Vicente Perez Moranın vəfatı ilə "Dünyanın ən yaşlı adamı" ünvanına sahib olub. Tinnisvud gəncliyində çoxlu yürüş etdiyini vurğulayıb. "Bu qədər yaşamağımın səbəbini bilmirəm.
Xüsusi bir sirr bilmirəm. Mən fərqli biri deyiləm"-deyə 112 yaşlı adam bildirib. O İkinci Dünya Müharibəsi əsgərləri arasında ən yaşlısı kimi tanınır.
Tinnisvud və onun həyat yoldaşı Blodven 1942-ci ildə evləndilər və 1943-cü ildə qızları Suzan dünyaya gəldi. Həyat yoldaşı 1986-cı ildə ölənə qədər 44 il evli qaldılar. İkinci Dünya müharibəsindən sonra Con Tinnisvud Shell və BP şirkətlərində mühasib işləyib, 1972-ci ildə təqaüdə çıxıb.
O hər cümə günü balıq və kartof qızarması yeyir. Qalan günlərdə isə hər kəs kimi adi yeməklər yeyir.
2012-ci ildə 100 yaşından bəri kraldan xüsusi doğum günü kartı alan Con, Kraliça II Elizabethin 2022-ci ildə vəfat etməsi ilə əlaqədar bu kartı indi Kral III Çarlzdan alır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 579 Tarix: 26 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident bu ölkələrə yeni səfirlər təyin etdi
Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycanın İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamına əsasən, Anar Keykavus oğlu Əcəmov Azərbaycanı
04.09.2026 325 Paşinyanın ermənicə mesajı: dil dəyişdi, bəs Ermənistanın kursu hara dəyişir? - KÖŞƏ YAZISI
Bəzən beynəlxalq siyasətdə bir dövlət başçısının seçdiyi dil onun söylədiyi cümlələrdən daha çox şey deyir. Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının "ŞƏT+" formatında keçirilən sammitdə Nikol Paşinyanın rus dilində deyil, erməni dilində çıxış etməsi də belə jestlərdəndir. Əlbəttə, Ermənista
04.09.2026 232 "Samsung"un yeni qatlanan telefonu testdə: Ekranı dırnaqla cızılır
Qatlanan smartfonlar əvvəlki kimi kifayət qədər həssas və kövrək cihazlar olaraq qalır. xarici mediaya istinadən xəbər verir ki, bu barədə "JerryRigEverything" adı ilə tanınan texnologiya bloqeri "YouTube" kanalında bildirib. Müxtəlif elektron cihazların möhkəmliyini sınaqdan keçirməs
04.09.2026 181 Tehranın cavab zərbələri Yaxın Şərqdə yeni təhlükəsizlik ittifaqı yarada bilər
"İran və ABŞ arasında hərbi toqquşmalar yenidən başlayıb. Belə ki, əvvəlcə ABŞ İran ərazisində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hədəflərinə zərbələr endirib. İran ordusu isə cavab olaraq ABŞ-ın İordaniyadakı hərbi obyektini hədəfə alıb. Vaşinqton buna cavab olaraq Hörmüz boğazı yaxınlığındak
04.09.2026 211 Çin ilk dəfə "Pallas-1" kosmik raketini sınaqdan keçirdi
Çin ilk dəfə "Pallas-1" kosmik raketini uğurla sınaqdan keçirib. xəbər verir ki, bu barədə "Sinxua" Xəbər Agentliyi məlumat yayıb. Buraxılış Bakı vaxtı ilə saat 05:00-da Çinin şimal-qərbində yerləşən Dongfeng kommersiya buraxılış məntəqəsindən həyata keçirilib. Bəyanatda qeyd olunu
04.09.2026 169 Azərbaycanlı futbolçu "Qalatasaray"da
Azərbaycanlı müdafiəçi Can Hacıyev Türkiyənin "Qalatasaray" klubu ilə müqavilə imzalayıb. "Qafqazinfo" xəbər verir ki, 17 yaşlı futbolçu növbəti iki mövsümdə İstanbul klubunun U-19 komandasında oynayacaq. Bu komanda isə UEFA Gənclər Liqasında mübarizə aparacaq. Hacıyev ötən mövsüm
04.09.2026 204 M7 ekspres marşrutu açılır - "20 Yanvar"dan "Həzi Aslanov"a qədər gedəcək
Yeni ekspres marşrut xətti fəaliyyətə başlayır. "Qafqazinfo" xəbər verir ki, bu barədə Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, metronun "20 Yanvar" stansiyasından "Qara Qarayev", "Neftçilər", "Xalqlar Dostluğu", "Əhmədli"
04.09.2026 211 İstilər pik həddə çatacaq, fevraladək davam edəcək - Xəbərdarlıq
Birləşmiş Millətlər Təşkilatının (BMT) iqlim agentliyi "El Nino"nun yaxın aylarda "çox güclü" hadisəyə çevriləcəyini və fevrala qədər davam edəcəyini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) məlumatına görə, "El Nino" ili
04.09.2026 131 İsrail siyasətində yeni mərhələ: Netanyahu seçki öncəsi mövqelərini qoruyacaq?
The Times of İsrael nəşrində dərc olunan son analitik materialda ölkənin siyasi sistemində ciddi dəyişikliklərin baş verdiyi vurğulanır. Nəşrin yazdığına görə, son sorğular Benyamin Netanyahu tərəfdarları ilə ona qarşı olan siyasi blok arasında balansın əvvəlki dövrlərlə müqayisədə dəyişdiyini göstərir
04.09.2026 217