Azərbaycan-Özbəkistan əlaqələri region üçün əhəmiyyətlidir

Azərbaycan-Özbəkistan əlaqələri region üçün əhəmiyyətlidirAzərbaycan və Özbəkistan xalqları arasında əlaqələr ortaq tarixə, mədəni irsə, milli-etnik əsaslara söykənir. Bu əlaqələr Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin siyasəti ilə müasir dövrün çağırışlarına uyğunlaşdırılaraq inkişaf etdirilir. İndi Azərbaycan ilə Özbəkistan arasında milli-mənəvi bağlar Türk Dövlətlər Təşkilatı, TÜRKSOY, TÜRKPA, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası və digər platformalarda daha da möhkəmləndirilir.
Hazırki Azərbaycan-Özbəkistan münasibətləri təkcə milli-mənəvi, mədəni bağları ehtiva etmir. Mövcud münasibətlər modern trendlərə uyğun olaraq özündə həm də iqtisadi-siyasi çalarlar daşıyır. Əlaqələr iki dövlətin strateji müttəfiqliyi müstəvisinə qaldırılaraq, hər iki tərəfə fayda gətirir. Prezident İlham Əliyevin Daşkəndə dövlət səfərinin proqramına Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, çoxşaxəli əlaqələrin genişləndirilməsi kimi məsələlər daxildir. Hər iki dövlətin rəhbəri ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın gücləndirilməsini prioritet mövzulardan sayırlar.
Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına dövlət səfərinə gəlib. Daşkənddə hər iki dövlət başçıları və nümayəndə heyətlərinin iştirakı ilə çoxsaylı tədbirlər keçirilib. "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə" və mühüm əhəmiyyət kəsb edən 11 müqavilə imzalanıb.
Səfər çərçivəsində, həmçinin Bakı (Azərbaycan) ilə Daşkənd (Özbəkistan), Beyləqan (Azərbaycan) ilə Şəhrisəbz (Özbəkistan), Quba (Azərbaycan) ilə Cizak (Özbəkistan) şəhərləri arasında regionlararası əməkdaşlıq haqqında sənədlər və "Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "Uzbekneftegaz" SC arasında Əsas Şərtlər Sazişi" imzalanıb.
Dövlət başçılarının imzaladıqları müqavilələr, bu müqavilələr əsasında hazırlanmış proqramlar artıq effekt verir. Statistik məlumatlara görə, 2023-cü ildə Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsi 180 milyon ABŞ dolları civarında olub. Ötən illərlə müqayisədə 28 faiz artım qeydə alınıb. Növbəti illər üçün iqtisadi mübadilələrdə artım tendensiyasının davam etdirilməsi üçün planlar qurulur. Təhlillər göstərir ki, iki ölkə arasında ticari dövriyyəni yaxın illər ərzində 1 milyard dollara qədər artırmaq üçün potensial mövcuddur, indi bu potensialı reallaşdırmaq yönündə işlər aparılır. Bu gün Azərbaycanda sənaye, ticarət, nəqliyyat, tikinti, kənd təsərrüfatı və xidmət sahələri üzrə Özbəkistanın 90-dan çox şirkəti qeydiyyatdan keçib. Qarşılıqlı investisiya əməliyyatları hər iki ölkə üçün faydalılıq əmsalına söykənir.
Azərbaycan-Özbəkistan əlaqələri özündə həm də regional aspektləri əks etdirir. Bu kontekstdə xüsusi olaraq nəqliyyat-tranzit marşrutları diqqət çəkir. İki ölkənin razılaşdırdığı layihələr paralel şəkildə həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya regionu üçün geniş imkanlar açır.

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 653   Tarix: 24 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Payızda xəstələnməmək üçün bunları EDİN - Həkimdən tövsiyələr

Fəsil dəyişikliyi, xüsusilə payızın gəlişi ilə havanın temperaturunda baş verən tez-tez dəyişikliklər insan sağlamlığına təsirsiz ötüşmür. Temperaturun dəyişməsi, soyuq havaların başlaması və mövsümi allergenlər bəzi insanlarda müxtəlif sağlamlıq problemlərinin yaranmasına və ya mövcud xəstəlikləri

19.10.2026 312
.

Tramp: Fransa ələ keçirilib, təcili sərhədlər bağlanmalıdır

ABŞ Prezidenti Donald Tramp miqrantların Fransada nəzarəti ələ keçirdiyini və hakimiyyətin təcili sərhədləri bağlamalı olduğunu bildirib. Teleqraf xəbər verir ki, Amerika lideri bu barədə "Truth Social"da yazıb. "Miqrantlar Fransanı ələ keçiriblər. Sərhədlər təcili bağlanmalıdır"

19.10.2026 231
.

Kosmosda doğulan uşağın başına nə gələcək: alimlərin izahı

NASA Marsa missiyalar planlaşdırdığı bir vaxtda alimlər Yer kürəsindən kənarda uşağın dünyaya gəlməsinin mümkünlüyünü və bunun hansı nəticələrə səbəb ola biləcəyini araşdırırlar. Marsa uçuş planları getdikcə reallığa çevrildikcə insan orqanizminin kosmos şəraitində necə fəaliyyət göstərəcəyi ilə bağl

19.10.2026 256
.

İtinizə bu 7 sözü deməyin

İtin tərbiyəsi səbir tələb edir. Xüsusilə evə yeni küçüyün gəlməsi ilə yerdə yaranan ləkələr, gəmirilmiş ayaqqabılar, davamlı hürmə və qonaqların üstünə tullanmaq sahibini əsəbiləşdirə bilər. Lakin mütəxəssislərin fikrincə, qışqırmaq iti düzgün davranmağa öyrətməyin yaxşı üsulu deyil. xarici mediay

19.10.2026 221
.

Sabah pensiyalar tam ödəniləcək

Oktyabrın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. xəbər verir ki, bununla bağlı Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək

19.10.2026 297
.

Soyuducunun üzərinə maqnit yapışdırılması təhlükəlidir?

Soyuducuların üzərinə yapışdırılan maqnitlər çox məşhur suvenirlərdir. İnsanlar onları adətən səfərlərdən gətirir və ya xatirə kimi hədiyyə alırlar. Lakin bəzi hallarda bu maqnitlərin müəyyən soyuducu modellərinin işinə təsir göstərə biləcəyi bildirilir. xarici mediaya istinadən xəbər verir ki, bel

19.10.2026 222
.

Həkimlikdən nazir postuna...

Xəbər verdiyimiz kimi, Anar Bayramov səhiyyə naziri təyin edilib. "Qafqazinfo" yeni nazirin dosyesini təqdim edir:. Yeni təyin olunan nazir Azərbaycan Tibb Universitetinin, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. O, 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur. A.Bayramo

19.10.2026 354
.

Bağırsaq xəstəliyinin izləri 10 il əvvəl üzə çıxa bilər

Bəzi xroniki bağırsaq xəstəliklərinin ilkin əlamətləri diaqnoz qoyulmazdan illər əvvəl qanda özünü göstərə bilər. Yeni araşdırma bu xəstəliklərin daha erkən aşkarlanması və gələcəkdə ağırlaşmaların qarşısının alınması üçün ümid yaradıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "The Guardian"

19.10.2026 270
.

Azərbaycanda yumurta bahalaşdı

Azərbaycanda kənd yumurtasının qiyməti ötən illə müqayisədə artıb. Satıcıların sözlərinə görə, hazırda kənd yumurtası 35-40 qəpiyə satılır. "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Ucar və Tovuz sakinləri qiymət artımını daşınma xərcləri, vasitəçilərin qazancı və payız mövsümündə toyuqları

19.10.2026 213
.