"Aygün Cananı mənə tapşırsa da, o başqasını seçdi, cənab nazirimiz isə..." - Aygün Bəylərin bacısı

"Aygün Cananı mənə tapşırsa da, o başqasını seçdi, cənab nazirimiz isə..." - Aygün Bəylərin bacısı"Əslində Aygünün doğum günündə anım tədbiri təşkil etmək istəyirdim. Sadəcə olaraq vaxt azlığı var idi. Müraciət etdim, alınmadı. İnşallah qismət olsa gələn il 50 illik yubileyini edərik. Sağ olsun bütün aidiyyatı qurumlar, İcra Hakimiyyəti dəstəkdir. Dostları, qohumları, yaxınları səhərə kimi Aygünün məzarını ziyarət ediblər. Evimizə də gəlib-gedənlər var. Ehsan da vermişik. Bizə bu il çox çətindir. Ötən il onun 48 yaşını birlikdə qeyd etmişdik. Yadımdadır, həyətdə yığışmışdıq. İnanıram ki, bacımın yeri cənnətdir və o hər zaman qəlblərdə yaşayacaq".

Milli.Az bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümmətova deyib.

O daha sonra əlavə edib:

"Mənim əslindən incikliyim həyatdandır. Bəzən çox pis oluram. Aygün həmişə necə tək deyildi, mən də tək olmuşam. Aygün var olubsa mən olmuşam. İndi Aygün yoxdur, mən təkəm. Necə ki, o bacılarını heç vaxt istəməyib, heç vaxt onlardan danışmayıb. Vaxtında heç kim ona yaxın düşməyib, indi hamısı ondan danışır. Deyirlər ki, Aygünə biz baxmışıq. İndi Aygün yoxdur axı! Həmişə köçüb-gedənin arxasınca belə şeylər deyirlər. Allah özü görür. İncikliyim budur. Yəqin ki, biri çıxıb deyər ki, niyə belə edirlər?! Düzdür, ortalıqda nə miras, nə pul var, dava edən də yoxdur. Sadəcə olaraq mənə çox pis təsir edir ki, həqiqətən də heç biri gəlib-getmədi. Qohumlarımız da yaxın düşmədilər. İndi hamısı deyir ki, Aygünü mən böyütmüşəm, ona mən baxmışam, bacılar deyir mən etmişəm, halbuki Aygündən xəbərləri yox idi. Hər şey öz axarı ilə gedir. Vay gedənin halına. Aygünü itirəndən sonra bütün qol-qanadım qırıldı (ağlayır). 2018-ci ildə anam dünyasını dəyişəndən sonra həyatımı Aygünə bağlamışdım. İndi tək qalmışam. Öz ailəmdən, uşaqlarımdan, yoldaşımdan başqa heç kimim yoxdur".

Zümrüd xanım mətbuatda "Cənab nazir Kəmaləddin Heydərov Aygün Bəylərin qızını himayəsinə götürdü" başlığı ilə paylaşılan yazılara da münasibət bildirib:

"Rəhmətlik Aygün Cananı mənə tapşırmışdı, amma Canan Aynur xalasını seçdi və onunla yaşayır. Cananın qəyyumu da Aynur xalasıdır. Cənab nazirimiz sağ olsun Cananın məktəbinin xərclərini, təhsilini öhdəsinə götürüb. Başqa bilmirəm nə deyilir? Sosial şəbəkələri izləmədiyimə görə şayiələrdən də xəbərim yoxdur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 23806   Tarix: 23 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Payızda xəstələnməmək üçün bunları EDİN - Həkimdən tövsiyələr

Fəsil dəyişikliyi, xüsusilə payızın gəlişi ilə havanın temperaturunda baş verən tez-tez dəyişikliklər insan sağlamlığına təsirsiz ötüşmür. Temperaturun dəyişməsi, soyuq havaların başlaması və mövsümi allergenlər bəzi insanlarda müxtəlif sağlamlıq problemlərinin yaranmasına və ya mövcud xəstəlikləri

19.10.2026 312
.

Tramp: Fransa ələ keçirilib, təcili sərhədlər bağlanmalıdır

ABŞ Prezidenti Donald Tramp miqrantların Fransada nəzarəti ələ keçirdiyini və hakimiyyətin təcili sərhədləri bağlamalı olduğunu bildirib. Teleqraf xəbər verir ki, Amerika lideri bu barədə "Truth Social"da yazıb. "Miqrantlar Fransanı ələ keçiriblər. Sərhədlər təcili bağlanmalıdır"

19.10.2026 231
.

Kosmosda doğulan uşağın başına nə gələcək: alimlərin izahı

NASA Marsa missiyalar planlaşdırdığı bir vaxtda alimlər Yer kürəsindən kənarda uşağın dünyaya gəlməsinin mümkünlüyünü və bunun hansı nəticələrə səbəb ola biləcəyini araşdırırlar. Marsa uçuş planları getdikcə reallığa çevrildikcə insan orqanizminin kosmos şəraitində necə fəaliyyət göstərəcəyi ilə bağl

19.10.2026 256
.

İtinizə bu 7 sözü deməyin

İtin tərbiyəsi səbir tələb edir. Xüsusilə evə yeni küçüyün gəlməsi ilə yerdə yaranan ləkələr, gəmirilmiş ayaqqabılar, davamlı hürmə və qonaqların üstünə tullanmaq sahibini əsəbiləşdirə bilər. Lakin mütəxəssislərin fikrincə, qışqırmaq iti düzgün davranmağa öyrətməyin yaxşı üsulu deyil. xarici mediay

19.10.2026 221
.

Sabah pensiyalar tam ödəniləcək

Oktyabrın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. xəbər verir ki, bununla bağlı Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək

19.10.2026 297
.

Soyuducunun üzərinə maqnit yapışdırılması təhlükəlidir?

Soyuducuların üzərinə yapışdırılan maqnitlər çox məşhur suvenirlərdir. İnsanlar onları adətən səfərlərdən gətirir və ya xatirə kimi hədiyyə alırlar. Lakin bəzi hallarda bu maqnitlərin müəyyən soyuducu modellərinin işinə təsir göstərə biləcəyi bildirilir. xarici mediaya istinadən xəbər verir ki, bel

19.10.2026 222
.

Həkimlikdən nazir postuna...

Xəbər verdiyimiz kimi, Anar Bayramov səhiyyə naziri təyin edilib. "Qafqazinfo" yeni nazirin dosyesini təqdim edir:. Yeni təyin olunan nazir Azərbaycan Tibb Universitetinin, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. O, 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur. A.Bayramo

19.10.2026 354
.

Bağırsaq xəstəliyinin izləri 10 il əvvəl üzə çıxa bilər

Bəzi xroniki bağırsaq xəstəliklərinin ilkin əlamətləri diaqnoz qoyulmazdan illər əvvəl qanda özünü göstərə bilər. Yeni araşdırma bu xəstəliklərin daha erkən aşkarlanması və gələcəkdə ağırlaşmaların qarşısının alınması üçün ümid yaradıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "The Guardian"

19.10.2026 270
.

Azərbaycanda yumurta bahalaşdı

Azərbaycanda kənd yumurtasının qiyməti ötən illə müqayisədə artıb. Satıcıların sözlərinə görə, hazırda kənd yumurtası 35-40 qəpiyə satılır. "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Ucar və Tovuz sakinləri qiymət artımını daşınma xərcləri, vasitəçilərin qazancı və payız mövsümündə toyuqları

19.10.2026 213
.