Türkiyəli professor: "HƏMAS uzun illər Yaxın Şərq və Fələstin siyasətində ən mühüm aktor olacaq"

Türkiyəli professor: "HƏMAS uzun illər Yaxın Şərq və Fələstin siyasətində ən mühüm aktor olacaq"Ötən ilin 7 oktyabrında HƏMAS-ın İsrailə hücumundan sonra başlayan Qəzza əməliyyatlarına son vermək üçün avqustun 16-da Qətərin paytaxtı Dohada bu ölkənin dəstəyi ilə ABŞ, Misir və İsrail arasında keçirilən görüş bir sıra maraqlı və vacib məqamlarla yadda qalıb.

Əvvəlcə onu qeyd edək ki, danışıqların məqsədi İsraillə HƏMAS arasındakı münaqişənin həllinə yönəlsə də, görüşdə nə HƏMAS-ın, nə də Fələstin Administrasiyasının nümayəndələri iştirak ediblər. Hətta HƏMAS tərəf olaraq Türkiyə və Rusiyanın iştirakını təklif etsə də, bu da mümkün olmayıb. Lakin görüşün yekununda Qətər, ABŞ, Misir və İsrail arasında imzalanan birgə bəyanata əsasən elan edilib ki, Qəzzada müharibəyə son qoymaq üçün razılığa gəlmək ümidi ilə gələn həftənin sonuna qədər Qahirədə yeni görüş olacaq və tərəflər yaxın günlərdə Vaşinqtonun təklif etdiyi yeni razılaşmanın həyata keçirilməsinin təfərrüatı üzərində işləməyə davam edəcəklər. Elə bunun nəticəsidir ki, danışıqların getdiyi zamanda "Hizbullah" və "Ənsər Allah" hərəkatları İsrail əleyhinə sərt açıqlamalar verib və silahı yerə qoymayacaqlarını bildiriblər.

Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran Türkiyə Çankırı Karatekin Universitetinin professoru, politoloq Sezai Özçelik bildirib ki, bu ilin 27 mayında ABŞ Prezidenti Co Baydenin İsrailin təklifinə əsasən Dohada danışıqlar üçün qəbul etdiyi ABŞ, Misir və Qətər arasında altı həftə davam edəcək razılaşmanın birinci mərhələsində atəşkəs nəzərdə tutulur:

- Bu, İsrail qüvvələrinin Qəzzanın bütün yaşayış məntəqələrindən çıxarılmasını, xüsusən qadınlar, qocalar və xəstələr olmaqla girovların dəyişdirilməsini nəzərdə tutur. Atəşkəs danışıqlarının ikinci mərhələsi isə bütün girovların azad edilməsini və hərbi əməliyyatların birdəfəlik dayandırılmasını əhatə edir. Üçüncü mərhələdə Qəzza üçün əsaslı yenidənqurma planının başladılması və döyüş meydanında qalan cəsədlərin geri qaytarılması nəzərdə tutulur. Sonuncu şərt, yəhudi inancına görə, çox vacibdir. Çünki yəhudilər ölü dəfn edilməsə, onun ruhunun axirətdə rahatlıq tapmayacağına inanırlar.

- HƏMAS danışıqlarda niyə iştirak etmədi?

- HƏMAS-ın Dohada danışıqlara getməməsinin səbəbi İsmayıl Haniyənin öldürülməsi ilə bağlıdır. Çünki hazırda HƏMAS daxilində pərakəndəliyin aradan qaldırılması prosesi gedir. Bu, HƏMAS rəhbərliyinin iki fərqli aspektdə fəaliyyət göstərə biləcəyinə də işarədir: diplomatik və hərbi-siyasi. Məsələn, Haniyənin fəaliyyəti daha çox diplomatik çərçivədə özünü nümayiş etdirirdi. HƏMAS-ın yeni lideri Yəhya Sinvar isə Haniyədən fərqli olaraq, ölkə xaricində deyil, Qəzzada yaşayır və onun danışıqlarla bağlı mövqeyi daha sərtdir. HƏMAS-ın Rusiya və Türkiyənin danışıqlara qatılmasını tələb etməsi də danışıqlar masasındakı təsirini artırmaq üçün idi.

- Bəs danışıqlarda Misir və Qətər hansı funksiyaya malik idilər?

- Misir "Rəfah" sərhəd-keçid məntəqəsinə nəzarət edir və Qəzza ilə həmsərhəd ölkədir. Qətərə gəlincə isə İsmayıl Haniyə və digər HƏMAS liderləri bu ölkədə yaşayıb və yaşayırlar. Üstəlik, Qətər digər Körfəz ölkələrindən fərqli olaraq, HƏMAS-ı həm siyasi, həm də maliyyə cəhətdən dəstəkləyir. Yəni Misirin sərhədi və Qətərin pulu onların danışıqlar masasında iştirakını labüd edib.

- Türkiyə və Rusiyanın danışıqlarda iştirakının əngəllənməsini necə qiymətləndirə bilərik?

- Rusiya soyuq müharibədən bəri İsrail və ABŞ-yə qarşı bir güc kimi Yaxın Şərq siyasətində mühüm mövqedə olub. Lakin bu da bir faktdır ki, Rusiya-Ukrayna müharibəsi davam edərkən Rusiyanın bu prosesdə nə dərəcədə effektiv ola biləcəyi sual altındadır. Türkiyə isə Cənubi Afrika Respublikası ilə birlikdə İsraili soyqırımı etməkdə təqsirləndirərək Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib. Paralel olaraq da Fələstin Administrasiyasının sədri Mahmud Abbasın Türkiyə Böyük Millət Məclisində çıxışı təşkil edildi. Bu amillər həm Rusiyanı, həm də Türkiyəni danışıqlarda arzuolunmaz tərəfə çevirir.

Bundan əlavə, HƏMAS Yaxın Şərqdə ərəb ölkələri xaricində Türkiyənin diplomatik fəaliyyətini Fələstin üçün daha zəruri hesab edir. Bununla yanaşı, HƏMAS-ın Türkiyənin sülh danışıqlarında iştirakını tələb etməsi Haniyədən sonra Qətər əvəzinə Türkiyədə məskunlaşmaq niyyəti ilə əlaqəli ola bilər.

- Qeyd etdiyiniz kimi, HƏMAS silah-sursatı İrandan, maliyyə yardımı və digər diplomatik imtiyazları isə Qətərdən alırdı. Ankara Dohanı əvəz edə bilər?

- Türkiyənin son dövrlərdəki siyasəti keçmiş baş nazir Əhməd Davudoğlunun 2010-cu ildəki "Strateji dərinlik doktrinası"na, yəni keçmiş Osmanlı torpaqlarında izlədiyi xarici siyasətə bənzəyə bilər. Suriya ilə razılığa gəlməyə çalışan Ankara İsraillə münasibətləri daha da gərginləşdirməklə ərəb dünyasında Fələstin milli mübarizəsinin lideri olmaq istəyə bilər. Çünki Türkiyənin Fələstin mübarizəsinə dəstək çərçivəsində əldə edəcəyi xarici qazanclar daxili siyasəti inkişaf etdirmək baxımından əhəmiyyətli olacaq. Üstəlik, Qərb HƏMAS-ı öz tərəfinə çəkmək istəyəcək ki, onun İran tərəfindən dəstəklənən proksi qruplaşması kimi qalmasının qarşısını alsın. Bir sözlə, HƏMAS uzun illər Yaxın Şərq və Fələstin siyasətində ən mühüm aktor olacaq. Ona görə də Türkiyə ilə HƏMAS əlaqələrinin inkişafını bu aspektdən təhlil etmək olar.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 555   Tarix: 18 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Heç kimin inancımı sorğulamağa haqqı yoxdur"

Türkiyədə məşhurlaşan aktrisa Nəsrin Cavadzadə son günlər sosial mediada haqqında yazılanlara münasibət bildirib. Axşam.az xəbər verir ki, aktrisa Azərbaycanda vahid məktəbli forması ilə bağlı paylaşıma dəstək olduqdan sonra ünvanına yazılan tənqidlərə etiraz edib:. "Son günlər sosial şəbəkələrd

19.10.2026 210
.

Prezident onları təltif etdi - Siyahı

Azərbaycan energetikləri təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, energetika sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər:. 2-ci dərəcəli "Əmək" ordeni ilə. Quliye

19.10.2026 315
.

Salman Xandan sonra o da hədəf alındı - Maşınına atəş açdılar

Hindistanda Bollivud aktyoru Tayqer Şroffun avtomobilinə atəş açılıb. Axşam.az xəbər verir ki, hadisə oktyabrın 18-də Mumbay şəhərində, aktyorun futbol matçından qayıtdığı zaman baş verib. Motosikletlə gələn naməlum şəxslər onun avtomobilini atəşə tutaraq hadisə yerindən qaçıblar. Atışma nəticəsind

19.10.2026 257
.

Soyuducunun üzərinə maqnit yapışdırılması təhlükəlidir?

Soyuducuların üzərinə yapışdırılan maqnitlər çox məşhur suvenirlərdir. İnsanlar onları adətən səfərlərdən gətirir və ya xatirə kimi hədiyyə alırlar. Lakin bəzi hallarda bu maqnitlərin müəyyən soyuducu modellərinin işinə təsir göstərə biləcəyi bildirilir. xarici mediaya istinadən xəbər verir ki, bel

19.10.2026 222
.

Dünyada əlavə saniyə dövrü başa çatacaq: Vaxt hesablanması dəyişəcək

Dünya üzrə vaxt standartlarına cavabdeh mütəxəssislər Paris yaxınlığındakı Versal şəhərində görüşməyə və əlavə uzun saniyəyə ehtiyac olub-olmadığını müzakirə etməyə hazırlaşırlar. Qaynarinfo xəbər verir ki, "WION" nəşrinin yazdığına görə, bu saniyənin əlavə edilməsindən imtina olunarsa, istifad

19.10.2026 154
.

Baş nazirin müavinlərinin sayı 4 oldu

Xəbər verdiyimiz kimi, Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bununla da Baş nazirin müavinlərinin sayı 3-dən 4-ə yüksəlib. Hazırda Baş nazirin birinci müavini Yaqub Eyyubovdur. O, 199-2003-cü ilə qədər Ba

19.10.2026 351
.

"Məni həyata bağlayan qüvvəm"

Xalq artisti Məleykə Əsədova qızı Gülərlə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisa övladına olan sevgisini bu sözlərlə ifadə edib:. "Qızım, dünyam, nəfəsim! Qızım, məni həyata bağlayan qüvvəm. Allahdan ən böyük istəyim onu qorumaqdır". Qeyd edək ki, Məleykə Əsədovanın qızı Gülə

19.10.2026 243
.

Teymur Musayev Baş nazirin müavini təyin olundu

Teymur Yusif oğlu Musayev səhiyyə naziri vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Teymur Musayev Baş nazirin müavini təyin olunub. Qeyd edək ki, Teymur Musayev 2022-ci ilin yanvar ayında

19.10.2026 434
.

İtinizə bu 7 sözü deməyin

İtin tərbiyəsi səbir tələb edir. Xüsusilə evə yeni küçüyün gəlməsi ilə yerdə yaranan ləkələr, gəmirilmiş ayaqqabılar, davamlı hürmə və qonaqların üstünə tullanmaq sahibini əsəbiləşdirə bilər. Lakin mütəxəssislərin fikrincə, qışqırmaq iti düzgün davranmağa öyrətməyin yaxşı üsulu deyil. xarici mediay

19.10.2026 221
.