ABŞ: "İran İsraili vurarsa, fəlakətli nəticələrlə üzləşəcək"

ABŞ: "İran İsraili vurarsa, fəlakətli nəticələrlə üzləşəcək"ABŞ iddia edir ki, İran İsrailə hücum edərsə, bunun nəticələri Tehran üçün fəlakətli olacaq.

Oxu.Az xəbər verir ki, bu versiyanı jurnalistlər üçün xüsusi brifinqdə ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi irəli sürüb.

"Bu baş verərsə, biz buna qarşı çıxmağa və İsraili müdafiə etməyə hazırıq. Ancaq biz iranlıları da bu yola getməməyə çağırırıq, çünki bunun nəticələri xüsusilə İran üçün olduqca fəlakətli olacaq. Biz Yaxın Şərqdə vəziyyətin istənilən inkişafına hazırıq", - o bildirib.

Vaşinqton administrasiyasının rəsmisi İranın İsrailə hücumu halında ABŞ-nin özünün İranı vurmağa hazır olub-olmaması sualına cavab verməyib.

"İcazə verin deyim ki, biz regiona vəziyyətin hər hansı mümkün inkişafı üçün tələb olunan əhəmiyyətli hərbi aktivlər yerləşdirmişik. Biz öz fəaliyyətlərimizi tərəfdaşlar və müttəfiqlərlə əlaqələndiririk. Başqa heç nə barədə əvvəlcədən nə isə deyə bilmərəm", - məmur əlavə edib.

Xatırladaq ki, Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun sədri İsmayıl Haniyənin Tehranda öldürülməsindən və "Hizbullah"ın hərbi qanadının komandirlərindən biri Fuad Şukranın Beyrutda məhv edilməsindən sonra başlayıb. İran, HƏMAS və "Hizbullah" hadisəyə görə İsraili günahlandırıb və bunu cavabsız qoymayacaqlarını bildiriblər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 598   Tarix: 18 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 4-nə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, Azərbaycanda 1 unsiya qızılın qiyməti 7 544,6170 manat, 1 qram qızılın qiyməti isə 242,56 manat təşkil edib. 99 əyarlı təmiz qızılın 1 qramı 242,56 manat, 750 əyarlı İtalyan qızılının 1 qramı 182,11 manat, 585 əyarl

20:30 106
.

Qapıdan uzaqda belə uğur qazanan Harri Keyn - 73 qolu var

İngiltərə millisinin və "Bavariya"nın hücumçusu Harri Keyn meydanda daha geridə oynamasına baxmayaraq, ötən mövsüm klub və yığma səviyyəsində 73 qol vurub. xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu bunun kənardan göründüyü qədər ziddiyyətli olmadığını bildirib. Keynin sözlərin

19:30 125
.

İsraildə seçki yarışı qızışır: Netanyahu hakimiyyəti itirə bilər? - POLİTOLOQDAN AÇIQLAMA

İsraildə keçiriləcək parlament seçkilərinə sayılı həftələr qalmış siyasi mənzərə yenidən dəyişməyə başlayıb. Baş nazir Benyamin Netanyahunun hakimiyyətdə qalmaq mübarizəsi fonunda son rəy sorğuları həm iqtidar, həm də müxalifət blokunun parlamentdə çoxluq əldə etmək üçün kifayət qədər mandat toplay

15:48 175
.

Saturnun sirri açılır

Astronomlar Saturnun cənub qütbündə təxminən 168 min kilometr enində nəhəng onbucaqlı atmosfer dalğası aşkar ediblər. Planetin şimal qütbündəki məşhur altıbucaqlı ilə oxşarlıq təşkil edən bu sirli həndəsi forma Saturnun atmosferində ilk dəfə cənub yarımkürəsində müşahidə olunan böyük, müntəzəm tərəfl

23:00 1
.

"Samsung"un yeni qatlanan telefonu testdə: Ekranı dırnaqla cızılır

Qatlanan smartfonlar əvvəlki kimi kifayət qədər həssas və kövrək cihazlar olaraq qalır. xarici mediaya istinadən xəbər verir ki, bu barədə "JerryRigEverything" adı ilə tanınan texnologiya bloqeri "YouTube" kanalında bildirib. Müxtəlif elektron cihazların möhkəmliyini sınaqdan keçirməs

18:45 143
.

Prezident bu ölkələrə yeni səfirlər təyin etdi

Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycanın İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamına əsasən, Anar Keykavus oğlu Əcəmov Azərbaycanı

15:11 288
.

Çin şirkətləri ABŞ-a nadir torpaq metalları göndərməkdən imtina edir

Çində bəzi nadir torpaq elementi təchizatçıları ABŞ şirkətlərinə məhsul göndərməyi dayandırıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bir sıra Çin şirkətləri Pekinin mümkün reaksiyasından ehtiyat edərək ABŞ-a nadir torpaq metalları tədarük etməkdən çəkinir. Bu vəziyyət ABŞ Prezidenti Donald Tram

13:00 206
.

Bu ərzağı istifadə edənlər diqqətli olsun

Yumurta yüksək protein tərkibi və zəngin qida dəyərinə görə ən sağlam qidalar sırasında göstərilir. Səhər yeməklərinin vazkeçilməz məhsullarından biri olan yumurta yanlış istifadə və saxlanma vərdişləri səbəbindən sağlamlıq üçün risk yarada bilər. Bəs yumurtanı necə istifadə etmək lazımdır?. xarici mediay

18:15 148
.

"Liverpul" 18 yaşlı hücumçunu aldı

Fransalı hücumçu Cilian Ngessan İngiltərənin "Liverpul" klubu ilə müqavilə imzalayıb. xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumata əsasən, "Liverpul" "Sent-Etyen"in futbolçusu Cilian Ngessanın transferi ilə bağlı razılığa gəlib. Fransalı hücumçu yanva

20:00 116
.