Bakıda qadınları qorxu içində saxlayan manyak həbs edildi
Bu günlərdə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsinin ərazisində seksual manyakın olması ilə bağlı sakinlər arasında məlumat yayılıb.
"Qafqazinfo" xəbər verir ki, ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə müraciət edən qadınlar tanımadıqları şəxsin onları izlədiyini, ictimai yerdə qeyri-adekvat hərəkətlər etdiyini bildirib.
Həyata keçirilən tədbirlərlə əməli törədən Maştağa qəsəbəsinin Ləhiş bağları yaşayış massivinin sakini 1996-cı il təvəllüdlü Orxan Babayev (ad-soyad şərtidir) saxlanılıb. O saxlanılarkən polisə müqavimət göstərib.
Barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilən gənc oğlan avqustun 8-də Sabunçu Rayon Məhkəməsinə çıxarılıb. Protokola hakim Samirə Məmmədli tərəfindən baxılıb.
Şahid kimi ifadə verən qızlar Orxandan şikayətçi olduqlarını bildiriblər.
N.Hüseynova adlı şikayətçinin sözlərinə görə, Orxan onu israrla təqib edib:
"Kollecə gedərkən bu oğlanın gözünü məndən çəkmədiyini, telefonla danışaraq keçdiyini gördüm. Daha sonra axşam evə qayıdanda da onu marketin qarşısında telefon qulağında gördüm. Həmin şəxs avtobusla elektrik yerinin arasında üzü yola tərəf yarıçılpaq vəziyyətdə dayanmışdı. Mən çox qorxmuşdum, bu barədə evə gedərkən əmimgilə dedim. Onlar marketin kameralarından görüntüləri əldə edərək dərhal bu barədə polisə məlumat verdilər".
Digər şikayətçi Ə.Vəliyeva yaşadığı qəsəbədə seksual manyakın peyda olması barədə əvvəlcədən eşitdiyini deyib:
"Hadisə günü maşından düşüb evə gedərkən bir nəfər oğlanın döngənin üzərində olan boş yarımtikiliyə keçdiyini gördüm. Təxminən 2-3 həftə əvvəl məhəllədə manyakın peyda olduğunu eşitmişdim. Ona görə ehtiyatlı davranaraq əlimə yerdən daş götürdüm. Həmin obyektin qarşısından keçəndə bu oğlanın çılpaq vəziyyətdə dayandığını gördüm. Evə necə getdiyimi heç özüm də bilmədim. Anama telefonla zəng edərək olduğum yeri dedim ki, başıma nəsə gəlsə, harada olduğumu bilsinlər".
Orxan Babayev isə ifadəsində özünü müdafiə edib. O bu hərəkətləri böyrəyində problem olduğu üçün etdiyini söyləyib.
Sabunçu Rayon Məhkəməsinin 8 avqust tarixli qərarı ilə Orxana bir ay inzibati həbs cəzası verilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1422 Tarix: 13 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSalman Xandan sonra o da hədəf alındı - Maşınına atəş açdılar
Hindistanda Bollivud aktyoru Tayqer Şroffun avtomobilinə atəş açılıb. Axşam.az xəbər verir ki, hadisə oktyabrın 18-də Mumbay şəhərində, aktyorun futbol matçından qayıtdığı zaman baş verib. Motosikletlə gələn naməlum şəxslər onun avtomobilini atəşə tutaraq hadisə yerindən qaçıblar. Atışma nəticəsind
19.10.2026 423 Azərbaycanda avtomobil idxalı kəskin azaldı: Bahalaşma nə vaxta qədər davam edəcək?
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən 1 milyard 132,2 milyon dollarlıq 57 min 275 avtomobil idxal olunub. Avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ ifadəsində 472,8 milyon dollar (29,5, miqdar ifadəsində 27 min 982 ədəd (32,8%) azalıb. . Hesabat dövründə idxal oluna
19.10.2026 275 "Kupça"sız evə bu yolla sənəd almaq olar
Müxtəlif mənbələrdəki məlumatlara görə, Azərbaycanda, xüsusilə Bakı və Abşeron ərazilərində çıxarışı olmayan yüzminlərlə fərdi yaşayış evi mövcuddur. Belə yaşayış sahələrinin bir hissəsi müəyyən sənədləri olan, lakin həmin sənədləri hüquqi baxımdan legitim hesab edilməyən evlərdir. Digər hissəsi is
11:01 0 Kosmosda doğulan uşağın başına nə gələcək: alimlərin izahı
NASA Marsa missiyalar planlaşdırdığı bir vaxtda alimlər Yer kürəsindən kənarda uşağın dünyaya gəlməsinin mümkünlüyünü və bunun hansı nəticələrə səbəb ola biləcəyini araşdırırlar. Marsa uçuş planları getdikcə reallığa çevrildikcə insan orqanizminin kosmos şəraitində necə fəaliyyət göstərəcəyi ilə bağl
19.10.2026 366 Payızda bu qidaları süfrənizdən əskik etməyin - Ürəyə faydalıdır
Payız mövsümündə yetişən meyvə və tərəvəzlər yalnız süfrələrə rəng qatmaqla kifayətlənmir, həm də orqanizmin ehtiyac duyduğu bir sıra vacib qida maddələrini təmin edir. Bəzi məhsullar lif, kalium, antioksidantlar və faydalı yağlarla zəngin olduğundan ürək-damar sağlamlığının qorunmasına dəstək verə bilər
19.10.2026 407 Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Astronomlar indiyədək aşkar edilmiş ən uzaq sürətli radio partlayışını müəyyən ediblər. Bu siqnal kainatın cəmi 3 milyard il yaşı olduğu dövrdə yaranıb. Ən böyük sürpriz isə onun yarandığı qalaktika olub: tədqiqatçılar çoxsaylı ulduzları olan böyük qalaktika əvəzinə, ulduzların fəal şəkildə yarandığ
19.10.2026 334 "44"ün nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaq
Mədəniyyət Nazirliyi yanında Kino Agentliyi "44" bədii filmi ilə bağlı ictimaiyyətə müraciət edib. Bu barədə Axşam.az-a agentlikdən məlumat verilib. Bildirilib ki, seanslar zamanı mobil telefon və ya digər cihazlarla filmin çəkilməsi, görüntülərin icazəsiz qeydə alınması və yayılması yolverilməzdir:
19.10.2026 362 Baş nazirin müavinlərinin sayı 4 oldu
Xəbər verdiyimiz kimi, Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bununla da Baş nazirin müavinlərinin sayı 3-dən 4-ə yüksəlib. Hazırda Baş nazirin birinci müavini Yaqub Eyyubovdur. O, 199-2003-cü ilə qədər Ba
19.10.2026 439 Almaniya kansleri Trampı Avropanın əhəmiyyətinə inandırmağa çalışır
Almaniya kansleri Fridrix Merts bildirib ki, hər görüşdə ABŞ prezidenti Donald Trampı sabit Avropanın Vaşinqtonun maraqlarına uyğun olduğuna inandırmağa çalışır. xəbər verir ki, Merts bu barədə "Der Spiegel" jurnalına verdiyi müsahibədə danışıb. "Bu, amerikalıların da öz maraqlarına xidmə
10:55 0