Jerarddan Roza Zərgərliyə CAVAB: "Dilənmirəm, övladlığa götürülməmişəm, ildə bir dəfə..."
Müğənni Roza Zərgərlinin övladlığa götürdüyü Jerard Qafarov işsizlikdən və yemək almağa pul tapmamasından şikayətlənib. O, sosial media hesabında bu fikirləri yazıb: "4-5 gündür ki, işsizəm. İş tapa bilmirəm. Evdə yeməyim yoxdur. Neçə gündür yemək də yeyə bilmirəm. İmkanı çatan mənə kömək ola bilər, evimə yemək alım. Kimin imkanı çatırsa, yazar, kart ataram, pis vəziyyətdəyəm".
Müğənni Roza Zərgərli "Instagram" hesabında paylaşım edərək qeyd edib ki, Jerard dilənçiliyi, xalqa müraciəti daha üstün tutur, nəinki iş görməyi.
Oxu.Az-ın əməkdaşı mövzunun detallarını öyrənmək üçün Jerard Qafarovla əlaqə saxlayıb.
O, cəmiyyətdə yanlış fikir formalaşdığını qeyd edib:
"Roza xanımla bir problemim yoxdur. Sadəcə, öz durumumu paylaşaraq insanlardan yardım istədim. Söhbət pulda deyil. Özümü dolandırmaq üçün iş axtarıram. Çünki hara işə düzəlsəm, internatda böyüdüyümü biləndən sonra məni işdən kənarlaşdırırlar. Roza xanımla uşaq evində tanış olmuşam. Evinə qonaq getmişəm, bayramdan-bayrama görüşmüşük. Ayda-ildə bir dəfə cibimə xərcliyə pul qoyub. Bu yardım kiminsə həyatını dəyişəcək gücdə deyil. Roza xanımın əleyhinə danışmıram, sadəcə, öz vəziyyətimi paylaşmışam. İnanmayan şəxsləri də yaşadığım yerə dəvət edirəm. Gəlib reallıqla tanış olsunlar. Ağ günə çıxa bilməmişəm. Mən də yaşamaq istəyirəm.
Roza xanımın mənə daim dəstək olması ilə bağlı cəmiyyətdə yanlış fikir yaranıb. Elə bir situasiya olsa, son paylaşımı etməzdim. Roza xanımla əlaqəm yoxdur, 4 ilə yaxındır ki, uzaq yaşayıram. 4 il ərzində ayda-ildə bir dəfə "salam-sağ ol" edərik. Bu müddət ərzində müxtəlif yerlərdə fəhlə işləmişəm. Fəhləlikdən də yorulmuşam, daimi, normal işim yoxdur ki, həyatımı yaşaya bilim. Roza xanım məni heç vaxt işə düzəltməyib. Sadəcə, bayramdan-bayrama eyni məkanda olmuşuq".
Jerard onu da qeyd edib ki, qanuni olaraq dövlət himayəsində hesab edilir: "Məni heç kim övladlığa götürməyib. Elə bir şey yoxdur. Uşaq evi qeydiyyatındayam. Roza xanım paylaşım edib ki, guya mən dilənçilik edirəm. Xeyr, elə deyil. Dilənçilik etmirəm, insanlardan dəstək istəyirəm. Pul almaq bir-iki dəfə olur, yalnız iş istəyirəm".
Qeyd edək ki, Jerardın qardaşı Corc Qafarov aktyordur. R. Zərgərlinin Bənövşə adlı doğma qızı da var.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMüğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Müğənni Könül Kərimovaya qarşı 245 min manatlıq dələduzluq etməkdə ittiham olunan "Hüquq-Ekspertiza Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) rəhbəri olmuş Mübariz Məmmədov və Elçin Bağırovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlə
16.09.2026 578 Məşhur aparıcı bu addımı da atdı - Elə bir iş gördü ki... - FOTO
Məşhur aparıcı Esra Erol bu dəfə biznes təşəbbüsü ilə diqqət çəkib. xəbər verir ki, televiziya karyerası ilə yanaşı, geyim sektoruna da addım atan aparıcı yeni mağaza açıb. Esra Erolun yeni biznesini təbrik edən yaxın rəfiqəsi, aktrisa Bergüzar Korel ona xoş arzularını çatdırıb. Erolun mağaza açmas
27.09.2026 418 "Zaman yaraları sağaltmır, sadəcə boşluqla yaşamağı öyrədir"
Əməkdar artist Bəhram Bağırzadə mərhum atası Arif bəylə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, ölüm ildönümündə atasını bu sözlərlə yad edib:. "17 sentyabr. Bu tarixdə atamı itirdim. Sentyabr ümumiyyətlə qəribə aydır. Hələ hava istidir, hələ dəniz və yetişmiş əncir qoxusu duyulur, həl
20.09.2026 272 Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadə ötən gün yeni duet təqdim ediblər. Mahnı yayımlandıqdan sonra sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilib və duet tənqid olunub. xəbər verir ki, tənqidlərə cavab olaraq Alim Qasımov News.24-ə açıqlamasında mahnının zövq və əhvali-ruhiyyədə
20.09.2026 305 Ən çox gəlir gətirən aktyor oldu
Britaniyalı aktyor Tom Holland kino tarixinin ən çox gəlir gətirən aktyorları siyahısında birinci pilləyə yüksəlib. Axşam.az xəbər verir ki, aktyorun rol aldığı filmlərin ümumi dünya üzrə gəliri 15,48 milyard dolları keçib. Bununla Holland Zoi Saldana və Skarlett Yohanssonu geridə qoyub. Aktyorun il
19.09.2026 227 Rüfət bu yolla arıqlayır
Müğənni Rüfət Axundov arıqlaması ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, sənətçi üç həftədir pəhriz saxladığını bildirib. İfaçı bu haqda "Qonaqcanlı" proqramında danışıb. O, 3 həftəyə 4,5 kiloqram çəki atdığını deyib. "Hazırda 84 kiloqram olmuşam. Hədəfim 80-78 kiloqrama qədər düşməkdir
20.09.2026 355 Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Aparıcı Zaur Kamalın səhhətində problem yaranıb. Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Klinikada sistem köçürən Zaur virusa yoluxduğunu bildirib:. "Dünən klinikaya pis vəsiyyətdə gəlmişəm, üzü o tərəfə gedirdim. Həkim "getmə" dedi"
20.09.2026 826 "Məni silkələyən ikinci belə hadisə olmayıb"
Xalq artisti Murad Dadaşov ötən il dünyasını dəyişən dostu, Əməkdar artist Cabir İmanovla bağlı duyğularını bölüşüb. Axşam.az xəbər verir ki, "Sabahın xeyir, Azərbaycan" proqramına danışan Dadaşov Cabirlə bağlı xatirələrindən söz açıb. O, sənətçinin vəfatının həyatında böyük sarsıntı yaratdığın
29.09.2026 301 Azərbaycanda bir ildə 2400 eşşək hara yoxa çıxıb?
Azərbaycanda eşşəklərin sayı son illər sürətlə azalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin əvvəlinə ölkədə 10 300 baş eşşək qeydə alınıb. Halbuki 2025-ci ildə bu göstərici 12 700 baş olub. Beləliklə, cəmi bir il ərzində eşşəklərin sayı 2 400 baş və ya təxminən 19 faiz azalıb
13.09.2026 462