Moskva İrəvanın şıltaqlığına niyə dözür? - "Qərb Ermənistana daha sərt reaksiya verəcək" - ŞƏRH

Moskva İrəvanın şıltaqlığına niyə dözür? - "Qərb Ermənistana daha sərt reaksiya verəcək" - ŞƏRH2018-ci ildə Ermənistanda Nikol Paşinyan hakimiyyəti Serj Sarqsyandan təhvil alandan sonra Rusiyadan asılılığını azaltmaq üçün yeni hərbi, siyasi, iqtisadi diversifikasiyalar axtarmağa başladı. Səbəb isə məlum idi: Ermənistanı dövlət kimi ayaqda saxlayan, onu dövlət kimi məhv olmaq təhlükəsindən qoruyan, onun bütün sahələrinə nəzarət edən Rusiyadır. Ermənistanın həm enerji sektoru, həm dəmiryol nəqliyyat sistemi, həm də Ermənistan məhsullarının xaricə nəql edilməsinin yeganə quru yolu (Gürcüstan-Rusiya sərhədinin Yuxarı Lars məntəqəsi") bilavasitə Rusiyanın nəzarətindədir.

Üstəlik, Ermənistan iqtisadiyyatı çox böyük ölçüdə xaricdəki ermənilərin ölkəyə göndərdiyi yardımlardan və investisiyalardan asılıdır ki, burada da yenə ən böyük pay məhz Rusiyada yaşayan ermənilərin üzərinə düşür. Əbəs deyil ki, Paşinyan hakimiyyətə gələndən sonra, ölkəyə hər nə qədər Qərbdən yeni tərəfdaşlar cəlb etsə də, 2021-ci ildə 2,3 milyard, 2023-cü ildə 7,3 milyard ABŞ dolları olan Rusiya-Ermənistan ticarətinin həcmi 2024-cü ilin təkcə ilk rübündə inanılmaz şəkildə artaraq 8,4 milyard dollara çatıb. Maraqlıdır ki, bir tərəfdən özünü məhz Qərbin himayəsi ilə Rusiyanın asılılığından xilas etmək istəyən Ermənistan, digər tərəfdən ticarət dövriyyəsini sürətlə artıraraq bu asılılığı daha da dərinləşdirir.

Bəs bu ziddiyyətin səbəbi nədir?

Tarix elmləri doktoru, siyasi şərhçi Telman Nüsrətoğlu Oxu.Az-a açıqlamasında sözügedən ziddiyyəti Rusiya ilə Ermənistan arasındakı razılaşdırılmış gərginliyin nəticələrindən biri kimi qələmə verib:

"Yaranan geosiyasi vəziyyət və Rusiyanın Ukrayna ilə müharibədə qarşılaşdığı çətinlikləri görən Ermənistan özünə çıxış yolları və hamilər axtarmağa çalışır. Burada da sanksiyalar altındakı Rusiyanın iqtisadiyyatına lazım olan yüksək texnologiya məhsulları, hansı ki, Rusiyanın milli müdafiə sənayesi üçün də vacibdir, məhz Ermənistan üzərindən Rusiyaya ötürülür. Moskva sanksiyaları dəf etmək üçün Ermənistandan istifadə edir və belə olan halda nəzarətli gərginlik xətti, əslində, hər iki dövlətin işinə yarayır".

"Əgər Rusiya, həqiqətən də, Ermənistanla düşmən mövqeyinə qədəm qoyubsa və Rusiyadan qopub Qərbin ağuşuna atılmaq istəyirsə, birinci növbədə ölkədə Rusiya ilə müştərək olan hərbi birliklərlə bağlı açıqlama verməlidir ki, bunu da eşitməmişik. Yaxud Rusiyanın Ermənistanda 102-ci hərbi bazası var ki, onun da çıxarılmasından söhbət belə getmir və ya təhlükəsizlik bürokratiyası tamamilə Rusiyaya bağlıdır ki, bu da İrəvanın müzakirə mövzusu deyil.

Sadəcə, yaranan geosiyasi vəziyyət fonunda Rusiyanın Ermənistanı bəsləyə bilmədiyini bilən ermənilər fürsətdən sui-istifadə edərək Fransa və Amerika Birləşmiş Ştatları kimi dövlətlərdən, eləcə də erməni lobbilərindən maddi yardımlar alır, mövcud problemin öhdəsindən bu şəkildə gəlməyə çalışırlar. Ticarət dövriyyəsinin artan xətlə inkişaf edib bu həddə çatması da bundan qaynaqlanır. Çünki Ermənistan özü istehsalçı ölkə deyil. Rusiyanın ehtiyacı olan məhsulları kənardan alır və ona göndərir", - deyə alim vurğulayıb.

O, kollektiv Qərbin prosesə niyə sükutla yanaşdığını isə ikili standartlarla əlaqələndirib:

"Aydın məsələdir ki, mövzu ermənilər olanda Qərbin ikiüzlü siyasəti icra olunmağa başlanır. Erməni şirkətlərini də bu mənada sanksiya altında salmaq istəmir. Baxmayaraq ki, Türkiyə şirkətlərinə, banklarına qarşı Rusiya ilə ticarət edirlər deyə təzyiqlər artdı və onlara ciddi əngəllər yaratmağa çalışdılar, amma Ermənistana bu təzyiqlər şamil edilmir. Bu da onu göstərir ki, Rusiya və Qərb hər nə qədər bir-biri ilə geosiyasi gərginlik şəraitində olsalar da, ermənilərin himayə edilməsi prosedurunu da paralel şəkildə həyata keçirilər. Bu da açıq şəkildə göstərir ki, Rusiya ilə Ermənistan arasındakı gərginlik nəzarət altında olan, məqsədyönlü gərginlikdir. Ermənistan Rusiya əleyhinə "qırmızı xətt"i keçməyib, əksinə, iqtisadi və digər sahələrdə münasibətlər hər iki ölkənin istədiyi şəkildə dərinləşir".

Siyasi şərhçi Müşfiq Abdulla isə hesab edir ki, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin artmasına dair faktlar ötən ilin sentyabrında ortaya çıxmağa başlayıb:

"Həmin il məlum oldu ki, iki ölkə arasında ticarət dövriyyəsi birdən-birə 7.3 milyard dollara çatıb. Bunun səbəbləri də çox keçmədən aydın oldu ki, Ermənistan və Ermənistan üzərindən Rusiyaya ixracı qadağan olunmuş malların göndərilməsi və satışı baş verir. Həmin vaxt Qərb dövlətləri Avropa ölkələrindən Ermənistana daxil olan məişət avadanlıqlarındakı mikroçiplərin Ukraynaya atılan Rusiya raketlərində aşkarlanmasına dair faktları təqdim etdilər və bu faktlar Ermənistan üzərindən Rusiyaya satışı qadağan olunan malların ixracının həyata keçirildiyini təsdiqlədi. Bu faktın ortaya çıxması Ermənistanla Qərb ölkələri və təşkilatları arasında ciddi qalmaqala səbəb oldu. Hətta ABŞ Ermənistanı sanksiyalarla hədələdi. Lakin son məlumatlar, hər şeyə rəğmən, ticarət dövriyyəsinin daha da yüksəldiyini göstərir. Bu da ondan xəbər verir ki, Ermənistanla Rusiya arasında gizli ticarət sövdələşməsi var və bu məsələ Rusiyanın maraqlarına cavab verdiyi üçün Moskva İrəvanın siyasi şıltaqlığına göz yumur".

"Doğrudur, bu məsələ daha çox Ermənistanın sabiq iqtisadiyyat naziri Vahan Kerobyanın adı ilə hallanırdı və bildirilirdi ki, o, Rusiyaya yaxın olduğu üçün sorosçuların iradəsinə zidd gedərək bu addımı atır. O zaman Qərbin də Paşinyanın qarşısında qoyduğu əsas tələblərdən biri Vahan Kerobyanı iqtisadiyyat naziri vəzifəsindən uzaqlaşdırmaqla bağlı idi. Lakin bu il Kerobyan vəzifəsindən azad edilsə də, gizli ticarət əməliyyatları nəticəsində iki ölkə arasında ticarət dövriyyəsinin artmasına şahid oluruq. Bu isə onu göstərir ki, problem yalnız Kerobyanla bağlı olmayıb, məsələ şəxsən Paşinyanın nəzarətindədir və o, Rusiya ilə qarşılıqlı razılaşma əsasında bu əməliyyatları həyata keçirir.

Hətta bu ilin ikinci rübünün ortasında Paşinyan Moskvada Rusiya prezidenti ilə görüşərkən Vladimir Putin ona ticarət dövriyyəsinin doqquz milyarda çatdığını xatırlatmış və buna görə ona təşəkkür etmişdi. Bu isə Azərbaycanla Rusiya arasındakı ticarət dövriyyəsindən iki dəfə çoxdur. Hazırda Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4.5 milyard dollar təşkil edir. Halbuki, Azərbaycanın iqtisadi potensialı Ermənistandan qat-qat üstündür, buna baxmayaraq, Ermənistan heç bir iqtisadi potensialı olmadığı halda Rusiya ilə arasında Azərbaycandan iki dəfə çox ticarət dövriyyəsi yaranıb", - deyə şərhçi vurğulayıb.

Müsahibimiz Qərb dövlətlərinin bundan xəbərsiz olduğunu hesab etmir:

"Müəyyən dövrdən sonra Qərb Ermənistana daha sərt reaksiyalar verəcək və hətta sanksiyalar da tətbiq edə bilər. Amma indiki halda, görünür, Qərb Ermənistanı daha çox siyasi cəhətdən öz təsir dairəsinə almaq üçün müəyyən proseslərə göz yumur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 453   Tarix: 04 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ağ Evdən fermaya: ABŞ prezidenti dövlət işlərindən yorulanda nə edirdi?

ABŞ-ın 34-cü prezidenti Duayt Eyzenhauerin həyatı yalnız siyasət və dövlət idarəçiliyi ilə məhdudlaşmırdı. O, qolf oynamağı, rəsm çəkməyi, kart oyunlarını və fermasında heyvanlarla məşğul olmağı sevirdi. Prezidentin bu maraqları gərgin iş rejimindən uzaqlaşmaq üçün seçdiyi məşğuliyyətlər arasında idi

15:04 135
.

İtinizə bu 7 sözü deməyin

İtin tərbiyəsi səbir tələb edir. Xüsusilə evə yeni küçüyün gəlməsi ilə yerdə yaranan ləkələr, gəmirilmiş ayaqqabılar, davamlı hürmə və qonaqların üstünə tullanmaq sahibini əsəbiləşdirə bilər. Lakin mütəxəssislərin fikrincə, qışqırmaq iti düzgün davranmağa öyrətməyin yaxşı üsulu deyil. xarici mediay

19.10.2026 359
.

Şəbnəmin qızı Amerikada universitetə qəbul olub

Müğənni Şəbnəm Tovuzlunun qızı Günel Amerikaya köçür. Axşam.az xəbər verir ki, bu barədə prodüser Tarix Əliyev məlumat verib. O bildirib ki, Günel Amerikada universitetə qəbul olub. O, əvvəlcə Fransada kursa gedəcək, yanvardan isə Amerikaya yollanacaq

12:08 321
.

Vəzifəli şəxs Şamaxıdakı evində ölü tapıldı

Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal İbrahimov qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı mərhumun yaxınları məlumat paylaşıb. Bildirilib ki, V.İbrahimovun meyiti Şamaxıda yaşadığı evdə aşkar edilib. Onun ölüm səbəbi hələlik açıqlanmayıb

11:42 263
.

Rusiya-ABŞ əlaqələri Ukrayna münaqişəsinin həllinə təkan verə bilər

Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib ki, Rusiya ilə ABŞ arasında ikitərəfli münasibətlərin inkişafı Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlara zəmin yarada bilər. xəbər verir ki, Miroşnik bu barədə "İzvestiya" nəşrinə müsahibəsind

11:03 191
.

Soyuducunun üzərinə maqnit yapışdırılması təhlükəlidir?

Soyuducuların üzərinə yapışdırılan maqnitlər çox məşhur suvenirlərdir. İnsanlar onları adətən səfərlərdən gətirir və ya xatirə kimi hədiyyə alırlar. Lakin bəzi hallarda bu maqnitlərin müəyyən soyuducu modellərinin işinə təsir göstərə biləcəyi bildirilir. xarici mediaya istinadən xəbər verir ki, bel

19.10.2026 344
.

Elçin Əfəndidən "İmtahan sualları çətin idi" deyənlərə SƏRT REAKSİYA

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə imtahan suallarının çətinliyi ilə bağlı yaranan narazılıqlara münasibət bildirib. Məleykə Abbaszadə bu barədə sosial şəbəkə hesabında paylaşım edib. DİM sədri qeyd edib ki, imtahanların çətinlik səviyyəsi barədə obyektiv fikir yürütmək üçün il

14:06 174
.

Qətl şübhəlisinin hadisədən əvvəl süni intellektə verdiyi suallar ortaya çıxdı

Türkiyənin Sakarya vilayətində 14 yaşlı Murat İmrağın odlu silahdan açılan atəş nəticəsində həyatını itirməsi ilə bağlı istintaqda yeni detallar məlum olub. Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ilə əlaqədar həbs edilən 15 yaşlı Yasin Karataşın (ad və soyad şərtidir) cinayətdən əvvəl sün

19.10.2026 351
.

Eldar Əzizov gələcək haqqında

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın bütün xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qış mövsümünə hazırlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib. Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün biz Prezident İlham Əliyevin son tarix

14:56 132
.