Messinin varisi o oldu
Argentina millisinin baş məşqçisi Lionel Skaloni ulduz futbolçu Lionel Messinin beynəlxalq karyerasını başa vurmasından sonra əfsanəvi 10 nömrəli formanı 21 yaşlı Niko Paza verməyi planlaşdırır.
"Qafqazinfo" xəbər verir ki, bu qərarın Messi və Nikolas Otamendinin 2026-cı il Dünya Çempionatından sonra milli komandadan ayrılacağı ehtimalı fonunda verildiyi bildirilir.
ESPN-in məlumatına görə, Enzo Fernandes və Aleksis Mak Allister kimi ulduzlar da 10 nömrəli forma üçün namizədlər arasında olsa da, Skaloni seçimində Pazın üzərində dayanıb.
Argentinalı jurnalist Federiko Bueno bildirib ki, Skaloni milli komanda ilə müqaviləsini yeniləsə, 10 nömrəli forma Paza veriləcək. Onun sözlərinə görə, bu məsələ artıq komanda daxilində qərarlaşdırılıb.
"Komo"da çıxış edən Paz indiyədək Argentina millisində 18 nömrəli formanı geyinib.
Messi isə 2009-cu ilin martında Dieqo Maradonanın baş məşqçi olduğu dövrdə ilk dəfə 10 nömrəli formanı geyinib. Ulduz futbolçu bu forma ilə milli komandada 172 oyuna çıxaraq rekord müəyyənləşdirib.
Messidən əvvəl 10 nömrəli forma Dieqo Maradona, Ariel Orteqa, Xuan Roman Rikelme və Marselo Qallardo kimi əfsanələrə məxsus olub.
Paz klub səviyyəsində də 10 nömrəli forma ilə uğurlu çıxış edib. Gənc yarımmüdafiəçi "Komo"nun Çempionlar Liqasına tarixi vəsiqə qazanmasına 13 qol və 7 məhsuldar ötürmə ilə töhfə verib.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 528 Tarix: 03 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan boksçusu Avropa çempionu oldu
Azərbaycan idmançısı Cəmilə Muradlı Budvada keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olub. xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib. 57 kq çəki dərəcəsində mübarizə aparan milli komandanın üzvü finalda Almaniya təmsilçisi Aliya İbrahimi il
11.10.2026 370 "Sabah"dan 1 xala layiq matç... - Video-Yenilənib
UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparan təmsilçimiz "Sabah" bu gün növbəti sınağına çıxır. "Qafqazinfo" xəbər verir ki, komandamız 3-cü tur çərçivəsində Almaniyanın "Borussiya Dortmund" klubunu sınağa çəkəcək. Bakı Olimpiya Stadionunda təşkil olunaca
20.10.2026 746 15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
AFFA-nın mətbuat xidmətinin rəhbəri Murad Axundov qurumdan ayrılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə onun özü məlumat verib. O bu vəzifəyə 15 gün əvvəl təyin olunmuşdu
01.10.2026 681 Ronaldu millidən ayrıldı, Portuqaliyada kütləvi etirazlar başladı - Video
Portuqaliya millisinin azarkeşləri Kriştianu Ronaldunun milli komandadan qalmaqallı şəkildə ayrılmasına etiraz olaraq aksiya keçiriblər. xəbər verir ki, ölkənin müxtəlif şəhərlərində küçələrə çıxan azarkeşlər futbolçunun adını səsləndirib və əfsanəvi oyunçuya hörmət tələb ediblər. Azarkeşlərin narazılığ
04.10.2026 558 Azərbaycan millisi Litvanı məğlub etdi - Video
Azərbaycan millisi UEFA Millətlər Liqasında bu mövsüm ilk qələbəsini qazanıb. xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Bakıda Litvanı qəbul edib. "Palms Sports Arena"da baş tutan görüş millinin qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu 25-ci dəqiqədə Abdulla Xaybulayev rəqi
04.10.2026 550 ACF rəsmisi: "Azərbaycanda müasir idman infrastrukturunun yaradılması üzrə mühüm işlər görülüb"
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə müasir idman infrastrukturunun yaradılması, idmançıların dəstəklənməsi və mötəbər beynəlxalq idman tədbirlərinin Azərbaycanda keçirilməsi istiqamətində mühüm işlər görülüb. "Report"un məlumatına görə, bu barədə Azərbaycan Cüdo Federasiyasını
03.10.2026 360 Daha 4 cüdoçumuz tatamiyə çıxır
Azərbaycanın daha 4 cüdoçusu Bakıdakı dünya çempionatında mübarizəyə qoşulacaq. "Qafqazinfo" xəbər verir ki, qadınlardan Madina Kaisinova (+78 kq), kişilərdən isə Camal Qamzatxanov, Uşanqi Kokauri və Kənan Nəsibov (hər üçü +100 kq) mübarizəyə qoşulacaqlar. M.Kaisinova yarışa 1/16 finaldan başlayacaq
10.10.2026 370 Ronaldo Portuqaliya millisini tərk etdi
Dünyaca məşhur futbolçu Kriştiano Ronaldo Portuqaliya milli komandasının heyətindən ayrılıb. Axşam.az xəbər verir ki, futbolçu bu barədə sosial media hesabında paylaşım edib. Ronaldo Danimarka ilə oyundan əvvəl baş məşqçi Xorxe Jezusla yaranmış münaqişədən sonra bu addımı atıb:. "Milli komandanı
01.10.2026 583 Dünən məğlub oldu, bu gün qovuldu
Gürcüstanın futbol üzrə milli komandasının baş məşqçisi, fransalı mütəxəssis Villi Sanyol vəzifəsindən ayrılıb. xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Futbol Federasiyasının mətbuat xidməti yayıb. Məlumata görə, 2021-ci ildən etibarən yığmaya rəhbərlik edən Sanyol komanda ilə tarixi uğura imz
26.09.2026 362