"Heç bir süni intellekt onun ifa ruhunu əvəz edə bilməz"

"Heç bir süni intellekt onun ifa ruhunu əvəz edə bilməz"Əməkdar artist Sevda Ələkbərzadə hər kəsin süni intellektlə hazırlanmış mahnıları dinlədiyini bildirərək gileylənib.

"Qafqazinfo" xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"Hara gedirsən hər yerdə robot (süni intellekt ) oxuyur, bezdim vallah...", - müğənni paylaşımında bildirib.

Çox keçmədən Mətbuat Şurasının sədri Rəşad Məcid sənətçinin fikirlərinə münasibət bildirib.

"Sevda Ələkbərzadə qeyri-adi səsi, özünəməxsus tembri, məşhur mahnıları fərqli improvizələrlə təqdim etməsi və fərqli ifa tərzi ilə hər zaman sevilib, böyük rəğbət qazanıb. Süni intellekt Sevda Ələkbərzadəni əvəz edə bilərmi?

Sevimli müğənnimiz, Əməkdar artist Sevda Ələkbərzadənin süni intellektlə bağlı narahatlıq doğuran fikirlərini sosial mediadan oxudum. Onun səsi insan ruhunun ən incə tellərinə toxunan, duyğuları riqqətə gətirən nadir səslərdəndir.

Mən əminəm ki, heç bir süni intellekt onun füsunkar səsini, sənətkarlığını və ifa ruhunu əvəz edə bilməz. Bu mənada belə əvəzolunmaz səs sahibinin zövqləri primitivləşdirən, bayağılıq aşılayan süni intellekt ifalarından narahatlıq keçirməsi düşündürücüdür.

Ola bilər, Sevda xanımın fikirləri ilk baxışda kiməsə sadə bir giley kimi görünsün. Amma bu sözlərin arxasında sənətin gələcəyi ilə bağlı ciddi və üzərində düşünməli bir sual dayanır: süni intellektin meydan suladığı indiki dövrdə insanın yaratdığı sənət öz yerini qoruyub saxlaya biləcəkmi?", - R.Məcid vurğulayıb.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 387   Tarix: 04 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ayan Babakişiyeva psixoloji travmasından danışdı

Müğənni Ayan Babakişiyeva ev təmizliyi ilə bağlı həssaslığından danışıb. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Xəzər axşamı" proqramında danışıb. O, evdə təmizliyə xüsusi önəm verdiyini və xüsusilə də mətbəxi başqa birinin təmizləməsinə icazə vermədiyini bildirib:. "Məndə ev təmizliy

10.10.2026 329
.

Talıb Talenin ikinci qızı dünyaya gəlib

Müğənni Talıb Talenin ikinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, sənətçinin qızı doğulub. Bu haqda aparıcı Aytəkin Mərdanova "Qonaqcanlı" proqramında deyib. Qeyd edək ki, Talıb Bahar adlı xanımla evlənib. Onun ötən ilin mayında ilk övladı dünyaya gəlib

16.10.2026 628
.

Ərindən sonra qızı da vəfat etdi

2004-cü ildə "Miss Turkey" gözəllik müsabiqəsinin ikincisi olan Fatoş Seğmen ağır itki ilə üzləşib. Axşam.az xəbər verir ki, model qızı Alyanın vəfat etdiyini açıqlayıb. O, sosial şəbəkədə övladı ilə bağlı duyğusal paylaşım edib. "Canım qızım, sən mənə analıq hissinin həyatımın ən gözə

17.10.2026 417
.

Aygün Kazımova evindən VİDEO PAYLAŞDI

Xalq artisti Aygün Kazımova evindən görüntü paylaşıb. xəbər verir ki, Pop kraliça itlərinin videosunu yayımlayıb. Görüntülərdə sənətçinin evində saxladığı 3 it də yer alıb. Kazımovanın yataq otağından yayımladığı videonu təqdim edirik

17.10.2026 731
.

Aygün Kazımovanın 36 yaşlı qızı İlqarədən gündəmi ALT-ÜST EDƏCƏK GÖRÜNTÜLƏR

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımovadan xəbər var. xəbər verir ki, sosial mediada müğənninin yeni görüntüləri yayımlanıb. Onun dəyişimi diqqət çəkib. İlqarənin görünüşü çox bəyənilib. Həmin fotoları təqdim edirik:

11.10.2026 785
.

"Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur" - Lalə Məmmədova

Əməkdar artist Lalə Məmmədova qadının xoşbəxtliyi üçün ən vacib amilin sevgi yox, güvən olduğunu bildirib. Sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb. "Qadının xoşbəxt olması üçün sənətdə, səhnədə, adi həyatda sevgidən də çox, güvənəcək, çiynini söykəyəcək bir dostun olmas

11.10.2026 380
.

Oğlundan danışan Röya: "Səhvlər edir, onu keçirəm"

Xalq artisti Röya Ayxan oğlu Hüseyn Cəlilovdan danışıb. xəbər verir ki, sənətçi yeganə övladının səhvlərini bağışladığını etiraf edib. "Oğluma heç vaxt demirəm ki, sən böyük oğlansan. Səhvlər edir, onu keçirəm. Çünki uşaqdır. Uşaq uşaqlığını yaşamalıdır" -deyə o qeyd edib. Ətraflı videoda:

23.10.2026 387
.

Şəbnəm Tovuzlu geyimi və rəqsi ilə DİQQƏT ÇƏKDİ - VİDEO

Müğənni Şəbnəm Tovuzlunun səhnə görüntüləri sosial şəbəkələrdə maraq doğurub. Məkanlardan birində səhnə alan ifaçı bu dəfə qısa saç düzümü, geyim tərzi və rəqsi ilə diqqət mərkəzinə düşüb. Sənətçinin fərqli görünüşü və səhnə performansı izləyicilər arasında müzakirələrə yol açıb. Onun görüntüləri sosia

17.10.2026 639
.

İranlı rejissorun filmində baş rola çəkiləcək

Məşhur türkiyəli aktrisa Hande Erçelin yeni beynəlxalq layihəsi bəlli olub. "Qafqazinfo" xəbər verir ki, aktrisa iranlı rejissor Nader Saeivarın Almaniyada lentə alacağı "Diaspora" adlı filmdə baş rolu canlandıracaq. Filmin çəkilişlərinə 2027-ci ilin ilk aylarında başlanılması planlaşdırılır

10.10.2026 435
.