Laçında həyatını itirən hərbçilərdən biri Göygöldə dəfn edilib
İyulun 30-da xidmətdənkənar saatlarda Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən ilkin ehtimala görə zəhərlənib ölən Azərbaycan Ordusunun hərbi qulluqçularından biri Göygöl rayonunda dəfn edilib.
APA-nın məlumatına görə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş 1984-cü il təvəllüdlü Tural Maşallah oğlu Səmədovun cənazəsi, əvvəlcə, Gəncə şəhərində yaşadığı evə gətirilib. Onunla yaşadığı evdə vida mərasimi keçirilib. Daha sonra çavuş Tural Maşallah oğlu Səmədov Göygöl rayonun Çaylı kənd qəbiristanlığında dəfn edilib.
Dəfn mərasimində Tural Səmədovun ailə üzvləri, hərbçi yoldaşları və qohumları iştirak ediblər. Hərbçi ailəli olub, bir qızı və bir oğlu qalıb.
Qeyd edək ki, iyulun 30-da xidmətdənkənar saatlarda Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən, ilkin ehtimala görə, zəhərlənən Azərbaycan Ordusunun hərbi qulluqçuları kapitan Asif Qəhrəman oğlu Emnalıyev, gizir Fərid Famil oğlu Cəbrayılov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Tural Maşallah oğlu Səmədov və çavuş Emin Oqtay oğlu Şahmarlının meyitləri aşkar edilib. Hazırda Qubadlı Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 850 Tarix: 01 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAlmaniya kansleri Trampı Avropanın əhəmiyyətinə inandırmağa çalışır
Almaniya kansleri Fridrix Merts bildirib ki, hər görüşdə ABŞ prezidenti Donald Trampı sabit Avropanın Vaşinqtonun maraqlarına uyğun olduğuna inandırmağa çalışır. xəbər verir ki, Merts bu barədə "Der Spiegel" jurnalına verdiyi müsahibədə danışıb. "Bu, amerikalıların da öz maraqlarına xidmə
10:55 187 Deputatdan Türkiyəyə çağırış: "Qardaşlığımızı pozmaq istəyənlər yanılır"
Müəyyən qüvvələrin, ideoloji qrupların və informasiya kampaniyalarının gündəlik maraqlarından daha üstün strateji əhəmiyyət daşıyan münasibətlər iki dövlətin siyasi iradəsinə, xalqların tarixi qardaşlığına, qarşılıqlı etimada və ortaq təhlükəsizlik maraqlarına əsaslanır. Məhz buna görə də Türkiyədək
11:18 229 Şəbnəmin qızı Amerikada universitetə qəbul olub
Müğənni Şəbnəm Tovuzlunun qızı Günel Amerikaya köçür. Axşam.az xəbər verir ki, bu barədə prodüser Tarix Əliyev məlumat verib. O bildirib ki, Günel Amerikada universitetə qəbul olub. O, əvvəlcə Fransada kursa gedəcək, yanvardan isə Amerikaya yollanacaq
12:08 352 Salman Xandan sonra o da hədəf alındı - Maşınına atəş açdılar
Hindistanda Bollivud aktyoru Tayqer Şroffun avtomobilinə atəş açılıb. Axşam.az xəbər verir ki, hadisə oktyabrın 18-də Mumbay şəhərində, aktyorun futbol matçından qayıtdığı zaman baş verib. Motosikletlə gələn naməlum şəxslər onun avtomobilini atəşə tutaraq hadisə yerindən qaçıblar. Atışma nəticəsind
19.10.2026 492 1500 illik məzardan qızıl ayaqqabılar çıxdı: Alimləri təəccübləndirən tapıntı
Qazaxıstanın qərbində, Aktau şəhəri yaxınlığındakı qədim məzarlıqda təxminən 1500 il əvvələ aid gənc qadının məzarı aşkarlanıb. Məzarda qızıl örtüklü ayaqqabılar, qızıl bəzəkli baş geyimi və kəmər də tapılıb. Alimlər ayaqqabıların gündəlik istifadə üçün deyil, dəfn mərasimi üçün hazırlandığını ehtima
19.10.2026 454 Bu Anlaşma Memorandumu təsdiq edildi
"Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu" təsdiq edilib. "Qafqazinfo"
17:29 43 Fransanın Cənubi Qafqaz siyasəti və Azərbaycanla münasibətlərdə ikili yanaşma
Fransa ilə Azərbaycan arasında münasibətlər uzun müddətdir diplomatik gərginlik mərhələsindədir. Qarabağ münaqişəsi, Fransanın Ermənistanla siyasi və hərbi əməkdaşlığını genişləndirməsi, Parisin Azərbaycanın regional siyasətinə münasibəti və qarşılıqlı ittihamlar bu gərginliyin əsas istiqamətlərini təşki
12:09 139 "Dərviş Parisi partladır": Fransanı silkələyən etirazların arxasında nə dayanır?
Azərbaycan tamaşaçısının yaddaşında "Dərviş Parisi partladır" filminin özünəməxsus yeri var. Dərvişin Parisə gəlişi, avropalıların adət-ənənələri ilə qarşılaşması, gözlənilməz hadisələr və milli yumor bu ekran əsərini illərdir sevilən filmlərdən birinə çevirib. Amma bu gün Parisə baxanda istər-istəmə
11:50 206 Ağ Evdən fermaya: ABŞ prezidenti dövlət işlərindən yorulanda nə edirdi?
ABŞ-ın 34-cü prezidenti Duayt Eyzenhauerin həyatı yalnız siyasət və dövlət idarəçiliyi ilə məhdudlaşmırdı. O, qolf oynamağı, rəsm çəkməyi, kart oyunlarını və fermasında heyvanlarla məşğul olmağı sevirdi. Prezidentin bu maraqları gərgin iş rejimindən uzaqlaşmaq üçün seçdiyi məşğuliyyətlər arasında idi
15:04 176