Bu universitetlərdə illik təhsilhaqqı artırıldı - Siyahı

Bu universitetlərdə illik təhsilhaqqı artırıldı - SiyahıAzərbaycanda qəbul imtahanları artıq yekunlaşıb, bir neçə həftədən sonra ixtisas seçimi başlayacaq. Ötən illə müqayisədə 2024/2025-ci tədris ilində plan yerlərinin sayı 5% artırılıb. Yeni tədris ilində 60 minə yaxın abituriyentin tələbə adını qazanacağı gözlənilir. Bunun 28 minə yaxını dövlət sifarişli olacaq.

Beləliklə, yeni tədris ilində 30 mindən çox abituriyentin ödənişli əsaslarla təhsil alacağı gözlənilir. Universitetlərlə maraqlanan bəzi abituriyentlər illik təhsil haqlarının artırıldığını deyirlər.

BiG.AZ xəbər verir ki, Modern.az məsələni dəqiqləşdirmək üçün universitetlər arasında sorğu keçirib.

Bakı Dövlət Universitetindən verilən məlumata görə, ödənişli əsaslarla oxuyacaq tələbələrin təhsilhaqlarında dəyişiklik yoxdur.

Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) təhsilhaqlarında artım olacağı bildirilib. Ali təhsil müəssisəsi artımın məbləğini açıqlamayıb.

Azərbaycan Dillər Universitetindən isə bildirilib ki, bir sıra ixtisasların illik təhsilhaqlarında artım olacaq: "Misal olaraq ingilis dili müəllimliyi, ingilis, alman və fransız dilləri üzrə dil və ədəbiyyat müəllimliyi, eləcə də tərcümə, beynəlxalq münasibətlər ixtisaslarını göstərmək olar. İngilis dili müəllimliyi ixtisasının illik təhsil haqqı 2500 manatdan 2700 manata qaldırılıb".

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən qeyd olunub ki, təhsilhaqqı ötən illə müqayisədə dəyişməyib, bakalavrda 1950 AZN, magistraturada 1800-2000 AZN arasıdır.

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetindən verilən məlumata görə, bu il təhsilhaqlarında hansısa dəyişiklik nəzərdə tutulmayıb. İllik təhsilhaqqı 2000-2500 manat arasında dəyişir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin illik təhsilhaqlarında da dəyişiklik yoxdur. Təhsil haqları bakalavr pilləsində 2000-2500, magistr pilləsində 2500-3000 manat arasında dəyişir.

Xəzər Universiteti də illik ödənişlərdə artım olmadığını, məbləğin 4000-5000 manat arasında dəyişdiyini bildirib.

Azərbaycan Texniki Universitetindən bildirilib ki, illik təhsilhaqlarında dəyişiklik nəzərdə tutulmayıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetində isə təhsilhaqları artırılıb. Məlumata görə, bütün ixtisaslar üzrə 2000 manat olan illik təhsilhaqları 2300 manata qaldırılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1873   Tarix: 26 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Şəki Xan Sarayını nə qədər turist ziyarət edib? - Gəlir açıqlandı

"2026-cı ilin 9 ayı ərzində Şəki "Yuxarı Baş" Milli Tarix-memarlıq qoruğunda yerləşən Xan sarayına ümumilikdə 128 min turist bilet alaraq ziyarət edib. Təqribən 50 minə yaxın turist biletsiz, yəni ödənişsiz giriş əldə edib". Ölkə.az xəbər verir ki, bunu Qoruqları İdarəetmə Mərkəzini

20.10.2026 150
.

Toyda iylənmiş ət verilən "Çıraq Palace"da yoxlama - Video

Mediada "Çıraq Palace" şadlıq sarayında qonaqlara istehlaka yararsız ət məhsullarının təqdim olunması ilə bağlı yayılan məlumatlar əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən plandankənar yoxlama keçirilib. "Qafqazinfo" xəbər verir ki, yoxlama Bakı şəhəri

20.10.2026 360
.

"Ölümə qol çəkdim, 8 saat əməliyyatda qaldım"

Əməkdar artist Mətanət İsgəndərli keçirdiyi mədəkiçiltmə əməliyyatından danışıb. Axşam.az xəbər verir ki, müğənni bu barədə "MTV maqazin" verilişində danışıb. O bildirib ki, 8 saat əməliyyatda qalıb:. "Ölümə qol çəkdim. Səkkiz saat əməliyyat olundum. Səhnə gözəllik tələb edir. Canında

20.10.2026 212
.

Şəbnəmin qızı Amerikada universitetə qəbul olub

Müğənni Şəbnəm Tovuzlunun qızı Günel Amerikaya köçür. Axşam.az xəbər verir ki, bu barədə prodüser Tarix Əliyev məlumat verib. O bildirib ki, Günel Amerikada universitetə qəbul olub. O, əvvəlcə Fransada kursa gedəcək, yanvardan isə Amerikaya yollanacaq

20.10.2026 478
.

Qulaqlarınızı cingildətməyin!

Bir müddət əvvəl bu köşədən dilə gətirmişdim: "Ağanın paltosunu tutan çox olar" deyə. Bəziləri bunu öz üzərinə götürüb, yanlış anlayıb, ya da elə işinə gəldiyi üçün qəribə bir təlaşla lazımsız giley-güzarlara, müxtəlif hallara bürünməyə başlayıb. Açıq və dəqiq deyim: Heç vecimə də deyilsiniz

20.10.2026 263
.

Cibinizdəki 2 avro minlərlə dəyərində ola bilər - Bu pulları yoxlayın

Adi görünən 2 avroluq sikkələr bəzən nominal dəyərindən yüzlərlə, hətta minlərlə dəfə baha satıla bilər. Nadir buraxılışlar və sikkələrin hazırlanması zamanı yol verilən istehsal xətaları onları kolleksiyaçılar üçün qiymətli əşyalara çevirir. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin sözlərin

20.10.2026 192
.

Hərbi hissədən özbaşına getməyə görə yeni cərimələr - İnzibati həbs də olacaq

Hərbi xidmətdə inzibati xətanın törədilməsinə görə yeni cərimələr müəyyənləşir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb

20.10.2026 298
.

Kim Çen In insultdan sonra ölüb - İDDİA

Sosial mediada Şimali Koreya liderinin beyin qanaması keçirdiyi və Çin xəstəxanasında öldüyü iddia edilir. Şimali Koreya lideri Kim Çen Inın sosial mediada artıq öldüyü bildirilir. Onun insult keçirdikdən sonra Çin xəstəxanasına aparıldığı iddia edilir. Lakin Pxenyan buna yeni fotolarla cavab verib

20.10.2026 341
.

Dünyanın ən sürətlə böyüyən şəhərləri açıqlandı - Siyahı

"World Population Review" təşkilatının 2026-cı il üzrə dərc etdiyi son hesabat qlobal demqrafik mənzərədə ciddi dəyişikliklərin baş verdiyini ortaya qoyub. "Qafqazinfo" xəbər verir ki, təhlillərə əsasən, dünyanın ən sürətlə böyüyən şəhərlərinin mütləq əksəriyyəti Asiya və Afrika qitələrini

20.10.2026 133
.