İranın girov diplomatiyasının daha bir "uğur"u
İranda növbədənkənar prezident seçkisinin təbliğat kampaniyasına start verildikdən cəmi bir neçə gün sonra beynəlxalq aləmdə, xüsusən hüquq müdafiə təşkilatları arasında geniş əks-səda doğuran bir hadisə baş verdi: iyunun 15-də İsveçdə ömürlük həbs cəzasına məhkum olunmuş İran vətəndaşı Həmid Nuri azad edilərək ölkəsinə qaytarıldı. 1988-ci ildə İranda siyasi məhbusların kütləvi surətdə edam edilməsinin fəal iştirakçılarından biri olan və o zamanlar Həmid Abbasi adı ilə tanınan bu şəxs 2019-cu ilin noyabrında Stokholm hava limanında İsveç polisi tərəfindən saxlanmışdı. Ona qarşı məhbuslara işgəncə verilməsi və onlarla qeyri-insani rəftar, 100-dən çox insanın qətlə yetirilməsində bilavasitə iştirak ittihamları irəli sürülmüşdü.
Bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan videosüjetdə bəhs edilir.
Həmid Nurinin 9 ay davam edən məhkəmə prosesində 34 şikayətçi və 26 şahidin dindirilməsi ilə 92 iclas keçirilmiş, son olaraq, 2022-ci ilin iyul ayında onun barəsində ömürlük həbs hökmü çıxarılmışdı. Ötən ilin dekabrında İsveç Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlamışdı.
Bu baxımdan onun İsveç hökuməti tərəfindən azad edilərək İrana verilməsi çoxları üçün gözlənilməz olub, bir çox beynəlxalq qurumların, xaricdəki İran siyasi təşkilatlarının, eləcə də repressiya qurbanlarının ailə üzvləri və yaxınlarının etirazları ilə qarşılanıb. Bu azmış kimi, Tehranda təmtəraqla və gül-çiçəklə qarşılanan Həmid Nurinin kameralar qarşısında ədalət məhkəməsinə meydan oxuyan açıqlaması əsəbləri tarıma çəkib. Tezliklə aydın olub ki, Həmid Nurinin azad edilməsi İranın girov diplomatiyasının daha bir dırnaqarası "uğur"undan başqa bir şey deyil. Çünki bunun müqabilində İranda qondarma ittihamlarla həbsdə saxlanan Avropa İttifaqının İsveçdən olan diplomatı Yohan Floderus və İsveç-İran vətəndaşı Səid Əzizi azad olunaraq vətənlərinə qayıdıblar. O da məlum olub ki, bu proses Omanın vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində baş tutub.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 626 Tarix: 29 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFransadakı səfirimiz Makronun xanımı ilə görüşdü - Fotolar
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva həmin ölkənin birinci xanımı Bricit Makronun qadın diplomatlarla görüşündə iştirak edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı L.Abdullayeva "X" hesabında paylaşıb. Onun sözlərinə görə, nahar formatında təşkil edilən görü
10:51 243 "Titullu salonlardan çıxsınlar, reallığı görsünlər" - Zahid Orucdan Avropaya ÇAĞIRIŞ
"44 günlük Vətən müharibəsində qələbədən sonra Azərbaycanın tərəfdarlarının və müttəfiqlərinin sayı artmaqla yanaşı, ölkəmizə qarşı mübarizəsini açıq müstəviyə çıxaran beynəlxalq təşkilatlar, o cümlədən konkret dövlətlər də mövcuddur". Bu sözləri BİG.AZ-a açıqlamasında Milli Məclisin deputat
14:24 242 Ermənistan Rusiyadan başqa ölkələrin də AES təkliflərini dəyərləndirəcək
Rusiya ilə Ermənistan arasında münasibətlər heç vaxt soyuq olmayıb və hazırda da bu sahədə heç nə dəyişməyib. xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Sputnik Armenia-nın Telegram kanalına açıqlamasında bildirib. Nəşrin məlumatına görə, Paşinyan diplomatik sahədə və ya ortaq gündəlikd
11:20 188 Azərbaycanda yağ kəskin bahalaşdı
Azərbaycanda kərə və duru yağların qiyməti artıb. -a istinadən xəbər verir ki, bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər
12:21 233 Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə "Tiktok"a çıxış məhdudlaşdırılıb. "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib. Onun sözlərinə görə
12:20 217 Cibinizdəki 2 avro minlərlə dəyərində ola bilər - Bu pulları yoxlayın
Adi görünən 2 avroluq sikkələr bəzən nominal dəyərindən yüzlərlə, hətta minlərlə dəfə baha satıla bilər. Nadir buraxılışlar və sikkələrin hazırlanması zamanı yol verilən istehsal xətaları onları kolleksiyaçılar üçün qiymətli əşyalara çevirir. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin sözlərin
20.10.2026 446 Leyla Əliyeva Zimbabvenin birinci xanımı ilə görüşdü
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün Özbəkistanın Səmərqənd şəhərində Zimbabvenin birinci xanımı Oksiliya Mnanqaqva ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüşdə Azərbaycanla Zimbabve arasında ikitərəfli əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməs
15:32 147 Xocalıda torpaq güzəşti: "Digər rayonlarda da tətbiq edilməlidir" - TƏKLİF
Xocalı rayonunun Ballıca və Xanyurdu kəndlərində yaşayan sakinlərə kənd təsərrüfatı təyinatlı torpaqlar güzəştli şərtlərlə icarəyə veriləcək. Bununla bağlı müraciətlərin qəbulu oktyabrın 21-dən başlayıb noyabrın 21-dək davam edəcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Müraciətlər Elektro
13:38 174 Şahzadə bahalığa görə 5 əsrlik sarayı kirayə verir - Napoleon burada böyüyüb - Fotolar
İtaliyanın köklü aristokrat ailələrindən olan Ruspoli sülaləsi Romanın mərkəzində yerləşən 16-cı əsrə aid tarixi mülkünün bərpa və saxlanılma xərclərini ödəmək üçün radikal addım atıb. "Qafqazinfo" xəbər verir ki, Şahzadə Jakinta Ruspoli və anası Mariya Piya əsrlər boyu ailələrinə məxsus ola
20.10.2026 494