Azərbaycanda general təqaüdə göndərildi - Vəzifəsi Vətən Müharibəsi Qəhrəmanına həvalə edildi
Heydər Əliyev adına Hərbi İnstitutun rektoru general-mayor Füzuli Salahov vəzifəsindən azad edilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, general F.Salahov son yaş həddi ilə bağlı təqaüdə göndərilib.
Məlumata görə, institutun rektoru vəzifəsinin icrası Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanova həvalə edilib.
Polkovnik N.Mövlanov Vətən müharibəsində şücaət göstərən zabitlərdəndir. Müharibədən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə polkovnik Nizami Mövlanova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. Bundan əlavə, müxtəlif illərdə müdafiə nazirinin əmrləri ilə 1-ci, 2-ci və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalları, Azərbaycan Silahlı Qüvvələrinin 10, 90 və 95 illiyi, həmçinin "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif edilib. Müharibədən bir müddət sonra N.Mövlanov Heydər Əliyev adına Hərbi İnstitutun rəis müavini təyin edilib.
Qeyd edək ki, Heydər Əliyev adına Hərbi İnstitut Heydər Əliyev adına Ali Hərbi Məktəbin hüquqi varisidir. İnstitut Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərir.
Fotoda Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanov

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1099 Tarix: 27 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb
Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki, həmin şəxslər Xaçmaz rayonunun Palçıqoba kənd sakini Valeh Hümbətov, əslən Tərtərdə
12:27 294 Azərbaycanda 2000 manat maaş alanların işlədiyi yerlər (SİYAHI)
Azərbaycanda rəsmi əmək müqaviləsi ilə işləyən hər 11 nəfərdən biri 200 manat maaş alır. Qaynarinfo " "a istinadən xəbər verir ki, ən yüksək əmək haqqının hansı sahələrdə ödənildiyi əmək haqları ilə bağlı yeni rəqəmlər məlum olub. Məlumata görə, Azərbaycada əmək müqaviləsi ilə işləyənləri
16:07 246 Mənzil qiymətləri niyə artır? - Ekspert əsas amilləri açıqladı
"Azərbaycanda mənzil bazarında qiymət artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Bazarda qiymətlərin formalaşmasına eyni vaxtda bir neçə fundamental amil təsir göstərir. Torpaq sahələrinin qiyməti, tikinti xərcləri, əmək və material məsrəfləri, infrastruktur xərcləri, əhalinin gəlirləri
12:31 174 Sabah hava necə olacaq?
Azərbaycanda sentyabrın 4-də 33 dərəcə isti gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperatur
13:01 190 Bəzi məktəblərdə dərslər onlayn olacaq
Bu il Formula 1 Azərbaycan Qran-prisi dövründə yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumtəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq. Bu barədə Axşam.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib. Bildirilib ki, bu barədə məktəb rəhbərliyinə və valideynlər
15:25 257 İtaliyada femisidə ömürlük həbs: Azərbaycanda qadın qətlləri üçün qanun sərtləşdirilməlidirmi? - VƏKİLDƏN AÇIQLAMA
Son illərdə qadınlara qarşı zorakılıq və xüsusilə gender motivli qadın qətllərinin - femisidlərin ayrıca hüquqi kateqoriyaya salınması məsələsi bir sıra ölkələrdə ciddi şəkildə gündəmə gəlib. İtaliya bu istiqamətdə ən sərt addımlardan birini ataraq 2025-ci ilin noyabrında femisidi ayrıca cinayət kim
15:27 392 Diabet bir gündə yaranmır: Xəstəliyə aparan əsas vərdişlər
"Fast-food qidaları təkbaşına xəstəliklərin səbəbi kimi qiymətləndirmək düzgün deyil. Bu qidalar xəstəlik riskini artıran amillərdən yalnız biridir. Xüsusilə 2-ci tip diabet və digər metabolik xəstəliklərin yaranması, əsasən, uzun müddət ərzində bir neçə risk faktorunun üst-üstə düşməsi ilə əlaqəlidir"
13:03 268 Bu özəl bağçalara dövlət dəstəyi veriləcək - Siyahı
Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinin qalibi olan özəl məktəbəqədər təhsil müəssisələrinin siyahısı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. Nəticələrə əsasən, 124 özəl məktəbəqədər təhsi
14:49 207 Rusiya-Ukrayna müharibəsində son durum: Putin sülh sazişinin mümkünlüyünü istisna etmədi
Rusiya Prezidenti Vladimir Putin Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı razılaşmanın əldə olunmasının mümkün olduğunu bildirib. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, Putin qeyd edib ki, ABŞ və Çin də daxil olmaqla bir sıra ölkələrin səyləri diplomatik prosesə dəstək verir. Onu
16:32 280