"İlham Əliyevin qurduğu Azərbaycan ordusu 44 günə Ermənistan ordusunu darmadağın etdi" - Deputat

"İlham Əliyevin qurduğu Azərbaycan ordusu 44 günə Ermənistan ordusunu darmadağın etdi" - Deputat26 iyun Azərbaycan Milli Ordusunun yaradılmasI günüdür.

Milli Məclisin deputatı Kamilə Əliyeva BiG.AZ-a bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin qurduğu bu ordu 44 günə Ermənistan ordusunu darmadağın etdi. 30 ilə yaxın işğal altında olan bütün torpaqlarımız işğaldan azad edildi. Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə Vətən müharibəsində gələbə münasibətilə Azərbaycan Respublikasının orden və medalları təsis edildi:
"İlham Əliyevin qurduğu Azərbaycan ordusu 44 günə Ermənistan ordusunu darmadağın etdi" - Deputat"Ulu öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycana hakimiyyətə gəlişindən sonra ölkəmizdə milli hərbi kadrların hazırlanmasına başlanıldı. Bu işdə ulu öndərin müstəsna xidmətləri oldu. 1971-ci ildə SSRİ rəhbərliyinin böyük təzyiqlərinə baxmayaraq Heydər Əliyev Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılmasına nail oldu. Sovet rəhbərliyi hər zaman azərbaycanlı hərbi
kadrların hazırlanmasına mane olmağa çalışırdı. Buna baxmayaraq Heydər Əliyev yüzlərlə azərbaycanlı gəncləri SSRİ-nin digər şəhərlərində yerləşən Ali hərbi məktəblərində təhsil almağa göndərdi.
1993-cü ildə xalqın haqlı tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanda ordu quruculuğuna xüsusi diqqət ayırdı. AXC - Müsavat cütlüyünün hakimiyyəti zamanı Azərbaycanda ordu başsız qalmışdı. Ermənistan ordusu demək olar ki, gündə bir kəndimizi işğal edirdi. Ordudakı hərc - mərclik, o vaxtki hakimiyyətdə olanların da etiraf etdikləri kimi fərarilik baş alıb gedirdi. Heydər Əliyev hakimiyyətə gəldikdən dərhal sonra bütün ordu birləşmələrini vahid komandanlıq ətrafında birləşdirdi. O zamanlar ulu öndərin komandanlığı altında Füzuli istiqamətində uğurlu hərbi əməliyyatlar keçirildi və ərazilərimizin bir hissəsi işğaldan azad edildi.
1994-cü ildə ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycanla Ermənistan arasında atəşkəs haqqında müqavilə imzalandı. Bundan sonra Azərbaycanda güclü ordu quruculuğuna başlanıldı. Silahlı qüvvələrimizin maddi texniki bazası yenidən quruldu, hərbiçilərimizin sosial vəziyyətinə xüsusi diqqət ayrıldı. Ordumuz müasir silahlarla təmin olunmağa başladı.
Ulu öndərin 1998-ci il 22 may tarixli sərəncamına əsasən Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü elan olundu və hər il bu tarıx rəsmi dövlət bayramı kimi qeyd edilməyə başladı.
Bu günkü güclü Azərbaycan Ordusunun yaranması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1999-cu ildə Heydər Əliyevin imzaladığı Fərmanla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası yaradıldı, 2001 ci ildə Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilər Məktəbinin əsası qoyuldu. 2001-ci ildən Azərbaycan NATO-nun "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat " planına qoşuldu. Beynəlxalq Sülhməramlı qüvvələrin tərkibində Azərbaycan hərbiçiləri İraqda, Kosovada, Əfqanıstanda xidmət keçməyə başladı.
Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü orduya çevrildi. İlham Əliyevin təşəbbüsü ilə yaradılan Müdafiə Sənayesi Nazirliyi mindən çox müdafiə və hücum təyinatlı məhsullar istehsal edir. Prezident cənab İlham Əliyev hər zaman Milli Ordumuzun Müdafiə qüdrətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılmasına böyük diqqət ayırır. Son illərdə Azərbaycanın hərbi sənaye kompleksində ən müasir və müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları istehsal edilir. Azərbaycanın öz zavodlarında istehsal edilən hərbi təyinatlı məhsullar ordumuzu əhəmiyyətli dərəcədə təchiz edir. Bu hərbi məhsullar Azərbaycan Ordusunu təmin etməklə yanaşı digər xarici ölkələrə də ixrac olunur. Eyni zamanda ölkəmiz bir çox dövlətlərlə müqavilələr imzalayaraq hərbi əməkdaşlıq əlaqələrini gücləndirir.
Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB ölkələri arasında lider dövlətlər sırasındadır.
"Qlobal Fire Power" mərkəzinin hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk 50 ordu sıralarında yer alır.
Azərbaycan Silahlı Qüvvələrinin bugünkü arsenalında dünyanın ən müasir və güclü döyüş texnikaları yer alır. Prezident cənab İlham Əliyev dayanıqlı, güclü iqtisadiyyatı olan bir dövlət qurdu. Məlumdur ki, güclü iqtisadiyyatı olan dövlətin ordusu da güclü olar. Ölkə başçısı cənab İlham Əliyev Azərbaycanı güclü iqtisadiyyatı və yenilməz ordusu olan bir dövlətə çevirdi. 2016-cı ilin aprel ayında Azərbaycan Ordusu nəyə qadir olduğunu nümayiş etdirdi. Ermənistan ordusunun təxribatına cavab olaraq Azərbaycan Ordusu əks hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı. Füzuli, Cəbrayıl vı Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsi azad edildi. Bu 2020-ci ildəki şanlı gələbəmizə aparan yolun başlanğıcı oldu. 2 il sonra 2018-ci ildə ordumuz Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq hissəsini işğaldan azad edərək əlverişli mövqeləri ələ keçirdi. Ali Baş Komandan cənab İlham Əliyevin qurduğu bu ordu 44 günə Ermənistan ordusunu darmadağın etdi. 30 ilə yaxın işğal altında olan bütün torpaqlarımız işğaldan azad edildi. Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə Vətən müharibəsində gələbə münasibətilə Azərbaycan Respublikasının orden və medalları təsis edildi. Azərbaycan Ordusunun igid əsgər və zabitləri "Zəfər" və "Qarabağ" ordenləri, həmçinin "Vətən Müharibəsi Qəhrəmanı" da daxil olmaqla 15 yeni medalla təltif olunmuşdur. Bu şanlı gələbəmizdən sonra bütün dünya Azərbaycanın güclü Ordusundan danışdı".

Deputat qeyd edib ki, Vətən müharibəsində Azərbaycan Ordusunun hərbi taktikasını öyrənən Qərb və ABŞ Hərbi mərkəzləri heç bir dövlətin qoşunlarının Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyəcəyini vurğulamışdır. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsini vacib hesab ediblər:
"Prezident, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yeni hərbi hissələr yaradıldı. Komando hərbi briqadalarının yaradılması ordumuzun hərbi güdrətinin, döyüş qabiliyyətinin artırılmasına böyük təkan oldu. Komando hərbi briqadalarının sayı hər il artırılır.
Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə 2022-ci ildə Milli Müdafiə Universiteti yaradıldı.
Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan Ordusunun Türkiyə ordusunun modeli əsasında yenidən qurulması təşəbbüsü Milli Ordumuzun gücünü daha da artıracaq. Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birlikdə keçirdiyi hərbi təlimlər ölkələrimizin ordularının döyüş qabiliyyətlərinin gücləndirilməsinə böyük təkan verir.
Bununla yanaşı Azərbaycan dövləti İsrail, Rusiya, Pakistan kimi dövlətlərdən ən müasir silahlar alır və ordumuzun istifadəsinə verir.
Bu gün hər bir Azərbaycan gənci güclü, qüdrətli Azərbaycan Ordusunda xidmət etməyi şərəf hesab edir.
26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranması günü münasibətilə Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla bütün hərbiçilərimizi və ümumiyyətlə Azərbaycan xalqını təbrik edirəm. Yaşasın Müzəffər Ali Baş Komandan!
Yaşasın Azərbaycan əsgəri!"


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 660   Tarix: 25 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan və Rusiya arasında bir sıra istiqamətlər üzrə hava əlaqəsi bərpa edilir

"Yaxın vaxtlarda Azərbaycan və Rusiya arasında bir sıra istiqamətlər üzrə birbaşa aviareyslərin bərpası gözlənilir". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Moskvada ikitərəfli danışıqların yekunlarına dair rusiyalı həmkar

17.07.2026 211
.

İspaniyada güclü meşə yanğını: 12 min hektar ərazi külə döndü, yaşayış məntəqələri təxliyə edildi

İspaniyanın Araqon muxtar icmasının Ores bələdiyyəsində baş verən meşə yanğını sürətlə genişlənərək 12 min hektar ərazini əhatə edib. Yerli KİV-in məlumatına görə, alovun yaşayış məntəqələrinə yaxınlaşması səbəbindən Sinko-Vilyas bölgəsində yerləşən Ores, Asin, Luesiya, Malpika-de-Arba və Unkastily

17.07.2026 220
.

Çində binaları 40 min ağacla örtüləcək "meşə şəhər" salınacaq (FOTO)

Çində müasir şəhərsalma ilə təbii mühitin birləşdirilməsini nəzərdə tutan "Liuçjou meşə şəhəri" adlı böyük layihə hazırlanır. Qaynarinfo xəbər verir ki, "Antena 3 CNN" nəşrinin məlumatına görə, ölkənin cənubundakı Liuçjou şəhərində yaradılacaq yeni rayon havanın çirklənmə səviyyəsin

17.07.2026 120
.

Qətər, Bəhreyn, Küveyt və İordaniya yeni hücumlar barədə məlumat veriblər

ABŞ-ın hərbi obyektlərinin olduğu dörd ölkə - Qətər, Bəhreyn, Küveyt və İordaniya - cümə gününə keçən gecə İranın atəşinə məruz qalıb. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Qətər Müdafiə Nazirliyi cümə günü səhər bildirib ki, günün ikinci hava hücumunun qarşısını alır. İran Bəhreyn, Küveyt və İordaniyadak

17.07.2026 203
.

Azərbaycan dövləti ölkəmizdə mətbuatın inkişafını hər zaman diqqət mərkəzində saxlayır

Azərbaycanda milli mətbuatın əsası 1875-ci ildə "Əkinçi" qəzetinin nəşri ilə qoyulub. Həmin vaxtdan indiyədək mətbuatımız çoxillik şərəfli yol keçib, cəmiyyətimizin maariflənməsində, milli kimliyimizin formalaşmasında, söz azadlığının təmin olunmasında əvəzsiz rol oynayıb. Keçən il apreli

17.07.2026 209
.

Rəsmi Brüssel Rusiyaya yeni sanksiyalar tətbiq etdi

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib. Yeni məhdudiyyətlərə beş şirkət və bir fiziki şəxs daxil edilib. rus mediasına istinadən xəbər verir ki, sanksiyaların tətbiqinə ilk dəfə Kiyevə endirilən zərbələr əsas kimi göstərilib. Söhbət iyulun 1-i və 5-i gecələrində Kiyevə həyat

17.07.2026 168
.

Yaponiyada 5,2 bal gücündə zəlzələ baş verib

Yaponiyanın cənub-qərbində yerləşən Kyuşu adası yaxınlığında 5,2 maqnitudalı zəlzələ qeydə alınıb. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, yeraltı təkanların episentri Kaqoşima prefekturasına aid Taneqaşima adasının şərq sahilləri yaxınlığında

17.07.2026 213
.

Rusiyada YDM-lər kütləvi şəkildə satışa çıxarıldı - Siyahıda "Qazprom" da var

Rusiyada son bir ay ərzində onlayn ticarət platformalarında və şirkətlərin rəsmi saytlarında 150-dən çox yanacaqdoldurma məntəqəsinin (YDM) satışı ilə bağlı elan yerləşdirilib. "AzPolitika" xəbər verir ki, satışa çıxarılan obyektlər arasında həm müstəqil YDM-lər, həm də "Qazprom"

17.07.2026 195
.

Avropanın ən vacib çayı qurudu: Qitənin sənayesinə ciddi təsir göstərir

Uzunmüddətli isti hava və quraqlıq səbəbindən Reyn çayında suyun səviyyəsi yenidən kritik həddə düşüb. Bu isə Avropanın ən mühüm daxili su yollarından biri ilə yükdaşımaların bahalaşmasına və yavaşlamasına səbəb olub. Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Reyndə s

17.07.2026 122
.

TOP MP3