"Gürcüstan "Xarici agentlər haqqında"qanunla Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istəyir" - Politoloq

"Gürcüstan "Xarici agentlər haqqında"qanunla Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istəyir" - PolitoloqGürcüstan parlamentinin spikeri Şalva Papuaşvili parlamentin qəbul etdiyi "Xarici agentlər haqqında" Qanunu imzalayıb.

Politoloq Turan Rzayev BiG.AZ-a bildirib ki,Gürcüstan bununla bir növ Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istəyir. Xüsusilə də Abxaziya və Osetiya münaqişələrinin həlli Rusiyasız mümkün deyil.Qərb və ABŞ Gürcüstandakı bütün gücünü aktivləşdirib aksiyalar edəcək, qanun layihəsinin ləğvi üçün Gürcüstana təzyiq edəcəklər:

"Prinsip etibarilə bu qanunun qəbul ediləcəyi gözlənilirdi. Hər nə qədər Gürcüstanda qanun əleyhinə etiraz aksiyaları başlasa da, prezident Salome Zurabişvili qanun layihəsinə veto qoysa da, bəlli idi ki, 2-ci oxunuşda qəbul olunacaq və prezidentin edə biləcəyi heç nə olmayacaq. Bu qanun Gürcüstan üçün həyati əhəmiyyət kəsb edir. Təəssüf ki, Gürcüstandakı bəzi qruplar bunu başa düşmür, çünki bu qruplar insan haqları təşkilatları adı altında Qərbdən maliyyələşir və bu, Gürcüstanın daxili siyasətinə təsir edir. Qərbin və ABŞ-nin Gürcüstanda söz sahibi olmasına gətirib çıxardı. Gürcüstan hakimiyyəti məhz daxili işlərə müdaxilənin qarşısını almaq üçün bu qanun layihəsini təqdim etdi. Qanunu rus qanunu kimi təqdim edən Avropa da əslində bunu niyə belə etdiyini açıq şəkildə göstərir. Aydındır ki, bu qanun layihəsindən sonra Gürcüstana rahat müdaxilə etmək olmayacaq. Buradakı dayaqları da tədricən sıradan çıxacaq. Gürcüstan hökumətinin məsələyə baxış bucağı kifayət qədər obyektiv və konstruktivdir. Onlar qeyd edirlər ki, biz Qərbə inteqrasiya yolundan imtina etməmişik, amma bunun da fərqindəyik ki, mövcud reallıqlar çərçivəsində bizim Avropa İttifaqı və NATO-ya qəbul etməyəcəklər. Həqiqətən də bu belədir. Çünki istər NATO-nun nizamnaməsinə, istər Aİ-nin konvensiyalarına baxdıqda görə bilərik ki, Gürcüstan içində olduğu Abxaziya-Osetiya münaqişələri ilə birlikdə bu təşkilatlara qəbul edilməyəcək. Bu münaqişələr olmasaydı belə bu təşkilatlara üzv olması mümkün deyildi. Çünki Gürcüstan hərbi və iqtisadi baxımdan zəifdir. Belə bir ölkənin nə Aİ, nə NATO-ya faydası olmayacağını bildikləri üçün bu proses uzun olacaq. Türkiyə kimi bir ölkəni belə 30 ilə yaxındır Aİ-yə qəbul etmirlərsə, Gürcüstan kimi ölkəni necə etsinlər? Buna görə də Gürcüstan hökuməti haqlı olaraq bildirir ki, qısa müddətdə bizi Aİ və NATO-ya qəbul edəcəksinizsə, bu qanunu ləğv edək.Əslində buradan göründüyü kimi Gürcüstan hökumətinin məsələyə baxışı obyektivdir. Qərb başa düşməlidir ki, Gürcüstanın etdiyi onlara qarşı deyil. Gürcüstan bununla bir növ Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istəyir. Xüsusilə də Abxaziya və Osetiya münaqişələrinin həlli Rusiyasız mümkün deyil. Biz bir daha Qarabağ münaqişəsində belə gördük ki, Qərbdə bəzi razılaşmalar əldə edilsə də, Moskvadakı danışıqlar sonrası real nəticələrin şahidi olduq. Münaqişəni yaradan ölkə münaqişənin aradan qalxmasında iştirak etməlidir. Gürcüstan Azərbaycan variantını görür və Abxaziya-Osetiya münaqişəsini Rusiya ilə həll etmək istəyir. Buna görə də Rusiya ilə gərginlik azalmalı, Qərblə yaxınlaşma bir qədər səngiməlidir. Qərb bunu basa düşməlidir. Gürcüstana təzyiqlər olacaq. ABŞ artıq Gürcüstanı hədələyir. Avropanın da məsələyə baxışı birmənalı deyil. Bu baxımdan Gürcüstana bu qanundan sonra təzyiq artacaq, xüsusilə də Qərb və ABŞ Gürcüstandakı bütün gücünü aktivləşdirib aksiyalar edəcək, qanun layihəsinin ləğvi üçün Gürcüstana təzyiq edəcəklər. Amma Gürcüstanın bu layihədən geri dönəcəyini düşünmürəm. Əgər geri dönsəydi, bunu ilk oxunuşda edərdilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 779   Tarix: 03 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda evdə soyuducuya görə dava: 65 yaşlı kişi gəlinini döydü

Bakıda 65 yaşlı kişi gəlinini döyüb. -ın məlumatına görə, hadisə Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində baş verib. Qəsəbə sakini, 1961-ci il təvəllüdlü Akif Ramazanovun (ad və soyadlar şərtidir) oğlu Sakit və Aqil ailə qursalar da, bir müddət ata evində yaşayıblar. Bir müddətdən sonra Sakit qonşuluqd

21.10.2026 441
.

Xəyyamın beşinci övladı doğulub

Əməkdar artist Xəyyam Nisanovun beşinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Kəşfət" proqramında danışıb. O, beşinci övladının da oğlan olduğunu bildirib. "Bu il bir övladım da dünyaya gəlib. Hər il mənim üçün önəmli və fərqlidir. Mənə ən çox kiçik qızım bənzəyir"

21.10.2026 495
.

Tünzalənin özünə 50 yaş hədiyyəsi

Xalq artisti Tünzalə Ağayeva 50 illik yubileyini xüsusi bir musiqi hədiyyəsi ilə qeyd edib. Axşam.az xəbər verir ki, müğənni yaş günündə özünə yeni mahnı hədiyyə edib. "100 dəfə 100 dəfə" adlanan mahnının musiqisi Tünzalənin özünə, sözləri isə Cavid Şahbazbəyova məxsusdur. Qeyd edək ki, yen

21.10.2026 379
.

Fatih Terim "Tuzlu kahve"də çəkiləcək?

Türkiyə milli futbol komandasının keçmiş baş məşqçisi Fatih Terim "Tuzlu kahve" serialında rol alacaq. Axşam.az xəbər verir ki, iddiaların yaranmasına səbəb məşqçinin serialda Hatun Aydınoğlu obrazını canlandıran Binnur Kayanın paylaşımına "Ümid edirəm, yaxın zamanda sizinlə bir duzl

21.10.2026 259
.

Saç tökülməsinə qarşı kökündən HƏLL YOLU

Kişilərdə saç tökülməsinin müalicəsi üçün hazırlanan yeni dərman klinik sınaqlarda müsbət nəticələr göstərib. Tədqiqat zamanı preparatın saçların sayını artırmağa kömək etdiyi müəyyənləşdirilib. BİG.AZ xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. ABŞ-ın Veradermics şirkəti tərəfində

21.10.2026 389
.

Leyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin

10:41 135
.

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - Siyahı

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxslər" siyahısına daxil edib. xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının suverenliyinə, milli təhlükəsizliyinə

21.10.2026 287
.

Azərbaycanı "ikinci Ukrayna" ilə hədələyənlər Türkiyənin aqibətini düşünsünlər!

Azərbaycanı "Ukrayna aqibəti" ilə hədələyənlərin diqqətinə!. Türkiyənin "Yeni Şəfəq" qəzeti Ankara-Bakı münasibətlərinə dair növbəti - son həftələrin isterik fonunda Türkiyə mediasında yazılan bəlkə də yüz birinci - məqaləsini dərc etdi. Normalda, bunu media səhifələrində hər gü

21.10.2026 416
.

Dondurulmuş çörəyi yenidən yumşaq etmək üçün mütəxəssis məsləhəti

Dondurucuda saxlanılan çörəyi yenidən yumşaq və xırtıldayan hala gətirmək mümkündür. Mütəxəssislər bunun üçün bir neçə sadə üsul açıqlayıblar. xarici mediaya istinadən xəbər verir ki, çörəyi dondurmaq onun xarab olmasının qarşısını almağın və qida israfını azaltmağın ən asan yollarından biridir. Mütəxəssisləri

21.10.2026 358
.