Azərbaycanda kreditlərlə bağlı YENİLİK: Bank faizləri aşağı SALINIR? - AÇIQLAMA

Azərbaycanda kreditlərlə bağlı YENİLİK: Bank faizləri aşağı SALINIR? - AÇIQLAMAXəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) 21 sentyabr 2023-cü il tarixli qərarı ilə təsdiqlənmiş "Banklarda kredit risklərinin idarə edilməsi Qaydası"nda dəyişiklik edib. Qərara əsasən, məcburi sığortalanma tələbinin müəyyən olunduğu hallar istisna olmaqla, fiziki şəxslə kredit, o cümlədən məsafədən kredit müqaviləsi bağlanmazdan əvvəl bank müştəriyə həmin kredit üzrə onunla bağlı risklərə təminat verilməsini nəzərdə tutan borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta müqaviləsinin də bağlanmasını təklif ediləcək. Bank sığortaçılardan sığorta haqlarına dair təklifləri almalı və dəyişiklik edilmədən müştəriyə təqdim etməlidir. Müvafiq sığorta müqaviləsinin bağlanması və bankda bu barədə qeydiyyat aparılmaqla kağız daşıyıcıda və ya elektron formada müştəriyə təqdim ediləcək.

Sözügedən qərar bankların kredit faizlərinin aşağı düşməsinə təsir göstərə bilər? Mövzu ilə bağlı Sonxeber.az-a danışan iqtisadçı ekspert Eyyub Kərimli deyib ki, bu qərarın təsir dairəsi daha çox kredit alanlara şamil olunur:

"Tutaq ki, keçmişdə kredit götürən bir şəxs həyatını itirirdisə, həmin borc öhdəliyi onun varislərinə çatırdı. Bu da sözsüz ki, müəyyən insanlar, ailə üzvləri üçün problem yaradırdı. Bu baxımdan qəbul edilən dəyişiklik ondan ibarətdir ki, hər bir borc alan mütləq həyat sığortasını həyata keçirməlidir. Belə ki, gələcəkdə ölüm halı yaxud sağlamlığını itirmə halı baş verdikdə sığorta tərəfindən həmin kredit gəlirləri bağlanmasına hesablanmış bir prosesdir. Bu baxımdan sözsüz ki, kredit məhsullarının daha da şəffaflaşmasına və kredit götürənlərin imkanlarının genişləndirilməsinə, risklərin nəzərə alınmasına təsir göstərəcəkdir. Bu da bank sahəsinda kredit portfelinin sağlamlaşdırılmasına, problemli kreditlərin azalmasına öz müsbət təsirini verəcək. Digər dəyişiklik isə məsafədən kreditlərin formalaşdırılmasıdır. Burada müvafiq qanunvericilikdə dəyişiklik olub. Kreditlərə müraciət banklara getmədən poçt vasitəsilə belə həyata keçirilə bilər. Bu da kreditlərin əlçatanlığına öz müsbət təsirini göstərəcəkdir".

Ekspert kredit faizlərinin yüksək olması məsələsinə aydınlıq gətirib. Onun sözlərinə görə, hazırkı vəziyyətdə kredit faizlərinin aşağı düşməsi gözlənilmir:

" Azərbaycanda istehlak kreditlərinin faizləri böyükdür. Biznes kreditlərinin faizləri də çoxdur. Amma istehlak kreditləri ilə münasibətdə daha aşağıdır. Bununda müxtəlif səbəbləri və təsir edən amillər var. Biz də bu gün bankların kreditləri depozitlərdən formalaşır. Depozit vəsaitlərini cəlb etmək üçün daha yüksək kreditlə faizlər təkliflər edirlər. Bu da sözsüz ki, kreditlərin bahalaşmasına səbəb olub. Bu baxımdan bu məsələyə müəyyən nizam və idarəetmənin təkmilləşdirilməsi, bank sektorunun sağlamlaşdırılmasına ehtiyac var. Ümumiyyətlə ölkədə banklar daha çox ucuz və xaricdən vəsait cəlb etməklərinə imkan yaradılmalıdır. Bu da kreditlərin ucuzlaşmasına öz təsirini göstərə bilər. Bugünkü vəziyətdə bankların kredit faizlərinin aşağı düşməsi real görünmür".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1515   Tarix: 31 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Torpaq mübahisələrinin araşdırılması necə aparılır?-AÇIQLAMA

Azərbaycan Respublikasında torpaq münasibətlərinin hüquqi əsaslarını ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyası, Torpaq Məcəlləsi, Mülki Məcəlləsi, "Torpaq islahatı haqqında", "Torpaq bazarı haqqında", "Torpaq icarəsi haqqında", "Daşınmaz əmlakın dövlət reyestr

13:04 118
.

Neandertallar bir-birini öldürürmüş? - 75 min illik sirr

İraqın şimalındakı Şanidar mağarasında tapılan 75 min illik Neandertal qalıqları qədim insan qohumları arasında zorakılığın miqyası ilə bağlı yeni suallar yaradıb. Alimlər sol kürək sümüyündə aşkarlanan 15 millimetrlik dəliyin taxta nizə zərbəsi nəticəsində yarandığını və bunun ölümcül zorakılığın ə

21.10.2026 386
.

Ukrayna Rusiyanın səkkiz iri neft çənini məhv etdi

Ukraynanın dronlarla Rusiyanın Rostov-na-Donu şəhərindəki Novoşaxtinsk Neft Məhsulları Zavodunun neftyükləmə terminalına endirdiyi zərbə nəticəsində 12 iri çəndən ən azı 8-i zədələnib. Teleqraf xəbər verir ki, hücumun nəticələri barədə "Exilenova+" məlumat yayıb. Qeyd edilib ki, hücum zaman

21.10.2026 352
.

Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı

Texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə edilən gəlirlərin xüsusi çəkisinin minimum həddi müəyyənləşəcək. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Nazirlə

13:19 112
.

Azərbaycanı "ikinci Ukrayna" ilə hədələyənlər Türkiyənin aqibətini düşünsünlər!

Azərbaycanı "Ukrayna aqibəti" ilə hədələyənlərin diqqətinə!. Türkiyənin "Yeni Şəfəq" qəzeti Ankara-Bakı münasibətlərinə dair növbəti - son həftələrin isterik fonunda Türkiyə mediasında yazılan bəlkə də yüz birinci - məqaləsini dərc etdi. Normalda, bunu media səhifələrində hər gü

21.10.2026 434
.

Hörmüz böhranı Azərbaycana da təsir edir: Qiymətlər daha da artacaq?

Hörmüz boğazında gəmilərin hərəkətində yaranan gərginlik dünya iqtisadiyyatı üçün ciddi risklər yaradır. Neft və qaz tədarükündə mümkün fasilələr enerji qiymətlərinin yüksəlməsinə, daşınma xərclərinin artmasına və ərzaq məhsullarının bahalaşmasına səbəb ola bilər. Bu vəziyyət xüsusilə enerji idxalında

12:45 124
.

Payız niyə yaz kimi keçir?

Oktyabrın ötən 21 günündə Bakıda və Abşeron yarımadasında orta tempratur 23-25 dərəcə olub. Ayın 18-də isə Bakıda 30 dərəcə isti qeydə alınıb. Halbuki, oktyabr ayı üçün aylıq iqlim norması 16,1 dərəcədir. Havaların yağıntısız və isti keçməsi kənd təsərrüfatı üçün əlverişli şərait yaradır. Xüsusilə payızlı

11:03 191
.

Hansı itlər daha az yaşayır və niyə?

İri cins itlər, adətən, kiçik cinslərə nisbətən daha az yaşayırlar. Alimlər təxminən 900 itin DNT-sini araşdıraraq bu fərqi izah edə biləcək dəyişikliklər aşkar ediblər. xəbər verir ki, iri itlər epigenetik səviyyədə kiçik cinslərə nisbətən daha sürətlə qocala bilər. Alimlər DNT-də müəyyən dəyişikliklə

21.10.2026 347
.

Meksikada sirli məxluq kameraya düşüb

Meksikanın Çivaua ştatında sakinlər sirli ağ yırtıcının peyda olduğunu bildiriblər. İddialara görə, heyvan fermerlərin təsərrüfatlarına girərək toyuq və dovşanları aparır. xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb. Məşhur paranormal tədqiqatçı Jaime Maussanın açıqlamalarında

11:18 190
.