Azərbaycanda bu şəxslərə "TikTok"dan istifadə QADAĞAN OLUNA BİLƏR - AÇIQLAMA

Azərbaycanda bu şəxslərə "TikTok"dan istifadə QADAĞAN OLUNA BİLƏR - AÇIQLAMATürkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinə "TikTok"dan istifadə qadağan edilib. Müvafiq qanun layihəsi ölkənin Böyük Millət Məclisinin Milli Müdafiə Komissiyasında qəbul edilib. Qəbul edilən qərar təhlükəsizliklə əsaslandırılıb.

Cəmiyyət arasında TikTok-a olan yanaşma birmənalı. Sözügedən platformanın mənəvi dəyərlərə vurduğu zərər açıq şəkildə ortadadır. Azərbaycanda hərbçilər arasında TikTok-dan istifadə edənlər var. Edilən paylaşımlar da müəyyən qədər sərhəd bölgələrdə problem yaradır. Əlbəttə ki, bütün ölkə əraizisndə TikTok sosal şəbəkəsinə qadağa qoyulması da bir qədər sual altındadır. Amma Azərbaycanda hərbçilərə TikTok-dan istifadəsinə qadağa qoyula bilər?.

Mövzu ilə bağlı Sonxeber.az-a danışan hərbi ekspert Tərlan Eyvazovun sözloərinə görə, TikTok nəinki ordu sıralarında, bütün respublika ərazisində qadağan edilməlidir:

"TikTok-un neçə illik fəaliyyəti bizim mənəviyyatımıza, gənclərin əxlaqına mənfi təsir etməsi göz önündədir. Bunu hamı yaxşı bilir. Təbii ki, Azərbaycan Ordusunda belə şeylərə xidmət vaxtı müəyyən qədər məhdudiyyətlər var. Təbii ki, konstitusiya bunu qadağan etmir. Ona görə də hər bir halda smartfonlar müharibədən əvvəl düşmənin istifadə edə biləcəyini nəzərə alaraq məhdudiyyətlər var idi".

Ekspertin deyib ki, kompüterlər olur və internetsiz heç bir halda bir məsələni idarə etmək olmur:

"Kimlərsə yenə də istifadə edir. Amma düşünürəm ki, birinci növbədə TikTok-un orduda və digər güc strukturlarında qadağan olunması yaxşı olardı. Amma bütün ölkə ərazisində qadağan olunmasını demək o qədər asan deyil. Çünki dövlətlərarası əlaqələrə problem yarada bilər. Amma bunun orduda qadağan olunmasının heç bir xəbər yoxdur".

Qeyd edək ki, dünyanın bir sıra ölkələrində dövlət qulluqçuları üçün Çin sosial şəbəkəsindən istifadə məhdudlaşdırılıb. ABŞ-də isə "TikTok"un ümumiyyətlə qadağa edilməsi gündəmdədir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1668   Tarix: 31 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qubadlı rayonunun işğaldan azad olunmasından 6 il ötür

2020-ci il oktyabrın 20-sinədək Qubadlı şəhəri mənfur düşmən tapdağı altında idi. Lakin, Ali Baş Komandanımızın sərkərdəliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində əzəli torpaqlarımızı işğaldan azad edərək bizi böyük zəfərimizə çatdırmışdır. Şübhəsiz ki, qələbəmizə gedən yolda ən mühüm əməliyyatlarda

11:56 176
.

Nə böyük, nə kiçik qardaş: Azərbaycan və Türkiyə münasibətlərində bərabərlik

"Bir millət, iki dövlət!" Bu ifadəni Azərbaycanla Türkiyənin dostluğunu, qardaşlığını və ortaq taleyini əks etdirən ən qiymətli siyasi düsturlardan biri kimi qəbul etmişik. Bu sözlər bizim üçün adi diplomatik şüar deyil. Onun arxasında ortaq tarix, mədəniyyət, çətin günlərdə bir-birinə uzana

13:47 88
.

"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video

"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə

21.10.2026 420
.

Neandertallar bir-birini öldürürmüş? - 75 min illik sirr

İraqın şimalındakı Şanidar mağarasında tapılan 75 min illik Neandertal qalıqları qədim insan qohumları arasında zorakılığın miqyası ilə bağlı yeni suallar yaradıb. Alimlər sol kürək sümüyündə aşkarlanan 15 millimetrlik dəliyin taxta nizə zərbəsi nəticəsində yarandığını və bunun ölümcül zorakılığın ə

21.10.2026 386
.

Bakının iki rayonunda işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 22-də Yasamal və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işlər

10:00 181
.

Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı

Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista

11:47 172
.

Gürcüstanın Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi bəlli oldu

Gürcüstan xarici işlər nazirinin birinci müavini Giorgi Zurabişvili Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndə təyin edilib. xəbər verir ki, bu barədə Gürcüstanın Birinci Kanalı məlumat yayıb. Kanalın Baş nazir İrakli Kobaxidzenin açıqlamasına istinadən yaydığı məlumata görə, Rusiya ilə münaqişəni

10:44 165
.

Hörmüz böhranı Azərbaycana da təsir edir: Qiymətlər daha da artacaq?

Hörmüz boğazında gəmilərin hərəkətində yaranan gərginlik dünya iqtisadiyyatı üçün ciddi risklər yaradır. Neft və qaz tədarükündə mümkün fasilələr enerji qiymətlərinin yüksəlməsinə, daşınma xərclərinin artmasına və ərzaq məhsullarının bahalaşmasına səbəb ola bilər. Bu vəziyyət xüsusilə enerji idxalında

12:45 124
.

Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı danışdı

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllinə yaxınlaşdıqlarını bildirib. xəbər verir ki, Tramp bu barədə danışarkən deyib: "Düşünürəm ki, həll yoluna yaxınlaşırıq. Yəqin ki, əvvəlkindən daha yaxınıq". Ağ Ev rəhbəri əlavə edib ki, ABŞ və Rusiya Ukraynada döyüşlərin dayandırılmas

11:06 171
.