"Ermənistanın daxili siyasətində dəyişiklik olmasa, sülh sazişi qısa zamanda imzalana bilər" - Politoloq

"Ermənistanın daxili siyasətində dəyişiklik olmasa, sülh sazişi qısa zamanda imzalana bilər" - PolitoloqErmənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla tezliklə sülh sazişinin imzalanmasını mümkün sayır. Onun sözlərinə görə, tərəflər mətn üzərində işləri tam başa çatdırdıqdan sonra yer və vaxt müzakirə oluna bilər.

Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Turan Rzayev bildirib ki, İlkin sülh müqaviləsi və ya çərçivə sazişi kimi müqavilə imzalamaq olar.Bu, növbəti etapda yekun sülh müqaviləsinə keçidi təmin edə bilər:

"Prinsip etibarilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasında ciddi problem yoxdur. Əsas məsələlərdən biri Qarabağ münaqişəsi artıq həllini tapıb.
Delimitasiya və demarkasiya komissiyalarında görüş uğurla davam edir. Xarici işlər nazirləri, parlamentlər, prezidentlər səviyyəsində görüşlər keçirilir və bu görüşlərin ana xətti sülh sazişidir. Sülh sazişini hazırki etapda çərçivə sazişi kimi imzalamaq mümkündür. Paşinyanın qeyd etdiyi də bundan ibarətdir. İlkin sülh müqaviləsi və ya çərçivə sazişi kimi müqavilə imzalamaq olar. Bu, növbəti etapda yekun sülh müqaviləsinə keçidi təmin edə bilər. Əslində Paşinyan əvvəl də qeyd etmişdi ki, noyabr ayına qədər sülh müqaviləsi imzalana bilər. Prezident İlham Əliyev ondan öncə qeyd etmişdi ki, Cop29-a qədər sülh sazişinin imzalanması mümkündür. Hər iki liderin vurğuladığı tarix bənzərdir. Yəni COP29-a və ya noyabra qədər sülh sazişi imzalanması mümkün görünür. Təbii ki, kənar faktorlar və Ermənistanın daxili siyasətində dəyişiklik olmasa, sülh sazişi qısa zamanda imzalana bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 896   Tarix: 29 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Aygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili

15:25 0
.

Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi

Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o, 2024-cü ildə dövlət başçısının Sərəncam

12:48 176
.

Başqalarına kömək edirsizsə, gəncsiniz

Başqalarına dəstək olmaq təkcə sosial münasibətləri gücləndirmir, həm də beyin sağlamlığı ilə əlaqəli ola bilər. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Corctaun, Emori və Viskonsin-Medison universitetlərinin tədqiqatçıları başqalarına yardım etmək ilə beynin bioloji yaş göstəricilər

15:08 50
.

Neandertallar bir-birini öldürürmüş? - 75 min illik sirr

İraqın şimalındakı Şanidar mağarasında tapılan 75 min illik Neandertal qalıqları qədim insan qohumları arasında zorakılığın miqyası ilə bağlı yeni suallar yaradıb. Alimlər sol kürək sümüyündə aşkarlanan 15 millimetrlik dəliyin taxta nizə zərbəsi nəticəsində yarandığını və bunun ölümcül zorakılığın ə

21.10.2026 392
.

Qadınların ən uzun yaşadığı ölkələr açıqlandı (SİYAHI)

Dünyada qadınların ən yüksək ömür uzunluğuna malik olduğu ölkələr açıqlanıb. Siyahının zirvəsindəki ölkə isə çoxlarının ilk ağlına gələn yerlərdən biri olmaya bilər. Qaynarinfo xəbər verir ki, Avropanın kiçik ölkələrindən Asiyanın inkişaf etmiş iqtisadiyyatlarına qədər uzanan bu sıralama qadınların ort

21.10.2026 374
.

Qubadlının işğaldan azad olunması tarixi qələbələrimizin davamı idi

44 günlük Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından bir də Qubadlının azad edilməsidir. Təbii ki, Qubadlıdan əvvəl azad edilən torpaqlarımızda qəhrəmanlıqla vuruşan oğullarımız burada da peşəkarcasına vuruşaraq düşməni məhv edirdi. Qubudlının ihğaldan azad edildiyi gün də xalqımı

12:01 252
.

Yaşayış binalarında elektrik sobalarına keçid tələbi

Yaşayış binalarında elektrik sobalarına keçid tələbi qoyulur. APA-ya istinadən xəbər verir ki, bu, "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" sənədində əksini tapıb. Sənədə əsasən, təbii qazla işləyən avadanlıqların elektrikləşdirilməsi çərçivəsində 2035-ci ilədək yaşayı

12:19 179
.

Hörmüz böhranı Azərbaycana da təsir edir: Qiymətlər daha da artacaq?

Hörmüz boğazında gəmilərin hərəkətində yaranan gərginlik dünya iqtisadiyyatı üçün ciddi risklər yaradır. Neft və qaz tədarükündə mümkün fasilələr enerji qiymətlərinin yüksəlməsinə, daşınma xərclərinin artmasına və ərzaq məhsullarının bahalaşmasına səbəb ola bilər. Bu vəziyyət xüsusilə enerji idxalında

12:45 145
.

Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı

Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista

11:47 184
.