İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubda deyilir:
"Ölkənizin milli bayramı – 28 May – Müstəqillik Günü münasibətilə Konqo xalqı və hökuməti adından, şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırmaqdan şərəf və məmnunluq duyuram.
Cənab Prezident, Sizə və ailənizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq və amin-amanlıq arzulayıram.
Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz arasında mövcud olan dostluq, həmrəylik və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində Sizinlə birgə çalışmağa hazır olduğumu bir daha bildirirəm. Ölkənizə səfərim məndə xoş təəssüratlar yaradıb.
Sizi əlamətdar bayram münasibətilə bir daha təbrik edir, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Həmçinin, Keniya Respublikasının Prezidenti Uilyam Samoi Ruto da dövlətimizin başçısına təbrik məktubu ünvanlayıb:
"Ölkənizin milli bayramı münasibətilə Keniya Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə və Sizin simanızda Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram. Bu əlamətdar gün ökənizin tarixində qürurverici hadisə kimi qeyd olunur.
Keniya və Azərbaycan arasında bu il diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümünün qeyd olunduğu vaxtda mən ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm. Son iki onillikdə tərəfdaşlığımız qarşılıqlı hörmət, əməkdaşlıq və ortaq dəyərlər əsasında inkişaf etmişdir.
İqlim fəaliyyəti, enerji keçidi, ticarət və sərmayələr, turizm və digər sahələr daxil olmaqla, yeni istiqamətlərdə əməkdaşlığımızı inkişaf etdirmək və tərəfdaşlığımızı genişləndirmək üçün böyük potensialın olduğunu qeyd edirəm.
Bu əlamətdar gündə Zati-alinizə möhkəm cansağlığı, böyük Azərbaycan xalqına isə rifah arzulayıram.
Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 712 Tarix: 28 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞahzadə Diananın illər sonra üzə çıxan sirri - Buna görə qorxurmuş...
Uels şahzadəsi Diana oğlu şahzadə Harri ilə qardaşı Uilyam arasındakı münasibətlərə və Harrinin kral ailəsindəki gələcəyinə görə ciddi narahatlıq keçirib. Ölkə.az xəbər verir ki, bu barədə işıq üzü görməyə hazırlaşan "Diana Unheard" ("Eşidilməmiş Diana") adlı üç hissəli sənədli filmd
21.10.2026 410 "Atam məni qəbul etmədi, öləndə də danışmadı"
Xalq artisti Nürəddin Mehdixanlı şəxsi həyatı, yaşlanmaqla bağlı düşüncələri və ən böyük arzusu haqda danışıb. Axşam.az xəbər verir ki, aktyor bu haqda "Qonaqcanlı" proqramında söz açıb. O bildirib ki, saçlarının ağarmasını yaşadığı ömrün bir parçası hesab edir:. "Saç ağartmaqdan qorxanla
21.10.2026 472 "Həzi Aslanov"dakı təmir yekunlaşdı
Metronun "Həzi Aslanov" stansiyasında dalanın yenidən qurulması işləri yekunlaşıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzrə həyata keçirilib. Layihəyə uyğu
14:47 138 Nə böyük, nə kiçik qardaş: Azərbaycan və Türkiyə münasibətlərində bərabərlik
"Bir millət, iki dövlət!" Bu ifadəni Azərbaycanla Türkiyənin dostluğunu, qardaşlığını və ortaq taleyini əks etdirən ən qiymətli siyasi düsturlardan biri kimi qəbul etmişik. Bu sözlər bizim üçün adi diplomatik şüar deyil. Onun arxasında ortaq tarix, mədəniyyət, çətin günlərdə bir-birinə uzana
13:47 171 Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı danışdı
ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllinə yaxınlaşdıqlarını bildirib. xəbər verir ki, Tramp bu barədə danışarkən deyib: "Düşünürəm ki, həll yoluna yaxınlaşırıq. Yəqin ki, əvvəlkindən daha yaxınıq". Ağ Ev rəhbəri əlavə edib ki, ABŞ və Rusiya Ukraynada döyüşlərin dayandırılmas
11:06 191 Azərbaycana turist axını niyə azalıb? - Ekspertdən AÇIQLAMA
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 191 ölkədən 1 milyon 831,8 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 6 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 27,1 faizi Rusiya Federasiyası, 19,4 faizi Türkiyə, 7,7 faizi İran, 4,9 faizi Gürcüstan, 4,5 faizi Qazaxıstan, 3,
14:53 118 Azad və çiçəklənən Qubadlı
Altı il bundan əvvəl sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən Müharibəsi müasir Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu. Xalqımız 30 ilə yaxın idi ki, bu günləri gözləyirdi! Azərbaycan güclü iqtisadiyyat, güclü ordu quraraq, sosial-siyasi islahatlar apararaq, beynəlxalq hüquq
12:11 211 İş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu
Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə
21.10.2026 357 Azərbaycanlılar yaşayan bu kənddə nəfəs almaq çox təhlükəlidir
Gürcüstanın üç şəhərində, o cümlədən Tbilisi, Qardabani və Rustavidə atmosfer havasında çirkləndirici hissəciklərin konsentrasiyası yüksəlib. Bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyi məlumat yayıb. Məlumata görə, oktyabrın 18-də saat 16:00-a olan göstəricilərə əsasən, Tbilisini
21.10.2026 448