Müəllimlərə məktəb ərazisində siqaret çəkmək qadağan edilib

Müəllimlərə məktəb ərazisində siqaret çəkmək qadağan edilibAzərbaycanda təhsilverənlərin etik davranış prinsipləri müəyyənləşib.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, təhsilverənlərin xidməti davranış qaydalarına əsasən, icra və əmək intizamına riayət edilməli, üzrsüz səbəbdən işdən yayınma olmamalıdır.

Təhsilverən birbaşa və yuxarı rəhbərinin qanunvericiliyə uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi əmr və (və ya) tapşırıqları yerinə yetirməyə borcludur. Həmçinin birbaşa və ya yuxarı rəhbər tərəfindən verilən əmr, sərəncam və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir. Birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq almasına baxmayaraq, təhsilverən onların qanuna, yaxud digər normativ hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o, həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən imtina edə bilər.

Müəssisə rəhbərinin qanuni göstərişlərinin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur. Təhsilverən korrupsiyaya imkan verməməli, təhsilalanları korrupsiyaya qarşı barışmazlıq ruhunda yetişdirməlidir. Təhsilverən xidməti vəzifəsinin qərəzsiz icrası (icra etməməsi) ilə bağlı məsələlərdə ona təsir etmək cəhdlərinin qarşısını qətiyyətlə almalı, belə cəhdlərin mövcudluğunu ehtimal etməyə əsas olduqda heç kimdən hər hansı formada hədiyyə, bəxşiş, ödəniş və s. tələb və ya qəbul etməməlidir. Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.

Təhsilverən özünün bilik və bacarıqlarını inkişaf etdirməli, təhsilalanların nailiyyətlərini yüksəltmək məqsədilə davamlı peşəkar inkişafını, eləcə də nitqində Azərbaycan ədəbi dilinin normalarına riayət etməlidir.

Təhsilverən təhsilalanların rifahı və öyrənməsi üçün dəstəkləyici, inkişafetdirici, sağlam və təhlükəsiz mühitin qurulmasını təmin etməlidir. Təhsilverən xidməti vəzifələrini icra edərkən təhsil müəssisəsinin ərazisində siqaret çəkməməlidir. Təhsilverən dövlət əmlakından şəxsi maraqlar, habelə xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməlidir.

Qərara görə, həmçinin, müəllimlərin şəxsi sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmaq qadağan edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 791   Tarix: 23 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kolbasalarda at əti aşkarlanıb - AİİB-dən AQTA-ya SƏRT ÇAĞIRIŞ

Qida məhsullarının tərkibi ilə bağlı istehlakçıların məlumatlandırılması məsələsi yenidən gündəmə gəlib. Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bəzi kolbasa məhsullarında aparılan laborator analizlər zamanı at əti aşkarlandığını açıqlayıb. Lakin həmin məhsulların hansı marka və istehsalçılar

22.07.2026 213
.

İsrail ABŞ-İran münaqişəsinə qoşula bilər - Hazırlıqlar başladığı bildirilir

İsrailin ABŞ ilə İran arasında davam edən hərbi qarşıdurmaya qoşulma ehtimalının artdığı bildirilir. BİG.AZ Sky News-a istinadən xəbər verir ki, İsrail rəhbərliyi mümkün eskalasiya ssenarilərini nəzərdən keçirir və ordunun müxtəlif əməliyyat planları üzərində işlədiyi qeyd olunur. Mənbələrə görə, Vaşinqtonu

22.07.2026 217
.

Günəş altında olsanız da D vitamini niyə çatışmır? - HƏKİMDƏN AÇIQLAMA

Günəş işığı D vitamininin əsas mənbəyi hesab olunsa da, bəzi insanlarda uzun müddət açıq havada olmalarına baxmayaraq D vitamini çatışmazlığı aşkarlanır. Bu, günəşə çıxmağın hər kəs üçün eyni nəticəni vermədiyini göstərir. Yaş, dəri tipi, artıq çəki, qaraciyər və böyrəklərin fəaliyyəti, bəzi həzm sistem

22.07.2026 254
.

ABŞ Səudiyyə Ərəbistanının nüvə proqramına dəstək verəcək - Tramp razılaşmanı təsdiqlədi

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının dinc məqsədli nüvə proqramına dəstək göstərilməsini nəzərdə tutan yeni sazişi təsdiqləyib. Məlumata görə, 30 il müddətini əhatə edən razılaşma çərçivəsində Səudiyyə Ərəbistanının nüvə infrastrukturunun qurulmasına on milyardlarla dollar həcmində investisiy

22.07.2026 164
.

Bakcell "Asan Könüllüləri"nin 2-ci yay festivalının tərəfdaşı olub

Bakcell "ASAN Könüllüləri" Gənclər Təşkilatı İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən yay festivalının tərəfdaşı qismində iştirak edib. Festival ölkənin müxtəlif regionlarından 200-dən çox gənci bir araya gətirərək onların yeni bilik və təcrübələr qazanması, qarşılıqlı əlaqələrinin genişlənməs

22.07.2026 216
.

And dağlarının altında nəhəng qızıl yatağı tapıldı - Fəlakətə səbəb ola bilər

Argentina ilə Çili sərhədində yerləşən And dağlarının altında geoloqlar mis, qızıl və gümüşlə zəngin, dünyanın ən iri yataqlarından biri hesab edilən yeni faydalı qazıntı sahəsi aşkar ediblər. Lakin ekoloqlar xəbərdarlıq edirlər ki, yatağın sənaye miqyasında işlənməsi ətraf mühitə ciddi zərər vura bilər

22.07.2026 115
.

Fransa İran diplomatını XİN-ə çağırdı - Səbəb Tehrandakı insidentdir

Fransa Xarici İşlər Nazirliyi İranın Parisdəki müvəqqəti işlər vəkili Məhəmməd Əminnejadı nazirliyə dəvət edib. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, bu addım bir neçə gün əvvəl İran təhlükəsizlik qüvvələrinin Fransanın Tehrandakı səfirliyinin iki əməkdaşını qısa müddətə saxlaması və onlara qarş

22.07.2026 194
.

Qızılın qiyməti ən yüksək həddini keçdi

Qızılın qiyməti son 2 həftənin ən yüksək həddini keçib. "Yeni Sabah" xəbər verir ki, hazırda Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 4114 dollar civarındadır. Əmtəə birjalarında gümüş, platin və palladiumun da qiymətləri bahalaşıb. İnvestorlar ABŞ Federal Ehtiya

22.07.2026 211
.

Lavrov sabah Rubio ilə görüşəcək - Ukrayna məsələsi müzakirə olunacaq

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 23-də Filippinin paytaxtı Manilada ABŞ dövlət katibi Marko Rubio ilə görüş keçirəcəyini açıqlayıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Lavrov bildirib ki, görüş zamanı ABŞ Prezidenti Donald Trampın Ukraynadakı münaqişənin nizamlanması ilə bağl

22.07.2026 167
.

TOP MP3