"Doktoranturaya qəbul şəffaf keçirilmir" - Kamran Əsədov

"Doktoranturaya qəbul şəffaf keçirilmir" - Kamran ƏsədovElm və təhsil naziri Emin Əmrullayev Azərbaycanda doktorantura proqramlarıın köklü şəkildə dəyişməli olduğunu bildirib.Nazir bildirib ki, kredit əsaslı proqramların yaradılması zəruridir.

Təhsil eksperti Kamran Əsədov BiG.AZ- a bildirib ki, doktoranturaya qəbul heç də şəffaf keçirilmir. Doktoranturanın formatında dəyişiklik mütləqdir. Bu gün Azərbaycanda 30 yaşdan aşağı elmlər doktoru demək olar ki, yoxdur. Elmdə suni inzibati əngəllər var, doktorantura pilləsində keyfiyyət yoxdur:

"İlk növbədə qeyd edim ki, doktorantura pilləsi çox vacibdir. Amma təəssüf ki, son illər Azərbaycanda doktoranturaya qəbul ürəkaçan deyil. Bir sıra plan yerləri boş qalır və doktoranturaya qəbul heç də şəffaf keçirilmir. Ali təhsil müəssisələri və ya doktoranturaya qəbul həyata keçirən elmi müəssisələr prosesi şəffaf həya keçirmirlər. Biz ciddi şəkildə ixtisas imtahanları zamanı pozuntu müşahidə edirik. Ümumilikdə hazırda doktorantura pilləsinə qəbul qaydaları tamam fərqli formatda həyata keçirilməlidir. Yalnız iddiaçının xarici dil bilikləri yoxlana bilər ki, gələcək tədqiqatlarda bundan istifadə edə bilsin. Amma doktoranturaya qəbul üçün tələb olunan fəlsəfə imtahanının heç bir əhəmiyyəti yoxdur. Daha çox elmi məqaləsi olanlar rahat yolla doktoranturaya qəbul olmalıdırlar. Doktorantura pilləsini bitirib müdafiə edənlərin sayı çox azdır. Uzun müddət ərzində dissertasiya işlərinin həyata keçirilməsində nöqsanlar müşahidə edirik. Xüsusilə, Milli Elmlər Akademiyasında gənclərin elmə gəlməsində ciddi şəkildə maneələr var. Hesab edirəm ki, doktoranturanın formatında dəyişiklik mütləqdir. Bu gün Azərbaycanda 30 yaşdan aşağı elmlər doktoru demək olar ki, yoxdur. Elmdə suni inzibati əngəllər var, doktorantura pilləsində keyfiyyət yoxdur. Müdafiə olunan işlərin əksəriyyəti müasir dövrün əmək bazarının tələblərinə cavab vermir. Ona görə də doktoranturaların formatı dəyişməlidir. Hörmətli elm və təhsil naziri bunu çox doğru qeyd edib. Hesab edirəm ki, mərkəzləşmiş imtahan olmalıdır. Heç bir imtahanı institutlara və mərkəzlərə vermək olmaz. Çünki onlar özlərinə lazım olan, amma gələcəkdə elm üçün lazım olmayan adamları seçirlər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 906   Tarix: 23 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Əmək müqaviləsinə dəyişiklik hansı qaydada rəsmiləşdirilməlidir?

Əmək müqaviləsinin məzmunu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı əsasında müəyyən edilir. Məcəllədə başqa hal nəzərdə tutulmadıqda, əmək müqaviləsini

13:51 206
.

Rusiya Ermənistanın AİB üzvlüyünün dayandırılması ilə bağlı hesabatı araşdırmayıb

Moskva hələ də Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünün dayandırılmasının mümkün mənfi nəticələrinə dair hesabatı nəzərdən keçirməyib. xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə istinadən Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. "Xeyr, biz onu nəzərdən keçirməmişik",

10:48 172
.

Leyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin

10:41 230
.

Payız niyə yaz kimi keçir?

Oktyabrın ötən 21 günündə Bakıda və Abşeron yarımadasında orta tempratur 23-25 dərəcə olub. Ayın 18-də isə Bakıda 30 dərəcə isti qeydə alınıb. Halbuki, oktyabr ayı üçün aylıq iqlim norması 16,1 dərəcədir. Havaların yağıntısız və isti keçməsi kənd təsərrüfatı üçün əlverişli şərait yaradır. Xüsusilə payızlı

11:03 226
.

Qubadlıya qayıdış: Tarixi Zəfərdən Böyük Quruculuğa

1992-ci il fevralın 19-da Ermənistan silahlı qüvvələri Qubadlını bombaladı. Nəticədə 5 nəfər həlak oldu, 20 nəfər yaralandı. Bu, açıq müharibənin başlanğıcı idi. Ermənistan Azərbaycana qarşı müharibə elan etmədən hərbi əməliyyatlar aparırdı. Martın 1-də Qafan rayonu istiqamətindən Qubadlıya hücum edildi

12:44 234
.

Neandertallar bir-birini öldürürmüş? - 75 min illik sirr

İraqın şimalındakı Şanidar mağarasında tapılan 75 min illik Neandertal qalıqları qədim insan qohumları arasında zorakılığın miqyası ilə bağlı yeni suallar yaradıb. Alimlər sol kürək sümüyündə aşkarlanan 15 millimetrlik dəliyin taxta nizə zərbəsi nəticəsində yarandığını və bunun ölümcül zorakılığın ə

21.10.2026 408
.

Səudiyyə Ərəbistanına hücum: Misirdən SƏRT REAKSİYA

Misirin Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının Dammam şəhərində yerləşən Kral Fəhd hava limanına çərşənbə günü edilən hücumu pisləyib. Hadisə nəticəsində iki nəfər ölüb, səkkiz nəfər yaralanıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Misir Xarici İşlər Nazirliyinin bəyanatında Səudiyy

15:30 172
.

Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı danışdı

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllinə yaxınlaşdıqlarını bildirib. xəbər verir ki, Tramp bu barədə danışarkən deyib: "Düşünürəm ki, həll yoluna yaxınlaşırıq. Yəqin ki, əvvəlkindən daha yaxınıq". Ağ Ev rəhbəri əlavə edib ki, ABŞ və Rusiya Ukraynada döyüşlərin dayandırılmas

11:06 203
.

Aygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili

15:25 183
.