"Azərbaycan hər zaman səmimi dostluq münasibətlərinin inkişafına üstünlük verib"
"Bir neçə gün öncə Prezident İlham Əliyev növbəti dəfə işğaldan azad olunmuş ərazilərə səfər etdi və bir sıra yeni kəndlərin təməlini qoydu. Səfər çərçivəsində Cəbrayıl rayonunun da bir neçə kəndinin təməli qoyuldu. Bu bir daha onu göstərir ki, Böyük Qayıdış gözlənildiyindən də sürətli bir formada həyata keçirilir. Digər bölgələrimiz kimi, Cəbrayıl da sürətlə yenidən qurulur".
Bu sözləri BiG.AZ-A politoloq Zaur Məmmədov deyib.
O bildirib ki, eyni zamanda bir neçə gün bundan əvvəl Cəbrayılda Azərbaycan İran sərhədində Xudafərin hidroqovşağının istismara verilməsi və Qız qalası hidroqovşağının açılış mərasimi keçirildi. Xeyli vaxt idi ki, İran və Azərbaycan tərəfi bu hidroqovşaqlarla bağlı müzakirələr aparırdılar. Bu tədbirin baş tutması Azərbaycan İran münasibətlərində yeni bir mərhələ kimi qiymətləndirilməlidir.
"Xudafərin hidroqovşağının istismara verilməsi və Qız Qalası hidroqovşağının istismara verilməsi tarixi hadisədir. Bu həm də onu göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qarşısına qoyduğu bütün hədəflərə uğurla nail olur. Burada bir mühüm məqama da toxunmaq istəyirəm. Məlum olduğu kimi sözügedən layihənin inşasına ötən ilin 80-ci illərin sonundan başlanılmışdı. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra layihənin həyata keçirilməsi davam etdi. Burada Ulu Öndərin misilsiz xidmətlərini qeyd etmək lazımdır. O 1994-cü ildə İrana səfər çərçivəsində layihənin davam etdirilməsi barədə müzakirələr apardı. Eyni zamanda sonrakı dövrdə Prezident İlham Əliyev 2016-cı ildə İrana səfər edərkən İran tərəfi ilə sözügedən hidroqovşaqlarla bağlı növbəti saziş imzalandı. Həmin dövrdə bəzi radikal qruplar bu sazişin imzalanmasının yanlış qərar kimi təqdim etməyə çalışdılar. Hətta 2020-ci ildə də bu məsələ yenidən gündəmə gəldi.
Həqiqət isə ondan ibarətdir ki, o dövrdə həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev əmin idilər ki, torpaqlar mütləq geri qayıdacaq. Sərhəddə baş verən görüş bu fikri bir daha təsdiq etdi.
Onu da qeyd edək ki, bizi birləşdirən layihələr arasında nəqliyyat layihələri xüsusi rol oynayır. Azərbaycanın azad edilmiş torpaqlarında bu gün çox genişmiqyaslı nəqliyyat layihələri həyata keçirilir. Avtomobil yolları, hava limanları, dəmir yolu Ağbəndə qədər çəkilir və yaxın gələcəkdə istismara veriləcək.
Azərbaycan hər zaman səmimi dostluq münasibətlərinin inkişafına üstünlük verib. Bu görüşün keçirilməsi də İran - Azərbaycan əlaqələrinin qorunub saxlanmasına yönələn bir addımdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 651 Tarix: 23 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏmək müqaviləsinə dəyişiklik hansı qaydada rəsmiləşdirilməlidir?
Əmək müqaviləsinin məzmunu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı əsasında müəyyən edilir. Məcəllədə başqa hal nəzərdə tutulmadıqda, əmək müqaviləsini
13:51 206 Rusiya Ermənistanın AİB üzvlüyünün dayandırılması ilə bağlı hesabatı araşdırmayıb
Moskva hələ də Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünün dayandırılmasının mümkün mənfi nəticələrinə dair hesabatı nəzərdən keçirməyib. xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə istinadən Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. "Xeyr, biz onu nəzərdən keçirməmişik",
10:48 172 Leyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin
10:41 230 Payız niyə yaz kimi keçir?
Oktyabrın ötən 21 günündə Bakıda və Abşeron yarımadasında orta tempratur 23-25 dərəcə olub. Ayın 18-də isə Bakıda 30 dərəcə isti qeydə alınıb. Halbuki, oktyabr ayı üçün aylıq iqlim norması 16,1 dərəcədir. Havaların yağıntısız və isti keçməsi kənd təsərrüfatı üçün əlverişli şərait yaradır. Xüsusilə payızlı
11:03 226 Qubadlıya qayıdış: Tarixi Zəfərdən Böyük Quruculuğa
1992-ci il fevralın 19-da Ermənistan silahlı qüvvələri Qubadlını bombaladı. Nəticədə 5 nəfər həlak oldu, 20 nəfər yaralandı. Bu, açıq müharibənin başlanğıcı idi. Ermənistan Azərbaycana qarşı müharibə elan etmədən hərbi əməliyyatlar aparırdı. Martın 1-də Qafan rayonu istiqamətindən Qubadlıya hücum edildi
12:44 234 Neandertallar bir-birini öldürürmüş? - 75 min illik sirr
İraqın şimalındakı Şanidar mağarasında tapılan 75 min illik Neandertal qalıqları qədim insan qohumları arasında zorakılığın miqyası ilə bağlı yeni suallar yaradıb. Alimlər sol kürək sümüyündə aşkarlanan 15 millimetrlik dəliyin taxta nizə zərbəsi nəticəsində yarandığını və bunun ölümcül zorakılığın ə
21.10.2026 408 Səudiyyə Ərəbistanına hücum: Misirdən SƏRT REAKSİYA
Misirin Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının Dammam şəhərində yerləşən Kral Fəhd hava limanına çərşənbə günü edilən hücumu pisləyib. Hadisə nəticəsində iki nəfər ölüb, səkkiz nəfər yaralanıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Misir Xarici İşlər Nazirliyinin bəyanatında Səudiyy
15:30 172 Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı danışdı
ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllinə yaxınlaşdıqlarını bildirib. xəbər verir ki, Tramp bu barədə danışarkən deyib: "Düşünürəm ki, həll yoluna yaxınlaşırıq. Yəqin ki, əvvəlkindən daha yaxınıq". Ağ Ev rəhbəri əlavə edib ki, ABŞ və Rusiya Ukraynada döyüşlərin dayandırılmas
11:06 203 Aygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"
Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili
15:25 183