"Ermənistanın yeganə çıxış və xilas yolu Azərbaycanla sülhün bağlanmasıdır"

"Ermənistanın yeganə çıxış və xilas yolu Azərbaycanla sülhün bağlanmasıdır""Azərbaycanla İran arasında münasibətlər qədim və tarixi köklərə malikdir. Uzun müddət xalqlarımız birgə hörmət, anlaşma və mehribançılıq şəraitində yaşamışdır. Dostluq, mehriban qonşuluq münasibətlərinə əsaslanan Azərbaycan İran əlaqələri bu gün dinamik şəkildə inkişaf etməkdədir.
Mayın 19-da Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılış mərasimi keçirildi. Mürəkkəb və qeyri-sabit geostrateji proseslərin cərəyan etdiyi dövrdə Azərbaycanın belə bir əhəmiyyətli açılış mərasimini reallaşdırması Cənab Prezident İlham Əliyevin müdrik xarici siyasətinin göstəricisidir. Eyni zamanda Azərbaycanın regional təhlükəsizliyin təmin olunmasına, sülhə və regional inkşafa hesablanmış perspektivli layihələr həyata keçirməsinə xidmət edən siyasət yürütməsinin növbəti bariz sübutudur. Belə birgə layihələrin reallaşdırılması Azərbaycan İran münasibətlərinin gələcək inkşafına təkan verəcək".

Bu fikirləri BiG.AZ-A Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

O bildirib ki, açılış mərasimi ilə bağlı Dövlət Başçıları mətbuata bəyanatlarla çıxış etdilər.

"Çıxışında Cənab Prezidentimiz İlham Əliyev Azərbaycanla İran arasında dərin, tarixi və möhkəm zəmin üzərində qurulmuş dostluq münasibətlərinin mövcudluğunu və hazırda bu münasibətlərin ən yüksək səviyyəyə qalxdığını vurğuladı. Dövlətimizin başçısı Azərbaycanla İran arasında nəqliyyat layihələri, yükdaşımalar, energetika, ticarət və digər sahələrlə bağlı gələcək planlar haqqında məlumat verdi: Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan İran münasibətləri artıq yeni inkşaf mərhələsinə qədəm qoymuşdur. Bu inkşaf hər iki ölkənin eyni zamanda regionun da tərəqqisinə müsbət təsir göstərəcək.
Daha sonra Ali Baş Komandanımız cənab İlham Əliyev Azərbaycan Ermənistan münasibətlərinə toxunaraq Ermənistanın səhv addım atmamalı olduğunu və qeyri regional ölkələrin lazımsız kənar müdaxilələrinin yol verilməz olduğunu diqqətə çatdırdı:
Əlbətdə yaxşı olardı ki Ermənistan qeyri müstəqil siyasət yürütməkdən, maşa dövlət olmaqdan və havadarlarının diqtəsi altında hərəkət etməkdən çəkinsin. Çünki bu cür hallar Ermənistana yalnız və yalnız ziyan gətirəcək. İstər Vətən Müharibəsində, istərsə də anti terror əməliyyatları zamanı heç bir qüvvə Ermənistanın nə köməyinə çatdı nə də onu ağır məğlubiyyətdən xilas edə bildi. Bütün bu faktlar və mövcud reallıqlar onu göstərir ki, Ermənistanın yeganə çıxış və xilas yolu Azərbaycanla sülhün bağlanmasıdır".
Ümumilikdə "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılış mərasiminin keçirilməsi bir daha sübut etdi ki, Azərbaycan İran dostluğu sarsılmazdır və heç bir qüvvə bu birliyi poza bilməz.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 610   Tarix: 23 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Torpaq mübahisələrinin araşdırılması necə aparılır?-AÇIQLAMA

Azərbaycan Respublikasında torpaq münasibətlərinin hüquqi əsaslarını ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyası, Torpaq Məcəlləsi, Mülki Məcəlləsi, "Torpaq islahatı haqqında", "Torpaq bazarı haqqında", "Torpaq icarəsi haqqında", "Daşınmaz əmlakın dövlət reyestr

13:04 193
.

Azərbaycana turist axını niyə azalıb? - Ekspertdən AÇIQLAMA

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 191 ölkədən 1 milyon 831,8 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 6 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 27,1 faizi Rusiya Federasiyası, 19,4 faizi Türkiyə, 7,7 faizi İran, 4,9 faizi Gürcüstan, 4,5 faizi Qazaxıstan, 3,

14:53 205
.

Başqalarına kömək edirsizsə, gəncsiniz

Başqalarına dəstək olmaq təkcə sosial münasibətləri gücləndirmir, həm də beyin sağlamlığı ilə əlaqəli ola bilər. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Corctaun, Emori və Viskonsin-Medison universitetlərinin tədqiqatçıları başqalarına yardım etmək ilə beynin bioloji yaş göstəricilər

15:08 153
.

Qubadlıya qayıdış: Tarixi Zəfərdən Böyük Quruculuğa

1992-ci il fevralın 19-da Ermənistan silahlı qüvvələri Qubadlını bombaladı. Nəticədə 5 nəfər həlak oldu, 20 nəfər yaralandı. Bu, açıq müharibənin başlanğıcı idi. Ermənistan Azərbaycana qarşı müharibə elan etmədən hərbi əməliyyatlar aparırdı. Martın 1-də Qafan rayonu istiqamətindən Qubadlıya hücum edildi

12:44 234
.

Ermənistan Rusiyadan uzaqlaşır: Azərbaycanla münasibətlər PRİORİTETDİR

"Ermənistanla Rusiya arasındakı münasibətlər artıq əvvəlki kimi ola bilməz". Bunu Ermənistanın "Respublika Naminə" partiyasının sədr müavini Ruben Mehrabyan deyib. "Ermənistanda artıq üzərində tonlarla kompromat olan hökumət yoxdur. Rusiyanın İrəvana qarşı belə bir təsir rıçağ

15:18 161
.

"Həzi Aslanov"dakı təmir yekunlaşdı

Metronun "Həzi Aslanov" stansiyasında dalanın yenidən qurulması işləri yekunlaşıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzrə həyata keçirilib. Layihəyə uyğu

14:47 206
.

Qadınların ən uzun yaşadığı ölkələr açıqlandı (SİYAHI)

Dünyada qadınların ən yüksək ömür uzunluğuna malik olduğu ölkələr açıqlanıb. Siyahının zirvəsindəki ölkə isə çoxlarının ilk ağlına gələn yerlərdən biri olmaya bilər. Qaynarinfo xəbər verir ki, Avropanın kiçik ölkələrindən Asiyanın inkişaf etmiş iqtisadiyyatlarına qədər uzanan bu sıralama qadınların ort

21.10.2026 385
.

Nə böyük, nə kiçik qardaş: Azərbaycan və Türkiyə münasibətlərində bərabərlik

"Bir millət, iki dövlət!" Bu ifadəni Azərbaycanla Türkiyənin dostluğunu, qardaşlığını və ortaq taleyini əks etdirən ən qiymətli siyasi düsturlardan biri kimi qəbul etmişik. Bu sözlər bizim üçün adi diplomatik şüar deyil. Onun arxasında ortaq tarix, mədəniyyət, çətin günlərdə bir-birinə uzana

13:47 228
.

Paşinyan: Rusiya ilə münasibətlərdə vəziyyət dəyişməyib

Rusiya ilə Ermənistan arasında münasibətlər heç vaxt soyuq olmayıb və bu gün də vəziyyət dəyişməyib. xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. Sputnik Armenia onun açıqlamasını Telegram kanalında yayıb. Nəşrin Paşinyanın sözlərinə istinadən verdiyi məlumata görə, diplomati

10:52 175
.