Ən yüksək balı toplayan qız: "Özümü sınamaq üçün getmişdim"
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 5 may 2024-cü il tarixində keçirilən imtahanların nəticələri elan olunub. İmtahanda ən yüksək nəticəni Masallı rayonu, Həsənli kənd orta məktəbinin 10-cu sinif şagirdi Turə Süliddin qızı Alışlı göstərib. O, 296,6 bal toplayıb.
Azvision.az respublika üzrə birincilik qazanan Turə və nənəsi ilə söhbətləşib.
Yeganə Sövzəliyeva deyir ki, nəvəsi bütün dərslərdə əlaçıdır. Məktəb tədbirlərində fəallığı ilə seçilir. Müəllimləri ondan razılıq edirlər:
"Ailənin böyük övladıdır. Ondan balaca bacı və qardaşı var. Onlar da yaxşı oxuyurlar. Əvvəllər hüquqşünas olmaq istəyirdi. İndi fikrini dəyişib. İngilis dili üzrə təhsil almaq arzusundadır. Arzularına çatmaq üçün var gücü ilə irəliyə doğru addımlayır. Bu imtahana müəllimi ilə məsləhətləşib girmişdi. Atası, əmisi onun yaxşı təhsil almasını çox istəyirlər. Daim dəstək olurlar. Ürəyi harada istəyir, orada da oxuyacaq".
Turə bildirir ki, imtahanda həyəcanlı olsa da, özünü itirməyib, sualları diqqətlə oxuyub və cavablandırıb:
"Özümü sınamaq üçün getmişdim. Topladığım balı kollecə girməklə hədər etmək istəmirəm. Universitetə hazırlaşıram. Seçəcəyim peşə növbəti il qazanacağım baldan asılıdır. Hansı ixtisas üçün yetərli olacaqsa, onu da seçəcəyəm. Necə deyərlər, ayağımı yorğanıma görə uzadacağam.
Repetitor yanına gedirəm, 3-cü qrup fənləri ilə daha ciddi məşğul oluram. Müəllimlərim sağ olsun, zəhmət çəkirlər. Sevinirəm ki, onların əziyyətini yerdə qoymadım. Mənim üçün böyük nailiyyət oldu. Oxumaq lazımdır! Yaxşı gələcək qurmaq üçün bu mütləqdir!"



BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2556 Tarix: 22 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHörmüz böhranı Azərbaycana da təsir edir: Qiymətlər daha da artacaq?
Hörmüz boğazında gəmilərin hərəkətində yaranan gərginlik dünya iqtisadiyyatı üçün ciddi risklər yaradır. Neft və qaz tədarükündə mümkün fasilələr enerji qiymətlərinin yüksəlməsinə, daşınma xərclərinin artmasına və ərzaq məhsullarının bahalaşmasına səbəb ola bilər. Bu vəziyyət xüsusilə enerji idxalında
12:45 191 Metropoliten rəisinə yeni müavin təyin olundu - Foto
"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə
14:10 199 Yaşayış binalarında elektrik sobalarına keçid tələbi
Yaşayış binalarında elektrik sobalarına keçid tələbi qoyulur. APA-ya istinadən xəbər verir ki, bu, "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" sənədində əksini tapıb. Sənədə əsasən, təbii qazla işləyən avadanlıqların elektrikləşdirilməsi çərçivəsində 2035-ci ilədək yaşayı
12:19 237 Azad və çiçəklənən Qubadlı
Altı il bundan əvvəl sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən Müharibəsi müasir Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu. Xalqımız 30 ilə yaxın idi ki, bu günləri gözləyirdi! Azərbaycan güclü iqtisadiyyat, güclü ordu quraraq, sosial-siyasi islahatlar apararaq, beynəlxalq hüquq
12:11 249 Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı
Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista
11:47 242 Vətən müharibəsində qazanılmış mühüm nailiyyətlərdən biri də Qubadlının azad olunmasıdır
Ali Baş Komandanımızın sərkərdəliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində əzəli torpaqlarımızı işğaldan azad edərək bizi böyük zəfərimizə çatdırmışdır. Şübhəsiz ki, qələbəmizə gedən yolda ən mühüm əməliyyatlardan biri də Qubadlı şəhərinin işğaldan azad olunması əməliyyatı idi. Qubadlı rayonunu
14:38 179 Qubadlıya qayıdış: Tarixi Zəfərdən Böyük Quruculuğa
1992-ci il fevralın 19-da Ermənistan silahlı qüvvələri Qubadlını bombaladı. Nəticədə 5 nəfər həlak oldu, 20 nəfər yaralandı. Bu, açıq müharibənin başlanğıcı idi. Ermənistan Azərbaycana qarşı müharibə elan etmədən hərbi əməliyyatlar aparırdı. Martın 1-də Qafan rayonu istiqamətindən Qubadlıya hücum edildi
12:44 234 Qubadlının işğaldan azad olunması tarixi qələbələrimizin davamı idi
44 günlük Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından bir də Qubadlının azad edilməsidir. Təbii ki, Qubadlıdan əvvəl azad edilən torpaqlarımızda qəhrəmanlıqla vuruşan oğullarımız burada da peşəkarcasına vuruşaraq düşməni məhv edirdi. Qubudlının ihğaldan azad edildiyi gün də xalqımı
12:01 327 Nə böyük, nə kiçik qardaş: Azərbaycan və Türkiyə münasibətlərində bərabərlik
"Bir millət, iki dövlət!" Bu ifadəni Azərbaycanla Türkiyənin dostluğunu, qardaşlığını və ortaq taleyini əks etdirən ən qiymətli siyasi düsturlardan biri kimi qəbul etmişik. Bu sözlər bizim üçün adi diplomatik şüar deyil. Onun arxasında ortaq tarix, mədəniyyət, çətin günlərdə bir-birinə uzana
13:47 228