Keçmiş arvadını öldürən kişi qayınatasını da bıçaqlayıbmış

Keçmiş arvadını öldürən kişi qayınatasını da bıçaqlayıbmışBakıda keçmiş həyat yoldaşını işlədiyi gözəllik salonunda qətlə yetirmiş Tərtər rayon sakini 1982-ci il təvəllüdlü Zamiq Tanrıverdiyevə hökm oxunub.

"Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Zamiq Tanrıverdiyev Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirləndirilib.

Bildirilib ki, Z.Tanrıverdiyev 2004-cü ildə 1987-ci il təvəllüdlü Pərvanə Məhərrəmova ilə evlənib. Onların iki qızı doğulub. Lakin cütlük 2022-ci ildə rəsmi qaydada boşanıb. Həmin ərəfədəki mübahisələrdən biri zamanı Zamiq qayınatasını bıçaqlayıb. Lakin Pərvanənin atası "sabah üz-üzə gələcəyik" deyərək Zamiqdən şikayətçi olmayıb. Həmin vaxt Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinən şəxs həbs edilməyib və şərti cəza alıb.

Bu hadisədən 1 il sonra, yəni 2023-cü ilin oktyabrında Zamiq Pərvanənin Xətai rayonunda işlədiyi gözəllik salonuna daxil olaraq oradakı digər işçinin gözü qarşısında ona çoxsaylı bıçaq zərbələri endirərək öldürüb. O, keçmiş arvadı ilə heç bir danışıq aparmadan, qəfil salona daxil olaraq qadını qətlə yetirib.

Z.Tanrıverdiyev hadisəni qısqanclıq zəminində törətdiyini bildirib və polisə könüllü təslim olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə Zamiq Tanrıverdiyevə 18 il həbs cəzası verilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 952   Tarix: 22 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Hörmüz böhranı Azərbaycana da təsir edir: Qiymətlər daha da artacaq?

Hörmüz boğazında gəmilərin hərəkətində yaranan gərginlik dünya iqtisadiyyatı üçün ciddi risklər yaradır. Neft və qaz tədarükündə mümkün fasilələr enerji qiymətlərinin yüksəlməsinə, daşınma xərclərinin artmasına və ərzaq məhsullarının bahalaşmasına səbəb ola bilər. Bu vəziyyət xüsusilə enerji idxalında

12:45 191
.

Metropoliten rəisinə yeni müavin təyin olundu - Foto

"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə

14:10 199
.

Yaşayış binalarında elektrik sobalarına keçid tələbi

Yaşayış binalarında elektrik sobalarına keçid tələbi qoyulur. APA-ya istinadən xəbər verir ki, bu, "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" sənədində əksini tapıb. Sənədə əsasən, təbii qazla işləyən avadanlıqların elektrikləşdirilməsi çərçivəsində 2035-ci ilədək yaşayı

12:19 237
.

Azad və çiçəklənən Qubadlı

Altı il bundan əvvəl sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən Müharibəsi müasir Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu. Xalqımız 30 ilə yaxın idi ki, bu günləri gözləyirdi! Azərbaycan güclü iqtisadiyyat, güclü ordu quraraq, sosial-siyasi islahatlar apararaq, beynəlxalq hüquq

12:11 249
.

Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı

Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista

11:47 242
.

Vətən müharibəsində qazanılmış mühüm nailiyyətlərdən biri də Qubadlının azad olunmasıdır

Ali Baş Komandanımızın sərkərdəliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində əzəli torpaqlarımızı işğaldan azad edərək bizi böyük zəfərimizə çatdırmışdır. Şübhəsiz ki, qələbəmizə gedən yolda ən mühüm əməliyyatlardan biri də Qubadlı şəhərinin işğaldan azad olunması əməliyyatı idi. Qubadlı rayonunu

14:38 179
.

Qubadlıya qayıdış: Tarixi Zəfərdən Böyük Quruculuğa

1992-ci il fevralın 19-da Ermənistan silahlı qüvvələri Qubadlını bombaladı. Nəticədə 5 nəfər həlak oldu, 20 nəfər yaralandı. Bu, açıq müharibənin başlanğıcı idi. Ermənistan Azərbaycana qarşı müharibə elan etmədən hərbi əməliyyatlar aparırdı. Martın 1-də Qafan rayonu istiqamətindən Qubadlıya hücum edildi

12:44 234
.

Qubadlının işğaldan azad olunması tarixi qələbələrimizin davamı idi

44 günlük Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından bir də Qubadlının azad edilməsidir. Təbii ki, Qubadlıdan əvvəl azad edilən torpaqlarımızda qəhrəmanlıqla vuruşan oğullarımız burada da peşəkarcasına vuruşaraq düşməni məhv edirdi. Qubudlının ihğaldan azad edildiyi gün də xalqımı

12:01 327
.

Nə böyük, nə kiçik qardaş: Azərbaycan və Türkiyə münasibətlərində bərabərlik

"Bir millət, iki dövlət!" Bu ifadəni Azərbaycanla Türkiyənin dostluğunu, qardaşlığını və ortaq taleyini əks etdirən ən qiymətli siyasi düsturlardan biri kimi qəbul etmişik. Bu sözlər bizim üçün adi diplomatik şüar deyil. Onun arxasında ortaq tarix, mədəniyyət, çətin günlərdə bir-birinə uzana

13:47 228
.