Qarabağ Universitetinin rektoru kimdir? - DOSYE
Prezident İlham Əliyevin sərəncamı ilə Şahin Vaqif oğlu Bayramov Qarabağ Universitetinin rektoru təyin edilib.
Oxu.Az yeni təyin edilən rektorun dosyesini təqdim edir:
Şahin Bayramov 1979-cu il iyulun 4-də anadan olub.
1996-cı ildə Mingəçevir şəhər Təbiət, riyaziyyat və humanitar elmlər təmayüllü liseyini bitirib.
1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə qəbul olunub, 2000-ci ildə beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr dərəcəsi alıb.
2001-ci ildə İqtisad Universitetinin magistraturasına qəbul olunub, 2003-cü ildə beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistr dərəcəsi alıb.
2005-ci ildə İqtisad Universitetinin doktoranturasına qəbul olunub. 2011-ci ildə dünya iqtisadiyyatı ixtisası üzrə "Avropa İttifaqının Qonşuluq Siyasəti və Azərbaycanın Avropa iqtisadi məkanına inteqrasiyası perspektivləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə "iqtisad üzrə fəlsəfə doktoru" elmi dərəcəsi alıb.
2005-ci ilin yanvarından 2016-cı ilin sentyabr ayınadək İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər kafedrasında baş laborant, müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb.
Eyni zamanda, 2005-09-cu illərdə İqtisad Universitetinin Biznesin idarə edilməsi üzrə magistr (MBA) proqramında menecer, 2009-11-ci illərdə Distant və əlavə təhsil mərkəzində şöbə müdiri vəzifələrində çalışıb.
2012-ci ilin noyabrından 2017-ci ilin aprel ayınadək İqtisad Universitetinin beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru vəzifəsində çalışıb.
2015-ci ildə ABŞ Dövlət Departamentinin "Fulbright" təqaüdü çərçivəsində Beynəlxalq Təhsil İnstitutu (Institute of International Education) tərəfindən həyata keçirilən "Hubert H. Humphrey" Proqramının qalibi seçilməklə ABŞ-da peşəkar inkişaf təlimlərinə qatılıb.
2015-16-cı tədris ilində Pensilvaniya Dövlət Universitetinin (Penn State University) Təhsil Kollecində (College of Education) ali təhsilin idarə edilməsi və akademik liderlik (Higher Education Administration and Academic Leadership) ixtisası üzrə peşəkar təhsil alıb.
2017-ci ilin aprelindən 2019-cu ilin iyul ayınadək Azərbaycan Respublikasının Təhsil Nazirliyində Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsində çalışıb.
2018-ci ilin sentyabrından İqtisad Universitetinin Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin İqtisadiyyat və idarəetmə kafedrasında əvəzçiliklə dosent vəzifəsində fəaliyyət göstərib.
Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2019-cu il tarixli Sərəncamı ilə Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1109 Tarix: 20 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSevdiyiniz yeməklər sağlam qidalanmağa mane ola bilər - ARAŞDIRMA
İnsanların sevdikləri və xoşlamadıqları qidalarla bağlı formalaşmış fikirləri dəyişmək düşündüyümüzdən daha çətin ola bilər. Yeni araşdırma qida seçimlərinin arxasında duran psixoloji mexanizmlərə diqqət çəkib. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Yel Universitetinin alimləri təxminə
16:36 193 Mourinyo Çempionlar Liqasında qələbələrin sayına görə Vengeri keçdi
"Real" ın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasında qələbələrin sayına görə Arsen Vengeri geridə qoyub. -ın xəbərinə görə, oktyabrın 21-də Madrid klubu ümumi turnirin üçüncü oyun günündə evdə "Leypsiq"i 4-1 hesabı ilə məğlub edib. Bu, 63 yaşlı portuqaliyalı məşqçinin Çempionla
18:45 159 Qubadlının işğaldan azad olunması tarixi qələbələrimizin davamı idi
44 günlük Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından bir də Qubadlının azad edilməsidir. Təbii ki, Qubadlıdan əvvəl azad edilən torpaqlarımızda qəhrəmanlıqla vuruşan oğullarımız burada da peşəkarcasına vuruşaraq düşməni məhv edirdi. Qubudlının ihğaldan azad edildiyi gün də xalqımı
12:01 354 Qubadlıya qayıdış: Tarixi Zəfərdən Böyük Quruculuğa
1992-ci il fevralın 19-da Ermənistan silahlı qüvvələri Qubadlını bombaladı. Nəticədə 5 nəfər həlak oldu, 20 nəfər yaralandı. Bu, açıq müharibənin başlanğıcı idi. Ermənistan Azərbaycana qarşı müharibə elan etmədən hərbi əməliyyatlar aparırdı. Martın 1-də Qafan rayonu istiqamətindən Qubadlıya hücum edildi
12:44 271 Qubada iki bələdiyyənin adı dəyişdirildi
"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə - "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb. Qanuna əsasən, Qubanı
13:00 241 Kəndlilər yırtıcılarla üz-üzə qalarsa, nə etməlidir?
Son vaxtlar vəhşi heyvanların yaşayış məntəqələrinə yaxınlaşması və insanlara hücum etməsi narahatlıq yaradır. APA TV-yə istinadən xəbər verir ki, Qusarın İmamqulukənd kəndində çaqqalların hücumu nəticəsində təsərrüfata ziyan dəyib, üç nəfər xəsarət alıb. Zooloq Elşad Əsgərov və ekoloq Amin Məmmədo
19:00 154 Meyvə və tərəvəzlərin qida dəyəri 50 faiz azalıb - XƏBƏRDARLIQ
Meyvə və tərəvəzlər 60 il əvvəllə müqayisədə xeyli az miqdarda faydalı qida maddələri ehtiva edə bilər. Yeni araşdırmaya görə, kənd təsərrüfatı məhsullarında bir sıra mühüm mineral və vitaminlərin miqdarı 20-50 faiz azalıb. xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar bunun əsas səbəblərində
19:15 134 Prezidentin Qubadlıda şanlı bayrağımızı ucaltması mühüm tarixi hadisə oldu
Zəngəzur mahalının ən qədim yaşayış məskənlərindən olan Qubadlının işğaldan azad edilməsindən altı il ötür. 44 günlük Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından biridi də məhz Qubadlı şəhərinin işğaldan azad edilməsi oldu. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamın
12:29 217 Torpaq mübahisələrinin araşdırılması necə aparılır?-AÇIQLAMA
Azərbaycan Respublikasında torpaq münasibətlərinin hüquqi əsaslarını ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyası, Torpaq Məcəlləsi, Mülki Məcəlləsi, "Torpaq islahatı haqqında", "Torpaq bazarı haqqında", "Torpaq icarəsi haqqında", "Daşınmaz əmlakın dövlət reyestr
13:04 237