"İnsanın estetik əməliyyatlara başlaması narkotika kimidir, həmişə davamını istəyir"-SOSİOLOQ
Son zamanlar estetik əməliyyatlar gənclər arasında geniş yayılmaqdadır. Bu əməliyyatlara üz tutan hər kəs bir-birinə oxşamağa çalışır sanki. Estetik dəyişikliklərə bu qədər təlabat olması nədən irəli gəlir?
Mövzu ilə bağlı BiG.AZ-A sosioloq Lalə Mehralı açıqlama verib.
O bildirib ki, ölkədə çox qızlarda eyni burun var. Daha qövslü burnu olan da yoxdur, fındıq burunlular da. Burun dəlikləri qarşı küçədən görünən estetikli qızlar hər gün artır. Estetik həkimlər "copy-paste" üsulu ilə işləyir, hamıda eyni tip burun var. İplərlə dartılıb gicgaha bağlanmış badam gözlülər, tülkü gözlülər, bir-birinin eynisi olan qızlar çoxalır.
"Miyanə anlayışı ortadan yoxa çıxıb. Küçədə qarşılaşdığın hər 10 qızdan 8-i bir birinin eynidir. "Qonçə dodaq", "yarpaq dodaq" deyə vəsf edilib tarixən gözəllər. "Ağız nazik, dodaq nazik, dil nazik" deyən Vaqif indiki şar dodaqları görsə nə cür təsvir qoşardı, kim bilir. Daha nazik dodaqlı qızlar gözəl hesab edilmir, o qədər lağ obyekti olurlar ki onlar da gedib şar kimi edirlər dodaqlarını. Mən hələ ombasına silikon qoydurub gülünc bədən quruluşu düzəltdirənləri demirəm. İndi gözəllik etalonu sinəsi qabağa, burnu nöqtə boyda, dodağı üfürülmüş şar kimi olmaqla ölçülür.
Çənə sümüyünü yonub üçbucaq görüntü verirlər. Ağız içindən kəsib xüsusi cihazla girib çənəni rəndələyirlər. Nə estetikası var bu cür yanağın? Ölkə dolub Malefisenta görünüşlü qadınlarla, özlərinə xoş görünürlər sadəcə. Gözəllik anlayışı sərhəd tanımır, insan təbii görüntüsünə qane olmur, həmişə daha yaxşısını istəyir. İnsanın estetik əməliyyatlara başlaması narkotika kimidir, davamını istəyir həmişə. Əvvəl gözəlləşmək üçün edir, sonra fərqlənmək üçün, axırda da həyatda qala bilmək üçün. Sözsüz ki psixoloji vəziyyətləri qaydasında deyil. Gözəllik uğrunda gedən bu mübarizədən qazanclı çıxan hələ ki, estetik həkimlərdir. Bazar onlara işləyir. Əvvəlcə öz bədənimizi olduğu kimi qəbul etməliyik. Sağlam bədənə sahib olmaq həm də sağlam psixologiya deməkdir. İstədiyimiz qədər trendlərlə ayaqlaşmağa çalışaq, ruhumuz həmişə olduğu kimi qalacaq. Özünü olduğun kimi qəbul etsən, insanlar səni olduğun kimi qəbul edəcəklər. Əsas olan insanların səni necə gördüyü deyil, özünü necə gördüyündür. Gözəllik spesifikdir. Bunu qəbul etmək lazımdır".
AYSEL ƏKBƏR
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 830 Tarix: 16 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş2030-cu ildə gənc qadınların 45 faizi subay və uşaqsız olacaq - TƏHLÜKƏLİ PROQNOZ
2030-cu ilə qədər 25-44 yaş arası qadınların təxminən 45%-i subay və uşaqsız olacaq. Bizim.Media xəbər verir ki, bu beynəlxalq investisiya bankı "Morgan Stanley"in proqnozlarında öz əksini tapıb. Məqalədə bildirilib ki, getdikcə daha çox qadın ali təhsil alır, karyera qurur və ailə həyatı qurmağı
22.10.2026 151 Ermənistan Rusiyadan uzaqlaşır: Azərbaycanla münasibətlər PRİORİTETDİR
"Ermənistanla Rusiya arasındakı münasibətlər artıq əvvəlki kimi ola bilməz". Bunu Ermənistanın "Respublika Naminə" partiyasının sədr müavini Ruben Mehrabyan deyib. "Ermənistanda artıq üzərində tonlarla kompromat olan hökumət yoxdur. Rusiyanın İrəvana qarşı belə bir təsir rıçağ
22.10.2026 260 Yaşayış binalarında elektrik sobalarına keçid tələbi
Yaşayış binalarında elektrik sobalarına keçid tələbi qoyulur. APA-ya istinadən xəbər verir ki, bu, "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" sənədində əksini tapıb. Sənədə əsasən, təbii qazla işləyən avadanlıqların elektrikləşdirilməsi çərçivəsində 2035-ci ilədək yaşayı
22.10.2026 291 Nə böyük, nə kiçik qardaş: Azərbaycan və Türkiyə münasibətlərində bərabərlik
"Bir millət, iki dövlət!" Bu ifadəni Azərbaycanla Türkiyənin dostluğunu, qardaşlığını və ortaq taleyini əks etdirən ən qiymətli siyasi düsturlardan biri kimi qəbul etmişik. Bu sözlər bizim üçün adi diplomatik şüar deyil. Onun arxasında ortaq tarix, mədəniyyət, çətin günlərdə bir-birinə uzana
22.10.2026 313 Hörmüz böhranı Azərbaycana da təsir edir: Qiymətlər daha da artacaq?
Hörmüz boğazında gəmilərin hərəkətində yaranan gərginlik dünya iqtisadiyyatı üçün ciddi risklər yaradır. Neft və qaz tədarükündə mümkün fasilələr enerji qiymətlərinin yüksəlməsinə, daşınma xərclərinin artmasına və ərzaq məhsullarının bahalaşmasına səbəb ola bilər. Bu vəziyyət xüsusilə enerji idxalında
22.10.2026 235 Süni intellekt insanları düşünməkdən uzaqlaşdırır? - ARAŞDIRMA
Süni intellekt gündəlik həyatı asanlaşdırsa da, ondan həddindən artıq istifadə insanın müstəqil düşünmə və məlumatları təhlil etmə bacarıqlarına mənfi təsir göstərə bilər. Araşdırmalar göstərir ki, texnologiyaya həddindən artıq güvənmək insanların öz qərarlarını verməkdə daha az fəal olmasına səbəb ol
22.10.2026 232 Kosmosdan görünən dairələr: Səhranın ortasındakı nəhəng sirr açıldı
Səhranın dərinliklərində, Mavritaniyanın ərazisində yerləşən heyrətamiz təbii obyekt alimlərin diqqətini uzun illərdir cəlb edir. Rişat strukturu (və ya Rişat krateri) kimi tanınan bu geoloji quruluş qərbli geoloqlara ən azı 1930-cu illərdən, fransız coğrafiyaşünaslarının onu ilk dəfə xəritəyə salmasında
22.10.2026 73 Uşağın faciəsi, hocanın bayramı - Cübbə var, vicdan hanı?
Uşağın fəryadını eşitməyən "hoca"nın sevinci: Türkiyədə kimlərə qulaq asırlar?. Türkiyədə qəribə bir mənzərə yaranıb. Bir tərəfdə elm adamları, ziyalılar, hüquq müdafiəçiləri, uşaqların gələcəyi üçün mübarizə aparan insanlar var. Digər tərəfdə isə cübbəsi, saqqalı, moizələri və milyonlarl
22.10.2026 224 Başqalarına kömək edirsizsə, gəncsiniz
Başqalarına dəstək olmaq təkcə sosial münasibətləri gücləndirmir, həm də beyin sağlamlığı ilə əlaqəli ola bilər. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Corctaun, Emori və Viskonsin-Medison universitetlərinin tədqiqatçıları başqalarına yardım etmək ilə beynin bioloji yaş göstəricilər
22.10.2026 246