"COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın prestijinə böyük fayda verə bilər" - Politoloq
Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı (COP)" noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək.
Politoloq Turan Rzayev BiG.AZ-a bildirib ki, belə bir mötəbər tədbirin ölkəmizdə keçirilməsi ilk növbədə Azərbaycanın prestijinə böyük fayda verə bilər. COP29 rəsmi Bakının dünyaya bir növ elanı olacaq ki, biz təkcə regional məsələlərdə deyil, həmçinin humanitar məsələlərdə də mövqeyimizi ortaya qoyuruq:
"COP29 dünyanın ən mötəbər və iştirakçı sayına görə ən çox qatılımçı olan tədbirlərdən biri hesab olunur. COP29 humanitar səviyyədə problemlərin, ekoloji vəziyyət, ozon qatının dəlinməsi, nəsli kəsilməkdə olan heyvanlar, iqlim dəyişikliyi və.s kimi qlobal məsələlərin, habelə müəyyən mənada siyasi-iqtisadi məsələlərin müzakirə edildiyi geniş platformadır. Belə bir mötəbər tədbirin ölkəmizdə keçirilməsi ilk növbədə Azərbaycanın prestijinə böyük fayda verə bilər. Azərbaycan bu günə kimi birdən çox genişmiqyaslı tədbirlərə ev sahibliyi edib. Məsələn, Avroviziya musiqi yarışması, Avropa oyunları, İslam oyunları və s. kimi tədbirlərə ev sahibliyi edib. Göründüyü kimi Azərbaycanda tədbirlər müxtəlif motivlərdə ola bilir. Mədəniyyət,idman,siyasi platformalar. COP29-un ölkəmizdə keçirilməsi bu baxımdan başa düşüləndir və ölkəmiz üçün uğurdur. Nəzərə almaq lazımdır ki, bu tədbirə 80000-120000 arası insanın gəlməsi gözlənilir. Tədbir çərçivəsində hökumət rəhbərləri,nazirlər,deputatlar, həmçinin sahə üzrə mütəxəssis ekspertlər və təbii ki, turistik məqsədli bir çox insanlar gələcək. Bütün bunları nəzərə alsaq, deyə bilərik ki, bu tədbir ölkə miqyasında keçilimiş ən böyük tədbirlərdən biri olacaq. Xarici platformalar içərisində isə ən böyüyü olacaq. İnanıram ki, ölkəmiz bundan öncəki tədbirlərdəki kimi uğur qazanacaq. Azərbaycan yeni dövrə qədəm qoyub. Prezident İlham Əliyevin uzaqgörən xarici siyasəti bu günə qədər Azərbaycana uğurlar gətirib. Bu tədbir rəsmi Bakının dünyaya bir növ elanı olacaq ki, biz təkcə regional məsələlərdə deyil, həmçinin humanitar məsələlərdə də mövqeyimizi ortaya qoyuruq. Təsadüfi deyil ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik dövründə pandemiya ilə bağlı təkliflər vermiş,vaksin millətçiliyinə qarşı ən sərt reaksiya verən ölkələrdən olmuş, 2-ci və 3-cü dərəcəli ölkələrin problemlərini qabardaraq dünyada dövlətlər arasında bərabərliyin olmasını qeyd etmişdir. Əslində, COP29 çərçivəsində də mümkündür ki, bu məsələlər gündəmə gətiriləcək və rəsmi Bakı təkliflərini beynəlxalq ictimaiyyətə çatdıracaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 701 Tarix: 14 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBaşqalarına kömək edirsizsə, gəncsiniz
Başqalarına dəstək olmaq təkcə sosial münasibətləri gücləndirmir, həm də beyin sağlamlığı ilə əlaqəli ola bilər. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Corctaun, Emori və Viskonsin-Medison universitetlərinin tədqiqatçıları başqalarına yardım etmək ilə beynin bioloji yaş göstəricilər
22.10.2026 247 Meyvə və tərəvəzlərin qida dəyəri 50 faiz azalıb - XƏBƏRDARLIQ
Meyvə və tərəvəzlər 60 il əvvəllə müqayisədə xeyli az miqdarda faydalı qida maddələri ehtiva edə bilər. Yeni araşdırmaya görə, kənd təsərrüfatı məhsullarında bir sıra mühüm mineral və vitaminlərin miqdarı 20-50 faiz azalıb. xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar bunun əsas səbəblərində
22.10.2026 211 Kirayə qaldığımız evdə qazdan boğulsaq, ev sahibindən təzminat ala bilərik? - CAVAB
ın "Bir sual, bir cavab" rubrikasında budəfəki mövzusu kirayəçinin qaldığı evdə sağlamlığına zərər dəyərsə, ev sahibindən təzminat alması məsələsi ilə bağlıdır. Kirayə qaldığımız evdə sağlamlığımıza zərər dəysə, qazdan boğulsaq, ev sahibindən təzminat ala bilərik? . xəbər verir ki, Mülki Məcəlləni
22.10.2026 255 Qubadlıya qayıdış: Tarixi Zəfərdən Böyük Quruculuğa
1992-ci il fevralın 19-da Ermənistan silahlı qüvvələri Qubadlını bombaladı. Nəticədə 5 nəfər həlak oldu, 20 nəfər yaralandı. Bu, açıq müharibənin başlanğıcı idi. Ermənistan Azərbaycana qarşı müharibə elan etmədən hərbi əməliyyatlar aparırdı. Martın 1-də Qafan rayonu istiqamətindən Qubadlıya hücum edildi
22.10.2026 299 Qubada iki bələdiyyənin adı dəyişdirildi
"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə - "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb. Qanuna əsasən, Qubanı
22.10.2026 252 "Belə şərəfsizlərə ölüm cəzası verin"
Xalq artisti Brilliant Dadaşova Bakıda taksi sürücüsünün 11-ci sinif şagirdi olan oğlana cinsi zorakılıq etməsi ilə bağlı iddialara münasibət bildirib. Axşam.az xəbər verir ki, müğənni həmin şəxsin ciddi şəkildə cəzalandırılmasını istəyib:. "Belə şərəfsizlərə ölüm cəzası verin, yaşamasın! Yaşayı
22.10.2026 263 Torpaq mübahisələrinin araşdırılması necə aparılır?-AÇIQLAMA
Azərbaycan Respublikasında torpaq münasibətlərinin hüquqi əsaslarını ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyası, Torpaq Məcəlləsi, Mülki Məcəlləsi, "Torpaq islahatı haqqında", "Torpaq bazarı haqqında", "Torpaq icarəsi haqqında", "Daşınmaz əmlakın dövlət reyestr
22.10.2026 249 Paltaryuyan maşının gizli özünü təmizləmə funksiyası var: Onu bir neçə saniyədə necə aktivləşdirmək olar
Müasir paltaryuyan maşınların bir çoxunda cihazın daxili hissələrini təmiz saxlamağa və istismar müddətini uzatmağa kömək edən xüsusi özünütəmizləmə funksiyası mövcuddur. Lakin istifadəçilərin əksəriyyəti bu funksiyadan xəbərsizdir. xarici mediaya istinadla xəbər verir ki, özünütəmizləmə proqramında
22.10.2026 251 Prezidentin Qubadlıda şanlı bayrağımızı ucaltması mühüm tarixi hadisə oldu
Zəngəzur mahalının ən qədim yaşayış məskənlərindən olan Qubadlının işğaldan azad edilməsindən altı il ötür. 44 günlük Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından biridi də məhz Qubadlı şəhərinin işğaldan azad edilməsi oldu. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamın
22.10.2026 225