"COP29 beynəlxalq əməkdaşlıq və qarşılıqlı olaraq ortaq mövzuların müzakirəsi üçün əlverişli platformadır"

"COP29 beynəlxalq əməkdaşlıq və qarşılıqlı olaraq ortaq mövzuların müzakirəsi üçün əlverişli platformadır""COP29 tədbiri Azərbaycanın müstəqillik tarixində miqyasına görə ilk beynəlxalq tədbir olacaq. Bu Azərbaycan üçün böyük sınaqdır ki, belə bir tədbir məhz ölkəmizdə keçiriləcək. Bundan əvvəl olan tədbirlər kimi, bu tədbirində ölkəmiz üçün bir neçə müstəvidən olduqca vacib əhəmiyyəti var. Birincisi, COP 29 əsasən dünyada iqlim dəyişikliyi və bunun nəticəsi olaraq qarşıya çıxan problemlərin effektiv və beynəlxalq səviyyədə həll olunmasını hədəfləyib. Bu baxımdan COP29 Azərbaycan üçün də vacib sayıla bilər. Belə ki, ötən 30 il ərzində Ermənistan tərəfindən Azərbaycana qarşı kütləvi olaraq ekosid cinayəti törədilib. On min km-dən çox ərazı tamamilə talan edilib, ekoloji fauna və flora məhv edilib, çaylar zəhərlənib, qiymətli ağac növləri kəsilib, bir sıra heyvanların və bitkilərin kökü kəsilib və ən nəhayət ərazinin çox hissəsi minalanıb ki, bu günə qədər bunun ağrı və acısını hiss edirik. Bu məslələr heç şübhəsiz ki, tədbirdə iştirak edəcək nümayəndələrin diqqətinə çatdırılacaq".

Bu barədə BiG.AZ-A politoloq Amid Əliyev deyib.

O bildirib ki, bu beynəlxalq əməkdaşlıq və qarşılıqlı olaraq ortaq mövzuların müzakirəsi üçün əlverişli platformadır. Bu tədbir zamanı Azərbaycan nümayəndə heyətlərinə Cənubi Qafqazda sülh siyasətinin qorunması və bu istiqamətdə görülən işlər eyni zamanda isə bu siyasətə qarşı çıxan qüvvələrin məkirli siyasəti haqqında ətraflı məlumat veriləcək. Tədbirin Azərbaycanda keçirilməsi son zamanlar Azərbaycana qarşı qara PR kompaniyasını həyata keçirən bir sıra dövlətlərə və siyasi dairələrə də ciddi mesaj kimi qəbul oluna bilər. Azərbaycan hər zaman istənilən mövzuda əməkdaşlığa hazır olduğunu dəfələrlə bəyan edib. COP29 və bu qisimdən olan digər beynəlxalq tədbirlərin məhz davamlı olaraq Bakıda keçirilməsi buna bariz nümunədir.

"Azərbaycanı da dünyada baş verən iqlim dəyişikliklərinin təsirindən əziyyət çəkən ölkə kimi təsrifləndirmək olar. Son illər müşahidə olunan quraqlıq mövsümü Azərbaycanda şirin suya olan tələbatın artmasına səbəb olmuş, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi bir sıra əlavə ekoloji problemlər yaratmış, dağ ərazilərində buzlaqların əriməsi, sel və daşqınların sosial infrastruktura vurduğu ziyan kimi faktlar bu tədbirdə Azərbaycanı aparıcı ölkələrdən birinə çevirmiş olur.

Bildirmək lazımdır ki, təbirin davam etdiyi müddət ərzində dünyanın bir sıra tanınmış KİV akkreditasiya olunmuş nümayəndələri məhz Bakıdan xəbərləri dünya dövlətlərinə çatdıracaqlar ki, bu da öz növbəsində Azərbaycanın ən azından tədbir zamanı gündəlik olaraq dünya xəbərlərdə səsləndirilməsi olacaq.

Bütövlükdə COP29 tədbiri Azərbaycanın nəinki regionda eləcə də dünya miqyasında mövqeyinin möhkəmlənməsinə, dünya siyasətinin aparıcı aktoru rolunda çıxış etməsinə və yeni əməkdaşlıq platformalarının yaranmasına xidmət edəcək".
AYSEL ƏKBƏR


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 560   Tarix: 14 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Başqalarına kömək edirsizsə, gəncsiniz

Başqalarına dəstək olmaq təkcə sosial münasibətləri gücləndirmir, həm də beyin sağlamlığı ilə əlaqəli ola bilər. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Corctaun, Emori və Viskonsin-Medison universitetlərinin tədqiqatçıları başqalarına yardım etmək ilə beynin bioloji yaş göstəricilər

22.10.2026 247
.

Meyvə və tərəvəzlərin qida dəyəri 50 faiz azalıb - XƏBƏRDARLIQ

Meyvə və tərəvəzlər 60 il əvvəllə müqayisədə xeyli az miqdarda faydalı qida maddələri ehtiva edə bilər. Yeni araşdırmaya görə, kənd təsərrüfatı məhsullarında bir sıra mühüm mineral və vitaminlərin miqdarı 20-50 faiz azalıb. xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar bunun əsas səbəblərində

22.10.2026 211
.

Kirayə qaldığımız evdə qazdan boğulsaq, ev sahibindən təzminat ala bilərik? - CAVAB

ın "Bir sual, bir cavab" rubrikasında budəfəki mövzusu kirayəçinin qaldığı evdə sağlamlığına zərər dəyərsə, ev sahibindən təzminat alması məsələsi ilə bağlıdır. Kirayə qaldığımız evdə sağlamlığımıza zərər dəysə, qazdan boğulsaq, ev sahibindən təzminat ala bilərik? . xəbər verir ki, Mülki Məcəlləni

22.10.2026 255
.

Qubadlıya qayıdış: Tarixi Zəfərdən Böyük Quruculuğa

1992-ci il fevralın 19-da Ermənistan silahlı qüvvələri Qubadlını bombaladı. Nəticədə 5 nəfər həlak oldu, 20 nəfər yaralandı. Bu, açıq müharibənin başlanğıcı idi. Ermənistan Azərbaycana qarşı müharibə elan etmədən hərbi əməliyyatlar aparırdı. Martın 1-də Qafan rayonu istiqamətindən Qubadlıya hücum edildi

22.10.2026 299
.

Qubada iki bələdiyyənin adı dəyişdirildi

"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə - "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb. Qanuna əsasən, Qubanı

22.10.2026 252
.

"Belə şərəfsizlərə ölüm cəzası verin"

Xalq artisti Brilliant Dadaşova Bakıda taksi sürücüsünün 11-ci sinif şagirdi olan oğlana cinsi zorakılıq etməsi ilə bağlı iddialara münasibət bildirib. Axşam.az xəbər verir ki, müğənni həmin şəxsin ciddi şəkildə cəzalandırılmasını istəyib:. "Belə şərəfsizlərə ölüm cəzası verin, yaşamasın! Yaşayı

22.10.2026 263
.

Torpaq mübahisələrinin araşdırılması necə aparılır?-AÇIQLAMA

Azərbaycan Respublikasında torpaq münasibətlərinin hüquqi əsaslarını ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyası, Torpaq Məcəlləsi, Mülki Məcəlləsi, "Torpaq islahatı haqqında", "Torpaq bazarı haqqında", "Torpaq icarəsi haqqında", "Daşınmaz əmlakın dövlət reyestr

22.10.2026 249
.

Paltaryuyan maşının gizli özünü təmizləmə funksiyası var: Onu bir neçə saniyədə necə aktivləşdirmək olar

Müasir paltaryuyan maşınların bir çoxunda cihazın daxili hissələrini təmiz saxlamağa və istismar müddətini uzatmağa kömək edən xüsusi özünütəmizləmə funksiyası mövcuddur. Lakin istifadəçilərin əksəriyyəti bu funksiyadan xəbərsizdir. xarici mediaya istinadla xəbər verir ki, özünütəmizləmə proqramında

22.10.2026 251
.

Prezidentin Qubadlıda şanlı bayrağımızı ucaltması mühüm tarixi hadisə oldu

Zəngəzur mahalının ən qədim yaşayış məskənlərindən olan Qubadlının işğaldan azad edilməsindən altı il ötür. 44 günlük Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından biridi də məhz Qubadlı şəhərinin işğaldan azad edilməsi oldu. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamın

22.10.2026 225
.