"Bolqarıstanla əməkdaşlığın əsas məqsədi daha yaxşı nəticələr əldə etməkdir"-DEPUTAT

"Bolqarıstanla əməkdaşlığın əsas məqsədi daha yaxşı nəticələr əldə etməkdir"-DEPUTAT"Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşü keçirildi. Görüşdə hər iki ölkənin əməkdaşlıqlarının müxtəlif aspektləri müzakirə olundu.Azərbaycan ilə Bolqarıstan arasında qarşılıqlı münasibətlər 1992-ci ilin yanvarında Bolqarıstanın Azərbaycanın müstəqilliyini tanımasından sonra başlamışdır. İki ölkə arasında əlaqələr illər keçdikcə daha da inkişaf edərək dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ilə daha da gücləndirildi. Belə ki, Azərbaycan dövlət başçısı İlham Əliyev prezidentliyi dövründə Bolqarıstana bir sıra rəsmi və işgüzar səfərlər etmişdir".

Bu sözləri BiG.AZ-A deputat Ceyhun Məmmədov deyib.

O bildirib ki, Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar. Ötən illər ərzində əlaqələrimiz sürətlə və uğurla inkişaf edib. Bu gün Bolqarıstan Respublikasının Prezidentinin Azərbaycana səfəri zamanı imzalanmış sənədlər arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannaməni xüsusilə qeyd etmək lazımdır. Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə qarşılıqlı etimadın göstəricisi kimi qiymətləndirilməlidir.

"İki ölkə arasında son dövrlərə nəzər yetirsək görərik ki, ticarət dövriyyəsi bir neçə dəfə artmışdır. Buna səbəb isə təbii qaz təchizatı sahəsində Azərbaycan qazının Bolqarıstana ixracını göstərmək olar. Bolqarıstan, eyni zamanda, qaz nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilibdir. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir.Bolqarıstan hazırda Azərbaycanın ən çox ixrac həyata keçirdiyi ölkələrdən biridir. Eyni zamanda, Azərbaycanda Bolqarıstan investisiyalı kommersiya qurumları sənaye, tikinti, ticarət və xidmət sahələrində aktiv fəaliyyət göstərir.
Onu da vurğulamaq istərdim ki, Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək və Bolqarıstanla da bu istiqamətdə çox fəal işlər aparılacaqdır. Enerji tərəfdaşlığı Azərbaycan-Bolqarıstan münasibətlərinin təməli hesab edilir.
Bundan başqa, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Bolqarıstanın İnnovasiyalar və İnkişaf Nazirliyi arasında "texnoloji innovasiya sahəsində, eyni zamanda, "Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "Asarel Investment" arasında Anlaşma Memorandumu" imzalandı. Əməkdaşlıq haqqında daha bir sənəd "Azərbaycan Hava Yolları" QSC və "Bulgaria Air" şirkəti arasında imzalandı.
İnanırıq ki, ölkələrimiz arasında münasibətlər bundan sonra daha da inkişaf edəcək. Bu sənədlərin imzalanması, bundan sonra hər iki dövlətin münasibətlərinin güclənməsinə öz tövhəsini verəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 690   Tarix: 13 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Başqalarına kömək edirsizsə, gəncsiniz

Başqalarına dəstək olmaq təkcə sosial münasibətləri gücləndirmir, həm də beyin sağlamlığı ilə əlaqəli ola bilər. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Corctaun, Emori və Viskonsin-Medison universitetlərinin tədqiqatçıları başqalarına yardım etmək ilə beynin bioloji yaş göstəricilər

22.10.2026 247
.

Meyvə və tərəvəzlərin qida dəyəri 50 faiz azalıb - XƏBƏRDARLIQ

Meyvə və tərəvəzlər 60 il əvvəllə müqayisədə xeyli az miqdarda faydalı qida maddələri ehtiva edə bilər. Yeni araşdırmaya görə, kənd təsərrüfatı məhsullarında bir sıra mühüm mineral və vitaminlərin miqdarı 20-50 faiz azalıb. xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar bunun əsas səbəblərində

22.10.2026 211
.

Kirayə qaldığımız evdə qazdan boğulsaq, ev sahibindən təzminat ala bilərik? - CAVAB

ın "Bir sual, bir cavab" rubrikasında budəfəki mövzusu kirayəçinin qaldığı evdə sağlamlığına zərər dəyərsə, ev sahibindən təzminat alması məsələsi ilə bağlıdır. Kirayə qaldığımız evdə sağlamlığımıza zərər dəysə, qazdan boğulsaq, ev sahibindən təzminat ala bilərik? . xəbər verir ki, Mülki Məcəlləni

22.10.2026 255
.

Qubadlıya qayıdış: Tarixi Zəfərdən Böyük Quruculuğa

1992-ci il fevralın 19-da Ermənistan silahlı qüvvələri Qubadlını bombaladı. Nəticədə 5 nəfər həlak oldu, 20 nəfər yaralandı. Bu, açıq müharibənin başlanğıcı idi. Ermənistan Azərbaycana qarşı müharibə elan etmədən hərbi əməliyyatlar aparırdı. Martın 1-də Qafan rayonu istiqamətindən Qubadlıya hücum edildi

22.10.2026 299
.

Qubada iki bələdiyyənin adı dəyişdirildi

"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə - "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb. Qanuna əsasən, Qubanı

22.10.2026 252
.

"Belə şərəfsizlərə ölüm cəzası verin"

Xalq artisti Brilliant Dadaşova Bakıda taksi sürücüsünün 11-ci sinif şagirdi olan oğlana cinsi zorakılıq etməsi ilə bağlı iddialara münasibət bildirib. Axşam.az xəbər verir ki, müğənni həmin şəxsin ciddi şəkildə cəzalandırılmasını istəyib:. "Belə şərəfsizlərə ölüm cəzası verin, yaşamasın! Yaşayı

22.10.2026 263
.

Torpaq mübahisələrinin araşdırılması necə aparılır?-AÇIQLAMA

Azərbaycan Respublikasında torpaq münasibətlərinin hüquqi əsaslarını ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyası, Torpaq Məcəlləsi, Mülki Məcəlləsi, "Torpaq islahatı haqqında", "Torpaq bazarı haqqında", "Torpaq icarəsi haqqında", "Daşınmaz əmlakın dövlət reyestr

22.10.2026 249
.

Paltaryuyan maşının gizli özünü təmizləmə funksiyası var: Onu bir neçə saniyədə necə aktivləşdirmək olar

Müasir paltaryuyan maşınların bir çoxunda cihazın daxili hissələrini təmiz saxlamağa və istismar müddətini uzatmağa kömək edən xüsusi özünütəmizləmə funksiyası mövcuddur. Lakin istifadəçilərin əksəriyyəti bu funksiyadan xəbərsizdir. xarici mediaya istinadla xəbər verir ki, özünütəmizləmə proqramında

22.10.2026 251
.

Prezidentin Qubadlıda şanlı bayrağımızı ucaltması mühüm tarixi hadisə oldu

Zəngəzur mahalının ən qədim yaşayış məskənlərindən olan Qubadlının işğaldan azad edilməsindən altı il ötür. 44 günlük Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından biridi də məhz Qubadlı şəhərinin işğaldan azad edilməsi oldu. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamın

22.10.2026 225
.