Telman İsmayılovun adı onun ölümündə hallanır - YENİ FAKTLAR
Rusiyadakı məşhur "Çerkizovski" bazarının sabiq sahibi, azərbaycanlı iş adamı Telman İsmayılovun cinayət işində yeni detallar məlum olub.
BiG.AZ Modern.az-a istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) və Daxili İşlər Nazirliyinin məlumatına görə, beynəlxalq axtarışa verilən biznesmen bazara nəzarəti ələ keçirmək, onun genişləndirilməsi və mənfəətin yenidən bölüşdürülməsi məqsədi ilə törədilmiş bir sıra qətllərdə iştirak edib.
Telman İsmayılovun iddia edilən qurbanları arasında 1996-cı ildə pulemyotla güllələnən nüfuzlu dağ yəhudiləri Tair və Telman Qurşumov qardaşları da var. Qardaşlardan biri aldığı yaralardan dünyasını dəyişib.
Məlumata görə, Telman İsmayılovun cinayət işində yeni epizodların yaranması Basmannı rayon məhkəməsinin Çeçenistandan olan keçmiş ÇSKA güləşçisi Tarxan Eldukayevin həbs müddətinin üç ay uzadılması barədə qərarı zamanı ortaya çıxıb. Eldukayev Telman İsmayılovun ən yaxın adamlarından biri hesab edilir.
Qəzetin yazdığına görə, Telman İsmayılov 1996-cı ildə Tair Qurşumovla "pərakəndə satış sahəsinə sahiblik hüququ uğrunda rəqabətlə bağlı" münaqişəyə düşüb. Qeyd edək ki, ötən əsrin 90-cı illərində Qurşumov Rusiyada nüfuzlu şəxslərdən biri olub. Azərbaycanda yerləşən Qırmızı Qəsəbədən olan Tair Qurşumov 1970-ci illərdə Moskvaya köçüb və SSRİ Dövlət Plan Komitəsində işləyib. 1990-cı illərin əvvəllərində o, Moskvanın Şərq rayonunda ticarət yarmarkası təşkil edərək kiçik bazarı böyük topdan və pərakəndə ticarət mərkəzinə çevirib. Bundan əlavə, o, Moskvanın dağ yəhudiləri icmasının yaradıcılarından biri olub.
Rusiya FTX-nin məlumatına görə, 1996-cı ilin payızında Telman İsmayılov və Tair Qurşumov arasında münaqişə kəskinləşib. 1996-cı il dekabrın 23-də Tair Qurşumovun və onun kiçik qardaşı Telman Qurşumov Moskvanın Şerbakovskaya küçəsində atəşə tutulub. Tair Qurşumov bir neçə gün sonra dünyasını dəyişsə də, qardaşı sağ qalıb.
İstintaqı rayon prokurorluğu aparsa da, sonradan iş dayandırılıb. "Kommersant"ın mənbələrinə görə, Telman İsmayılov Çerkizovski bazarı ilə bağlı bir sıra qətllərdə iştirakı ilə bağlı da araşdırma aparılır.
Xatırladaq ki, bundan əvvəl tanınmış müğənnilərdən birinə hücum, habelə 2016-cı ildə Novorijskoye şossesində sahibkarlar Vladimir Savkin və Yuri Brılevin sifarişlə qətlə yetirilməsi ilə bağlı iş çərçivəsində qiyabi ittiham irəli sürülən Telman İsmayılov beynəlxalq axtarışa verilib. O, Monteneqroda Rusiyanın tələbi ilə həbs edilib, lakin onu ekstradisiya etməkdən imtina edib.
Qəzet yazır ki, cinayət işi ilə bağlı yeni epizodlar qalmaqallı iş adamının ekstradisiyası üçün ikinci sorğu göndərməyə imkan verəcək.
Vəkil Marina Rusakova "Kommersant"a bildirib ki, Telman İsmayılova qarşı yeni şübhələr barədə ilk dəfədir eşidir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1425 Tarix: 08 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBiləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı
Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd
18.09.2021 995 Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...
"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə
18.09.2021 2589 FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18.09.2021 523 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-
18.09.2021 250 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304 Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608 Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18.09.2021 774 Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089