"Bu səfər ikili münasibətlərin daha da yüksək səviyyəyə qaldırılmasına kömək edəcək"-DEPUTAT

"Bu səfər ikili münasibətlərin daha da yüksək səviyyəyə qaldırılmasına kömək edəcək"-DEPUTAT"26 aprel tarixində Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri oldu. Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirak etdi.Prezident İlham Əliyevin Almaniyaya səfəri mühüm xarakter daşıyır. Ölkə prezidentinin Almaniyaya səfəri ikili münasibətlərin daha da yüksək səviyyəyə qaldırılmasına kömək edəcək. Əminliklə qeyd etmək istəyirəm ki, Azərbaycanın dünyada baş verən qlobal hadisələrin həllində rolu gün keçdikcə daha da artır. Prezident İlham Əliyevin Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksəksəviyyəli Seqmentində iştirakı təkcə Almaniya ilə Azərbaycan arasındakı münasibətlər baxımından deyil, eyni zamanda Avropa İttifaqı və Cənubi Qafqaz arasındakı gələcək əməkdaşlıq baxımdan mühüm əhəmiyyət kəsb edir".

Bu sözləri BiG.AZ-A deputat Ceyhun Məmmədov deyib.

O bildirib ki, Azərbaycan bərpaolunan enerjinin istehsalı və ixracı sahəsində böyük potensiala malikdir. Hər kəsə məlumdur ki, Azərbaycan COP29-a qədərki dövrdə iqlim dəyişikliyinə qarşı mübarizədə öz töhfəsini verib və COP29-dan sonrakı dövrlərdə də öz töhfəsini verməyə davam edəcək.

"Noyabr ayında ölkəmizdə təşkil olunan COP29-un keçirilməsində Almaniyanın da dəstəyi danılmazdır. Bundan başqa, Fransadan fərqli olaraq Almaniyanın Cənubi Qafqazda sülhün bərqərar olunmasındakı dəstəyinin açıq şəkildə şahidi oluruq. Bu prosesdə atılan hər bir addım bizim üçün çox dəyərlidir. Bütün bunlar onu deməyə əsas verir ki, Almaniya Cənubi Qafqazda sülhün bərqərar olunması ilə bağlı öz mövqeyini ortaya qoyur. Qarabağ məsələsi ATƏT-in Minsk Qrupu çərçivəsində həlli məsələsində Almaniya mühim rol oynayır. Almaniya həm NATO, həm də Avropa Birliyinin üzvü kimi son zamanlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatların ərsəyə gəlməsində əhəmiyyətli rol oynayır. Güman edirəm ki, bu səfər Azərbaycan-Almaniya münasibətlərinin möhkəmlənməsi ilə yanaşı, Qarabağ probleminin ədalətli, beynəlxaq hüquq çərçivəsində həllinə töhfələrini verəcək". Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan bu ölkə ilə əlaqələrin inkişafına mühüm önəm verir. Azərbaycan-Almaniya münasibətlərinin uzunmüddətli tarixi var və bu tarixi köklərə söykənən dostluq münasibətləri son görüşdən sonra da yeni inkişaf mərhələsinə qədəm qoyacaq, bir sıra sahələrdə əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi üçün əlverişli imkanlar yaradacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 592   Tarix: 30 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rayonlara ayrılan milyonlar dayanır - SƏBƏB

2027-ci ildə Azərbaycanın 67 şəhər və rayonunun heç birinə yerli xərclərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən əlavə vəsait ayrılması nəzərdə tutulmur. Bu barədə "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd olunub. Layihəyə əsasən, gələn il Azərbaycan Respublikasını

23.10.2026 346
.

"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam..."

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilovu "İstiqlal" ordeni ilə təltif edib və ona həmin mükafatı təqdim edib. "Qafqazinfo"nun məlumatına görə, ordeni təqdimetmə zamanı dövlət başçısı ilə Xalq rəssamı arasında maraqlı dialoq ba

23.10.2026 353
.

İspaniyada Messinin qaldığı otelin önündə böyük İZDİHAM

Argentinalı ulduz futbolçu Lionel Messi həyat yoldaşı Antonela Rokutso ilə birlikdə İspaniyaya səfər edib. xarici mediaya istinadən xəbər verir ki, cütlük Asturiya Şahzadəsi mükafatlarının təqdimetmə mərasimində iştirak etmək üçün oktyabrın 22-də Oviedo şəhərinə gəlib. Messi və həyat yoldaşı şəhəri

23.10.2026 345
.

Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə görüşüb. APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə məlumat partiyanın "X" sosial şəbəkə hesabında paylaşılıb

23.10.2026 337
.

İqtisadi strategiya və icra məsuliyyəti: əsas məsələ nəticədir

Azərbaycanın son iyirmi ildən artıq müddətdəki iqtisadi inkişafına nəzər saldıqda Prezident İlham Əliyevin müəyyən etdiyi strategiyanın miqyası aydın görünür. Regional inkişaf proqramları, sənayeləşmə, enerji və nəqliyyat infrastrukturu, qeyri-neft sektorunun genişləndirilməsi, investisiyaların təşviq

23.10.2026 236
.

Rusiya azərbaycanlı iş adamının restoranını susuz qoydu

Rusiyada məhkəmə icraçılarının tələbi ilə Petrovski sahili yaxınlığında yerləşən və qalmaqallarla gündəmə gələn "Yardı Superbar" restoranının su təchizatı dayandırılıb. xəbər verir ki, sözügedən restoran yerli Azərbaycan diasporunun keçmiş rəhbəri, iş adamı Yusif Xəlilova məxsusdur. Daha əvvə

23.10.2026 411
.

Bu ərazilərə yağış yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərin

11:45 112
.

İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Sərəncama əsasən, sentyabrın 10-d

23.10.2026 336
.

Süni intellektlə 371 kitab buraxan yazıçı milyonçu oldu

Cənubi Afrika Respublikasından olan yazıçı süni intellektdən istifadə edərək 20 ay ərzində 371 kitab ərsəyə gətirib və milyonçu olub. xəbər verir ki, bu barədə EWN radiostansiyası məlumat yayıb. Koral Hart təxəllüsü ilə fəaliyyət göstərən qadın süni intellekt texnologiyalarının köməyi ilə bir milyo

23.10.2026 339
.