Türkmənistan Türkmənbaşı limanı vasitəsilə Orta Dəhliz üzrə tranzitin stimullaşdırılmasını təklif edir
Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafı və Türkmənbaşı limanı vasitəsilə tranzitin stimullaşdırılması Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatlarının böyüməsində və dünya bazarında mövqelərinin möhkəmlənməsinə töhfə verəcək.
"Report" xəbər verir ki, bunu Budapeştdə Türk Dövlətləri Təşkilatının Nəqliyyatı Əlaqələndirmə Komitəsinin ikinci iclası zamanı Türkmənistan Dəniz və Çay Marşrutları Agentliyinin sədri Batır Annayev deyib.
İclas iştirakçıları Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə nəqliyyat və tranzit əməliyyatlarının sadələşdirilməsi, daşıma prosedurlarının rəqəmsallaşdırılması və multimodal əlaqənin təkmilləşdirilməsi üzrə tədbirlərə diqqət yetiriblər.
B.Annayev vurğulayıb ki, Türkmənistan Türkmənbaşı dəniz limanı vasitəsilə yüklərin daşınmasını artırmaq üçün fəal addımlar atır: "Tranzitin stimullaşdırılması üçün dəniz limanı rüsumları üzrə imtiyazların və daşımalarda güzəştlərin verilməsi daxil olmaqla, müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Türkmənbaşı ilə Bakı arasında müntəzəm bərələr hərəkət edir və quru yük gəmiləri fider daşınmasını təmin edir. Türkmənbaşı limanında "gömrük anbarı" rejimi malları gömrük rüsumu ödəmədən 3 ilə qədər saxlamağa imkan verir".
Agentliyin rəhbəri bildirib ki, bu imkanlar bütün iştirakçı ölkələr üçün açıqdır.
Onun sözlərinə görə, Türkmənbaşı Beynəlxalq Dəniz Limanı bütün Mərkəzi Asiya regionunun əsas logistik mərkəzlərindən birinə çevrilmək imkanına malikdir:
"Bu liman Şərq-Qərb dəhlizinin halqası olmaqla Mərkəzi Asiyanın tranzit sistemində mühüm rol oynayır. İldə 17 milyon ton yükdaşıma qabiliyyətinə malik olan bu liman regionda tələbatın olduğu bütün növ malları qəbul etmək iqtidarındadır. Müntəzəm yük daşımaları Türkmənbaşı ilə Xəzəryanı dövlətlərin limanları üzrə həyata keçirilir".
O vurğulayıb ki, dünyada baş verən geosiyasi hadisələr və Mərkəzi Asiyadan ənənəvi ixrac malları (gübrələr, kimya və neft məhsulları) bazarında qeyri-sabitlik fonunda yükdaşıma marşrutları dəyişir:
"Asiya və Çindən malların daşınması üçün ən populyar marşrutlar Şimal (Rusiya vasitəsilə), Orta (Türkmənistan-Azərbaycan-Gürcüstan-Avropa) və Cənub (Qırmızı dəniz vasitəsilə) marşrutlarıdır. 2024-cü ilin əvvəlində Qırmızı dənizdə və digər bölgələrdə baş verən siyasi hadisələr Avropaya yüklərin daşınması qiymətlərinin kəskin artmasına səbəb olub. Bu baxımdan Xəzər və Qara dənizlər arasında Orta Dəhlizinin əhəmiyyəti artır. Layihədə iştirak edən ölkələrin onun inkişaf etdirilməsi üçün səylərinin birləşdirilməsi isə geniş perspektivlər açır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 723 Tarix: 27 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Ənsarallah" Mədinəyə hücum etdi
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad və Mədinə şəhərində "Ənsarallah" Hərəkatı (husilər) tərəfindən atılmış dronlar məhv edilib. Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiyanın sözçüsü Türki əl-Maliki məlumat verib. Açıqlamada hava hücumunu
22.10.2026 359 Traktorla 13 yaşlı velosipedçini vurub öldürdü
Neftçala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə oktyabrın 22-si Neftçala-Salyan avtomobil yolunun rayonun Həsənabad qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Həsənov Fərhad Kamil oğlu idarə etdiyi traktorla velosipedlə hərəkətd
10:21 180 Fəsil dəyişəndə bunlara diqqət edin - Həkimdən TÖVSİYƏ
İlin dörd fəsli var və qidalanma, geyim, gündəlik həyat tərzi fəsillərə uyğun olmalıdır. Biz də həyat tərzimizi həmin fəsillərə uyğun qurmalıyıq. Əgər fəslə, günə, havaya və suya uyğun davranmasaq, orqanizmin immun sistemi zəifləyə bilər. İmmun sistemi orqanların, toxumaların və hüceyrələrin birlikd
12:02 104 Tramp qiymətləri saxlaya bilmədi: "Qara qızıl" kəskin bahalaşdı
Husilərin Səudiyyə Ərəbistanına yeni hücumlarından sonra cümə axşamı neftin qiyməti barrel üçün 3 dollardan çox artıb. "Reuters"ə istinadla xəbər verir ki, bu, münaqişənin daha geniş şəkildə şiddətlənməsi və dünyanın əsas ixrac bölgəsindən neft tədarükünün daha da pozulması ilə bağlı qorxular
22.10.2026 352 Kirayə qaldığımız evdə qazdan boğulsaq, ev sahibindən təzminat ala bilərik? - CAVAB
ın "Bir sual, bir cavab" rubrikasında budəfəki mövzusu kirayəçinin qaldığı evdə sağlamlığına zərər dəyərsə, ev sahibindən təzminat alması məsələsi ilə bağlıdır. Kirayə qaldığımız evdə sağlamlığımıza zərər dəysə, qazdan boğulsaq, ev sahibindən təzminat ala bilərik? . xəbər verir ki, Mülki Məcəlləni
22.10.2026 392 KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar verə bilər
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderləri noyabrın 11-də keçiriləcək növbəti sessiyada Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilərlər. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Katib bildirib ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiy
10:59 140 Dünya yeni müharibəyə hazırlaşır? - Mütəxəssisdən AÇIQLAMA
Böyük Britaniya hökuməti əhalini ehtimal olunan müharibə və fövqəladə hallara hazırlamaq məqsədilə "Be Ready" ("Hazır ol") adlı genişmiqyaslı məlumatlandırma kampaniyasına başlayıb. .
Britaniya hakimiyyəti sakinlərə fors-major hallar üçün evlərində ən azı üçgünlük ərzaq və su ehtiyat
11:35 200 "Qalatasaray" - "Fənərbağça" derbisini idarə edəcək hakim bəlli oldu
Türkiyə Superliqasının IX turunda baş tutacaq İstanbul derbisinin hakim təyinatı açıqlanıb. xəbər verir ki, Türkiyə Futbol Federasiyasının yaydığı məlumata əsasən, "Qalatasaray" və "Fənərbağça" komandaları arasında keçiriləcək qarşılaşmanın idarə olunması Atilla Karaoğlana həval
22.10.2026 365 2030-cu ildə gənc qadınların 45 faizi subay və uşaqsız olacaq - TƏHLÜKƏLİ PROQNOZ
2030-cu ilə qədər 25-44 yaş arası qadınların təxminən 45%-i subay və uşaqsız olacaq. Bizim.Media xəbər verir ki, bu beynəlxalq investisiya bankı "Morgan Stanley"in proqnozlarında öz əksini tapıb. Məqalədə bildirilib ki, getdikcə daha çox qadın ali təhsil alır, karyera qurur və ailə həyatı qurmağı
22.10.2026 439