Azərbaycanda onlayn oyunlara qoşulan istifadəçilərin kart hesabları oğurlanıb
Sosial şəbəkələrdə feyk hesablar açaraq onlayn oyunlara istifadəçilərin kart hesabından 30 min manat oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının paytaxt ərazisində həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 2003-cü il təvəllüdlü Zaur Teymurxanov müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla həmin şəxsin sosial şəbəkələrdəki qanunsuz fəaliyyəti nəticəsində 19 nəfərin kartını taladığı məlum olub. Z.Teymurxanov bu yolla 30 min manata yaxın maddi vəsaiti dələduzluq yolu ilə ələ keçirərək öz kart hesabına köçürüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Məlumatda vurğulanıb ki, Z.Teymurxanovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə müraciət edə bilərlər.
"Bir daha vətəndaşlarımızı sosial şəbəkələrdə ayıq-sayıq və diqqətli olmağa çağırır, tanımadıqları şəxslərə, etibar etmədikləri səhifələrə onlayn qaydada ödəniş etməməyi tövsiyə edirik. Kibercinayətkarlıqla üzləşən şəxslər bu barədə polis orqanlarına məlumat verə bilərlər", - deyə qeyd edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 584 Tarix: 27 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşArzumun azadlıqda ilk - Görüntüləri
Xəbər verdiyimiz kimi, bloqer İlduzə Hacıyeva (Arzum) biraz əvvəl ilk apellyasiya məhkəməsində ev dustaqlığına buraxılıb. "Qafqazinfo" xəbər verir ki, bloqer artıq məhkəmə binasını sərbəst tərk edib. Arzum həbsdən azad edilməsi qərarına görə təşəkkür edib. Qeyd edək ki, hakim Elnur Nuriye
14:39 366 Rubio: İranın Hörmüz boğazı ilə bağlı addımları təhlükəli presedent yarada bilər
ABŞ dövlət katibi Marko Rubio İranın Hörmüz boğazına nəzarət etmək və gəmilərdən keçid haqqı tələb etməsi ilə bağlı iddiaların ciddi narahatlıq doğurduğunu bildirib. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, o, beynəlxalq mediaya açıqlamasında deyib ki, hər hansı ölkənin strateji dəniz marşrutuna nəzarə
16:20 151 Bank kartınızı kibercinayətkarlardan necə qoruya bilərsiniz?
Son illərdə Azərbaycanda kiberdələduzluq halları artmaqda davam edir. Dələduzlar müxtəlif üsullarla vətəndaşların bank kartı məlumatlarını ələ keçirməyə, onların hesablarından qanunsuz pul çıxarmağa çalışırlar. Saxta SMS-lər, fişinq saytları, sosial şəbəkələrdə göndərilən şübhəli keçidlər və özünü ban
11:43 186 Arzum bu şərtlərlə azadlığa çıxdı - Sosial şəbəkə qadağan edildi
20 gün əvvəl həbs edilən bloqer İlduzə Hacıyevanın (Arzum) hansı şərtlərlə ev dustaqlığına buraxılması məlum olub. "Qafqazinfo"nun məlumatına görə, Elnur Nuriyevin sədrlik etdiyi məhkəmə kollegiyası müdafiə tərəfinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətin
13:02 519 ABŞ-Səudiyyə Ərəbistanı nüvə sazişi: Yaxın Şərqdə nələr dəyişəcək? - POLİTOLOQDAN AÇIQLAMA
ABŞ və Səudiyyə Ərəbistanı arasında mülki nüvə enerjisi sahəsində əməkdaşlığı nəzərdə tutan yeni saziş beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Məlumata görə, razılaşma Səudiyyə Ərəbistanına ABŞ şirkətlərinin dəstəyi ilə nüvə energetikası proqramını inkişaf etdirmək imkanı yaradır. Bununl
17:38 97 Arzum ev dustaqlığına buraxıldı
Yol-nəqliyyat hadisəsində bir gəncin ölümünə, digərinin isə xəsarət almasına səbəb olmaqda və hadisə yerindən qaçmaqda təqsirləndirilən bloqer - "Arzum" ləqəbi ilə tanınan İlduzə Hacıyeva ev dustaqlığına buraxılıb. "Report"un məlumatına görə, bu barədə qərar Bakı Apellyasiya Məhkəməsind
12:49 439 CENTCOM: ABŞ İranda yeni hərbi əməliyyat mərhələsini başa çatdırıb
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı həyata keçirilən növbəti hava əməliyyatının yekunlaşdığını açıqlayıb. BİG.AZ CBS News-a istinadən xəbər verir ki, qurumun "X" sosial şəbəkəsində yaydığı məlumata görə, ABŞ qüvvələri ardıcıl 11-ci gecə İrandakı hərbi hədəflərə zərbələr endirib
15:37 142 "Qadın paltarı geyinmişəm, geyinəcəyəm də"
Aktyor Nicat Rəhimov maraqlı açıqlamaları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi öz verilişində obraz naminə qadın geyimində görünməsinə münasibət bildirib. "Bizə yaraşır, geyinirik. Başımıza çox şey gəlir. Aktyoramsa, geyinmişəm, geyinirəm, geyinəcəyəm də. Obraz tələb edirsə, niyə d
12:08 229 Yaponlar isti ilə mübarizə üçün insan soyuducusu təqdim etdi - Qiyməti nə qədərdir?
Yaponiyanın "SDRS" və "Trusco Nakayama" şirkətləri yüksək temperatur şəraitində çalışan insanların istidən qorunması üçün nəzərdə tutulmuş "Do Hiemon Box" adlı fərdi sərinlədici kabini təqdim ediblər. Qaynarinfo xəbər verir ki, bu barədə "GizmoChina" məlumat yayıb
21.07.2026 412