Zelenski ABŞ-yə təşəkkürünü bildirib: "Ədalətli sülh və təhlükəsizlik yalnız güclə əldə edilə bilər"
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynaya hərbi yardımı ehtivan edən qanun layihəsini təsdiqlədiyinə görə ABŞ Konqresinin Nümayəndələr Palatasına təşəkkürünü bildirərək sənədin Senatda da dəstəklənəcəyinə ümid etdiyini söyləyib.
"Report" xəbər verir ki, bu barədə dövlət başçısı sosial şəbəkədə paylaşım edib.
"ABŞ Konqresinin Nümayəndələr Palatasına, hər iki partiyaya və şəxsən spiker Mayk Consona tarixi doğru yolda saxlayan qərara görə minnətdaram.
Demokratiya və azadlıq həmişə qlobal önəmə malik olacaq və Amerika onu qorumağa kömək etdikcə, heç vaxt uğursuz olmayacaq. ABŞ Nümayəndələr Palatasının bu gün qəbul etdiyi həyati vacib yardım haqqında qanun layihəsi müharibənin genişlənməsinin qarşısını alacaq, minlərlə və minlərlə insanın həyatını qurtaracaq və hər iki xalqımızın daha da güclənməsinə kömək edəcək.
Ədalətli sülh və təhlükəsizlik yalnız güclə əldə edilə bilər.
Ümid edirik ki, qanun layihələri Senatda dəstəklənəcək və Prezident Baydenin masasına göndəriləcək. Təşəkkürlər, Amerika!", – o qeyd edib.
Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqləyib. Daha sonra qanun layihəsi əksəriyyətin Ukraynaya yardımı dəstəklədiyi Senata ötürüləcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 562 Tarix: 21 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDünya yeni müharibəyə hazırlaşır? - Mütəxəssisdən AÇIQLAMA
Böyük Britaniya hökuməti əhalini ehtimal olunan müharibə və fövqəladə hallara hazırlamaq məqsədilə "Be Ready" ("Hazır ol") adlı genişmiqyaslı məlumatlandırma kampaniyasına başlayıb. .
Britaniya hakimiyyəti sakinlərə fors-major hallar üçün evlərində ən azı üçgünlük ərzaq və su ehtiyat
11:35 306 ABŞ Ukrayna üçün yeni sülh planı hazırlayır: Donbasda silahsızlaşdırılmış zona yaradıla bilər
ABŞ Ukrayna üçün yeni sülh planı hazırlayır. Müzakirə olunan təkliflərə əsasən, Donbasda silahsızlaşdırılmış zona yaradıla, Kiyev isə NATO-ya üzvlük planlarından imtina edə bilər. xəbər verir ki, bu barədə "The Economist" nəşri Ukrayna rəsmilərinə istinadən məlumat yayıb. Təkliflər çərçivəsind
10:34 193 Yasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar
Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki
16:54 35 Paşinyan: AİB ilə münasibətlər Ermənistan üçün çətinlik yaradır
Avrasiya İqtisadi Birliyi (AİB) ilə münasibətlər Ermənistan üçün müəyyən çətinliklər yaradır. xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. "Ermənistan iqtisadi baxımdan kifayət qədər yaxşı fəaliyyət göstərir. Əlbəttə, çətinliklər də var. Hazırda əsas çətinlik AİB daxilindək
11:11 197 Yağmur "One Voice" klipi ilə dünyaya sülh və birlik mesajı verir
Azərbaycanın Uşaq Avroviziyası təmsilçisi Yağmur oktyabrın 23-də yeni "One Voice" mahnısına çəkilmiş klipini təqdim edib. Dramatik pop ballada janrında olan mahnı sülhə, birliyə, təbiətin qorunmasına və daha gözəl gələcəyə həsr olunub. "One Voice" fərqliliklərimizə baxmayaraq, hamımızı
16:41 83 "WhatsApp"a iki yeni funksiya gəlir
Məşhur mesajlaşma tətbiqi "WhatsApp"a iki yeni funksiya gəlir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp" istifadəçilərə fotolardan və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiya və yenilənmiş mesaj yazma sahəsini sınaqda
22.10.2026 495 Netanyahu İordan çayının qərb sahilini bağlayır - SƏRT QƏRAR
İsrailin Baş naziri Benyamin Netanyahu Hebron şəhərinin dərhal bağlanması və işğal altındakı İordan çayının qərb sahilində tam məhdudiyyət rejiminin tətbiqinə hazırlıq görülməsi barədə göstəriş verib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Netanyahu "Şin Bet" təhlükəsizlik xidmətini
12:18 207 İqtisadi strategiya və icra məsuliyyəti: əsas məsələ nəticədir
Azərbaycanın son iyirmi ildən artıq müddətdəki iqtisadi inkişafına nəzər saldıqda Prezident İlham Əliyevin müəyyən etdiyi strategiyanın miqyası aydın görünür. Regional inkişaf proqramları, sənayeləşmə, enerji və nəqliyyat infrastrukturu, qeyri-neft sektorunun genişləndirilməsi, investisiyaların təşviq
14:57 147 Kosmosdan görünən dairələr: Səhranın ortasındakı nəhəng sirr açıldı
Səhranın dərinliklərində, Mavritaniyanın ərazisində yerləşən heyrətamiz təbii obyekt alimlərin diqqətini uzun illərdir cəlb edir. Rişat strukturu (və ya Rişat krateri) kimi tanınan bu geoloji quruluş qərbli geoloqlara ən azı 1930-cu illərdən, fransız coğrafiyaşünaslarının onu ilk dəfə xəritəyə salmasında
22.10.2026 407