İşi məhkəmədə olan klinikadan daha bir şikayət - Pasiyentin burnu çirk edib (FOTO+VİDEO)
"Laser Beauty Clinic" barəsində daha bir şikayət daxil olub.
"Unikal"a müraciət edən pasiyent Gülya Məmmədova iddia edir ki, "Laser Beauty Clinic"də kosmetoloq Rəna Soltanova ona burun dolğusu etdikdən sonra burnu çirk etməyə başlayıb. Burun dolğusu üçün 350 manat pul ödədiyini deyən pasiyent klinikaya şikayət etsə də, burnunda yaranmış problem aradan qaldırılmayıb.
"Mən Məmmədova Gülya 17.05.2023 tarixində "Lazer Beauty Clinic"də Rəna Soltanovaya burun dolğusu üçün müraciət etmişəm. Kosmetoloq özü şəxsən mənə burun dolğusu etdi. Prosedurdan əvvəl asistentləri mənə bir neçə sənəd imzalatdılar. Prosedura 350 manat pul ödədim. Evə gəldikdən iki saat sonra burnumda dəhşətli ağrılar başladı. həkimə zəng etdim ki, ağrım var. Amma asistenti mənə dedi ki, damara düşəndə elə ağrı olur, ağrı kəsici içim keçib-gedəcək. Sabahı gün Rəna Soltanova özü görüntülü yığıb baxdı və panik vəziyyətdə təcili məni klinikaya çağırdı. Klinikada məni ən sonuncu kabinetə saldılar, qapını da bağladılar. Dedilər çıxmayım, həkim özü gələcək, başqa pasiyentlər görməsin. Rəna Soltanova gəldi başladı burnumu sıxmağa çirk çıxartdı. Sonra yenidən burnuma iynə vurdu. Soruşduqda isə dedi ki, vurduğu dolğunu əritmək məqsədilə iynə vurub. Bundan sonra dəfələrlə burnumda ağrı olduğunu desəm də, mənə inanmadıqlarını söylədilər. Burnuma vurduğu geli əritdiyindən, dolğunun pulunu, ödədiyim məbləği geri istəsəm də, mənə dəymiş ziyanı ödəmədilər. Mən Rəna Soltanovadan şikayətçiyəm. Klinikada özbaşınalığa son qoyulması üçün aidiyyəti qurumlar tədbir görməlidirlər"- Gülya Məmmədova bildirib.
O, məsələ barəsində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə müraciət etsə də, sözügedən qurum onun şikayətini araşdırmayıb: "Səhiyyə Nazirliyinin bu qurumu mənə məktub yazdı ki, guya, şikayəti araşdırmaq istəsələr də, onunla əlaqə yarada bilməyiblər. Halbuki, mən şikayət məktubuna işləyən əlaqə nömrəmi qeyd etmişdim. Buna baxmayaraq, onlar mənə təkrar müraciət etməyi, yaxud da məhkəməyə müraciət etməyi tövsiyə etdilər".
Qeyd edək ki, pasiyent redaksiyamıza ünvanladığı şikayət məktubunda burnunda yaranmış fəsadı əks etdirən foto və videoları da təqdim edib.
Məsələ ilə bağlı "Laser Beauty Clinic"də çalışan Rəna Soltanova ilə əlaqə saxlasaq da, dəstəyi qaldıran onun bacısı Nigar Rüfət Rəna Sultanovanın xaricdə səfərdə olduğunu söylədi. Bildirdi ki, onlar bütün pasiyentləri yadda saxlaya bilmirlər. Ona görə də, pasiyent şəxsiyyət vəsiqəsi ilə birgə yenidən klinikaya müraciət etməlidir. Əgər problem varsa, pasiyentə köməklik göstəriləcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1801 Tarix: 20 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Sərəncama əsasən, sentyabrın 10-d
17:03 85 KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar verə bilər
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderləri noyabrın 11-də keçiriləcək növbəti sessiyada Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilərlər. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Katib bildirib ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiy
10:59 191 Azərbaycan ilə Hindistan arasında iqtisadi əlaqələr və Azərbaycandan Hindistana malların ixracı
Müasir dövrdə beynəlxalq iqtisadi əməkdaşlıq ölkələrin iqtisadi inkişafında, xarici ticarət əlaqələrinin genişləndirilməsində və milli iqtisadiyyatların rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynayır. Qloballaşan dünya iqtisadiyyatında dövlətlər yeni bazarlara çıxış əldə etməyə, ixrac imkanların
15:50 143 Hövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır
Paytaxt Bakı bu günlərdə növbəti beynəlxalq idman yarışına - tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi edir. Yarışda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Turnirə ümumilikdə dörd minə yaxın gənc futbolçu, məşqç
15:34 158 Azərbaycan-Hindistan münasibətləri: siyasi dialoq, iqtisadi əməkdaşlıq və yeni ixrac perspektivləri
"Azərbaycan Prezidenti İlham Əliyevin Hindistan Respublikasının xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul etməsi iki ölkə arasında münasibətlərin gələcək inkişafı baxımından əhəmiyyətli hadisədir. Bu görüşü Azərbaycanın xarici siyasətində milli maraqlara əsaslanan, bütün istiqamətlər üzr
15:56 136 Hindistan və Azərbaycan münasibətlərinin diqqət mərkəzinə gəlməsi təsadüfi deyil - ŞƏRH
Hindistanın cari xarici siyasət praktikalarına nəzər yetirərkən görürük ki, baş nazir Narendra Modinin rəhbərliyi altında bu siyasətin əsas məqsədi ölkənin müstəqil qlobal güc kimi mövqeyini möhkəmləndirmək, milli təhlükəsizliyini qorumaq, iqtisadi imkanlarını genişləndirmək və müxtəlif güc mərkəzlər
17:21 13 İqtisadi strategiya və icra məsuliyyəti: əsas məsələ nəticədir
Azərbaycanın son iyirmi ildən artıq müddətdəki iqtisadi inkişafına nəzər saldıqda Prezident İlham Əliyevin müəyyən etdiyi strategiyanın miqyası aydın görünür. Regional inkişaf proqramları, sənayeləşmə, enerji və nəqliyyat infrastrukturu, qeyri-neft sektorunun genişləndirilməsi, investisiyaların təşviq
14:57 156 Yağmur "One Voice" klipi ilə dünyaya sülh və birlik mesajı verir
Azərbaycanın Uşaq Avroviziyası təmsilçisi Yağmur oktyabrın 23-də yeni "One Voice" mahnısına çəkilmiş klipini təqdim edib. Dramatik pop ballada janrında olan mahnı sülhə, birliyə, təbiətin qorunmasına və daha gözəl gələcəyə həsr olunub. "One Voice" fərqliliklərimizə baxmayaraq, hamımızı
16:41 121 Dünyanın xəstəlik xəritəsi dəyişir - Mütəxəssislər təhlükəyə diqqət çəkirlər
İqlim dəyişikliyi yalnız temperatur və yağıntı rejimlərinə deyil, xəstəliklərin dünyada yayılma coğrafiyasına da təsir göstərir. Daha mülayim qışlar və yüksələn temperatur ağcaqanad və gənə kimi xəstəlik daşıyan canlıların yeni ərazilərə yayılması üçün əlverişli şərait yarada bilər. Yeni araşdırma 2050-c
22.10.2026 425