Müğənnidən ETİRAZ: "Efirlərimiz arvad bazarı, qeybət yeri olub"
"Efirlərimizdə bu gün elə aparıcılar var ki, aparıcılıq etməsələr, daha yaxşı olardı. Əlbəttə ki, bu sözlərim hər aparıcıya aid deyil. İnsanlar şəxsi həyatlarını, öz ayıblarını verilişlərdə açıb-ağardırlar, aparıcılar da onlara şərait yaradır. Allah ayıbları örtəndir. Deyirlər ki, sən başqasının ayıbını ört, Allah da sənin ayıbını örtər. Bu gün efirlər ayıb açır. Və yaxud da insanlar öz xanımlarının, qayınanalar öz gəlinlərinin, xanımlar öz ərlərinin, gəlinlər qayınanalarının ayıblarını açırlar".
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Xuraman Şuşalı deyib. O daha sonra əlavə edib:
"Düşünürəm ki, buna ciddi nəzarət olmalıdır. Efirlərimiz qeybət yeri, arvad bazarı olub. Çox istərdim ki, efirlərimizdə bunlar olmasın. Mədəniyyətimizin, musiqimizin gözəl tərəfləri göstərilsin. Oxuya bilməyənlər bu gün ekrandadır, efirlərə bəh-bəhlə dəvət alırlar. Onlar sosial şəbəkədə pul verib müəyyən səhifə və saytlara özlərini təriflədirlər. Gərək efirə gəlib çıxmazdılar. Reytinq xətrinə bunları etməməlidirlər".
Müğənni bildirib ki, insan həyatını elə yaşamalıdır ki, öləndən sonra onu yaxşı yad etsinlər:
"İnsanın həyatında elə hadisələr baş verir ki, onun üstündən ötüb keçmək olar. Elə hadisələr də olur ki, həmin şəxs dünyasını dəyişəndən sonra da arxasınca danışılır. Sağlığında həmin insan o şəxsin həyatında elə kədərli izlər buraxıb ki... Bəlkə də o şəxsin ölən şəxsin arxasınca danışmağı normaldır. Nəticədə insan o şəxsin onun həyatında olub, həyatını məhv etdiyinə görə danışır. İnsan gərək həyatını elə yaşasın ki, öləndən sonra ona rəhmət deyilsin, rəhmətlə anılsın. Onlar gözləməsinlər ki, insanlar o öləndən sonra sağ ikən danışa bilmədiklərini danışsın. Çox təkəbbürlülük də bir şey deyil. Allah bir daha göstərir ki, təkəbbürlü olmayın. Təkəbbürlü olanların, sağlığında fironluq etmək istəyənlərin öləndən sonra da arxasınca danışanlar olur. Vaxtında gərək insanı əzməyəsən. Əzirsənsə, yoxluğunda da o şəxslər danışacaq. Deməsələr, əlbəttə ki, daha yaxşı olar. Allah bizə elə ömür nəsib etsin ki, ölüb gedəndən də sonra gözəl yad edilək".
Xuraman Şuşalı ona atılan daşlara bir çox hallarda cavab vermədiyini bildirib:
"Kim nə istəyir desin, kim nə istəyir danışsın. İnsan ağzını açanda söylədiyi fikirlərlə özünü təqdim edir. Bu gün ağıllı insanlar digərlərinin danışdıqlarına deyil, əməllərinə, addımlarına, yaşantılarına baxıb qiymət verirlər. Ona görə də danışanlar, müzakirə edənlər, əslində, özlərini görsələr, dəyişərlər. İnşallah, onlar da düzəlib yararlı işlərlə məşğul olarlar".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Ana, yalan yazıb bizi incitmək istədilər, amma onları bağışladım"
Aparıcı Kamilə Babayeva bir müddət əvvəl dünyasını dəyişən anası Münəvvər xanımla bağlı daha bir paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı paylaşımında bunları yazıb:. "Ana, elə bilirdim, hər gün səninlə bir hekayə paylaşacağam. Sonra başa düşdüm ki, sən bir hekayəyə sığacaq qız deyilsən axı
27.09.2026 308 Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Tanınmış müğənni Tacir Şahmaloğlu xəstəxanaya yerləşdirilib. Bununla bağlı sosial şəbəkələrdə görüntü yayılıb. Görüntülərdə sənətçi özünü yaxşı hiss etdiyini bildirib. ( )
20.09.2026 811 "Yeraltı"nın yayım tarixi bəlli oldu
Türkiyəli aktyorlar Devrim Özkan, Deniz Can Aktaş və Uraz Kayqılaroğlunun baş rollarını paylaşdığı "Yeraltı" serialının ikinci mövsümünün çəkilişlərinə start verilib. Axşam.az xəbər verir ki, serialın aktyor heyətinə İsmail Hacıoğlu da daxil olub. O, ekran işində "Bozo"nun düşmənin
13.09.2026 580 "Bentley" üzərində Aygün Kazımovaya SEVGİ NÜMAYİŞİ - VİDEO
Xalq artisti Aygün Kazımovanın fanatlarından birinin ona olan sevgisini nümayiş etdirmə üsulu diqqət çəkib. -ın məlumatına görə, sosial şəbəkələrdə "Divan"ın fotoları ilə bəzədilmiş "Bentley" markalı avtomobilin görüntüləri yayılıb. Malik Salahov şəxsi "Instagram" hesabınd
27.09.2026 226 10 milyonluq əməliyyatın nəticəsi - Ebru Gündeşin son halı gündəm oldu
Türkiyənin məşhur müğənnisi Ebru Gündeş estetik əməliyyatdan sonra yeni görünüşü ilə gündəmə gəlib. yerli KİV-ə istinadla xəbər verir ki, müğənninin əməliyyatdan sonra çəkilən fotolarında üzündəki dəyişiklik diqqətdən yayınmayıb. Onun yeni görünüşü sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. 51 yaşl
27.09.2026 508 Rüfət bu yolla arıqlayır
Müğənni Rüfət Axundov arıqlaması ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, sənətçi üç həftədir pəhriz saxladığını bildirib. İfaçı bu haqda "Qonaqcanlı" proqramında danışıb. O, 3 həftəyə 4,5 kiloqram çəki atdığını deyib. "Hazırda 84 kiloqram olmuşam. Hədəfim 80-78 kiloqrama qədər düşməkdir
20.09.2026 357 Almaxanımın həyat yoldaşı ilə SƏMİMİ ANLARI - VİDEO
Müğənni Almaxanım Əhmədovanın həyat yoldaşı ilə videosu marağa səbəb olub. xəbər verir ki, xanəndə avtobildə hərəkətdə olarkən birgə anlarını yayımlayıb. Sənətçinin səmimi ailə görüntüsünə çox sayda bəyənmələr gəlib və şərhlər yazılıb. Qeyd edək ki, Almaxanım Murad adlı bəylə ailəlidir
27.09.2026 247 Uzun illərdən sonra efirə qayıdır
Aparıcı Ceyran Rəhimova uzun fasilədən sonra efirə qayıdır. "Qafqazinfo" xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Aparıcı çəkiliş meydançasından fotosunu paylaşaraq "Tezliklə" yazıb. Axşam.az-ın məlumatına görə, C.Rəhimova yeni mövsümdə Space TV-də efir
23.09.2026 421 Rusiyada uşaqlara Burak adını verirlər
Türk seriallarının xaricdəki təsirinə daha bir yenisi əlavə olunub. Moskva Sosial İnkişaf Nazirliyinin açıqladığı 2026-cı il məlumatlarında, yeni doğulan uşaqlara verilən adlar arasında türk seriallarından tanınan Burak və Neslihan da yer alıb. Nazirlik bu adların sevilən aktyor və aktrisalara duyula
19.09.2026 285