Yaqub Zurufçunun həyat yoldaşı: "Mahnılarını heç kim icazəsiz oxuya bilməz, artıq şəhadətnamə almışıq"
"Yaqub Zurufçunun mahnılarını Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirirəm. Bizim əlimizdə şəhadətnamə var. Çünki Yaqub bəy bütün əmlakını oğluna və mənə həvalə etdiyinə görə hüquqlar da biz tərəfdən qorunur".
Bunu Moderator.az-a açıqlamasında böyük sənətkar, məşhur müğənni Yaqub Zurufçunun həyat yoldaşı Aynur Zurufçu deyib.
O daha sonra əlavə edib:
"Mahnının müəllifi var. Müəllif dünyadan köçübsə, onun varisləri var, hüquqlarını qoruyan şirkət var. Hər-hansısa musiqiyə müraciət etməmişdən öncə onun icazəsi alınmalıdır. Mən klassik musiqilərdən danışmıram. Bu, dünyanın hər yerində belədir. İcazə alınmayıb oxunulubsa, bunun özü bir hörmətsizlik, bilgisizlikdir.
Məlumatsızlıqdan belə hallar baş verir. Məlumat verəndə yenə də pis sən olursan. Mahnının müəllifi və varisləri icazə vermirsə oxunmamalıdır. Buna da əks münasibət göstərmək, əsəbiləşməyin özü də müəllif sahibinə qarşı mədəniyyətsizlikdir. Yavaş-yavaş artıq Yaqub bəyin bütün musiqilərini qeydiyyatdan keçirəcəyəm. Hələlik "Dəniz" mahnısı üçün müraciət edib, şəhadətnamə almışam. Şəhadətnamə alandan sonra bunu televiziyalara vermək istəyirəm ki, bilinsin mahnının müəllifi var. Gəlib-gedən, hər yoldan ötən bu mahnıları oxuya bilməz. Zatən Yaqub bəyin "YouTube" səhifəsində, digər musiqi platformalarda rəqəmsal formada yayımlanır. Nə qədər ki mən həyatdayam, bu işlə ciddi məşğul olacağam".
Aynur xanım bildirib ki, Yaqub Zurufçu hər zaman qalmaqallardan uzaq durub.
"Bir-iki dəfə belə bir məsələ olmuşdu. Mən bir az çılğın insanam, reaksiyam fərqli olurdu. Yaqub bəy çox sakit, mədəni, təmkinlə deyirdi ki, nə qədər ki insan məşhur olacaq, belə qalmaqallar, söz-söhbətlər də baş verəcək. Məsələ o vaxt şişir ki, sən ona reaksiya verirsən. Belə bir məsəl də var ki, sözü kim böyüdər? Əlbəttə ki, yiyəsi. O, həddindən artıq mülayim insan idi. Sözünü, yerini, danışığını bilən adam idi. Mənə də həmişə təmkin, səbir arzulayırdı", - deyə sənətkarın həyat yoldaşı bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1723 Tarix: 09 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident Melonini belə qarşıladı - Video
Xəbər verdiyimiz kimi, İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycana səfərə gəlib. "Qafqazinfo" xəbər verir ki, onu Prezident İlham Əliyev qarşılayıb. Qeyd edək ki, İlham Əliyev və Ciorcia Meloninin təkbətək görüşü keçirilib
04.05.2026 199 İlham Əliyevin Meloni ilə təkbətək görüşü keçirildi - Fotolar
Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb
04.05.2026 161 Prezidentin həmin çıxışından - Video
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışına aid videoçarx paylaşılıb. "Qafqazinfo" həmin videoçarxı təqdim edir:
04.05.2026 159 Uşaqlıqda valideyn diqqətindən məhrum olmusunuzsa... sizdə bu problemlər ola bilər
Psixoloqlar bir daha vurğulayırlar ki, insanın psixi vəziyyəti əsasən uşaqlıqda yaşadıqlarının nəticəsidir. Uşaqlıq illərində valideyn diqqətinin yetərsiz olması, ilk baxışda göründüyündən daha uzun müddət insanın həyatına təsir edir. xarici mediaya istinadən xəbər verir ki, valideyn diqqəti sağlam özünəqiymə
04.05.2026 184 Prezident Meloni ilə geniş tərkibdə görüşdü - Fotolar+Video
Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə geniş tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb
04.05.2026 165 Bu şəxslərə Rusiya vətəndaşlığı rüsumsuz verilə bilər
Vətəndaşlığı olmayan keçmiş SSRİ vətəndaşlarının Rusiya vətəndaşlığı alması üçün rüsumun ləğv edilməsi təklif olunur. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı qanun layihəsi Rusiya Dövlət Dumasına təqdim edilib. Qanun layihəsi həmçinin Ukraynaya qarşı müharibədə iştirak edən əcnəbilərin vətəndaşlı
04.05.2026 258 Arıqlama iynələri içkini tərgitməyə kömək edirmiş
Arıqlamaq üçün istifadə olunan inyeksiya preparatları alkoqol asılılığı ilə mübarizədə əlavə vasitə ola bilər. -ın xarici mediaya istinadən xəbərinə görə, araşdırmalar göstərir ki, bu cür dərmanlar spirtli içki istifadəsinin həm tezliyini, həm də həcmini azaltmağa kömək edə bilər. Bildirilir ki, xüsusil
04.05.2026 201 Nesrin Cavadzade səsiz-sədasız evləndi - Aralarındakı yaş fərqi eşidənləri şoka saldı
Türkiyəli tanınmış Azərbaycan əsilli aktrisa Nesrin Cavadzadenin şəxsi həyatı ilə bağlı yeni iddia maqazin gündəmini silkələyib. Məlumata görə, aktrisa Kadir Taner Uçar ilə Bodrumda səssiz-sədasız nikah masasına oturub. Türkiyə mediasına istinadlla xəbər verir ki, 43 yaşlı Cavadzade ilə 36 yaşlı Uça
04.05.2026 342 Qaraheybət təlim mərkəzində bədbəxt hadisə
Qaraheybət təlim mərkəzində bədbəxt hadisə baş verib. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, kursant M.Rüstəmov sursatla ehtiyatsız davranması nəticəsində vəfat edib. Faktla bağlı müvafiq araşdırmalar aparılır
04.05.2026 349