İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
President.az-ın məlumatına görə, bayram təbrikində deyilir:
"Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi çatdırıram.
Ramazan ayı insanların qəlbini və təfəkkürünü nurlandıran, onları əmin-amanlığa, vəhdətə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu bu ayda müsəlmanlar Uca Yaradan qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi-əxlaqi zənginliyin fərəhini yaşamaq fürsəti qazanırlar.
Xalqımız taleyinin ən çətin dönəmlərində belə, öz tarixi köklərini, milli-mədəni dəyərlərini, adət-ənənələrini qoruyub saxlamışdır. İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda dini bayram və mərasimlər hər il qeyd olunur və müsəlman aləmi ilə mənəvi həmrəyliyimizi təcəssüm etdirir. Builki Ramazan bayramı həm də otuz illik düşmən tapdağından azad edilmiş dədə-baba yurdlarımızda, Azərbaycanın bütün suveren ərazisində keçirilməsi ilə əlamətdardır.
Əziz bacı və qardaşlarım!
Orucluğun sınaqlarından alnıaçıq çıxan inanclı vətəndaşlarımız Ramazan ayını qürur və şükranlıq hissləri ilə yola salırlar. Ölkəmizin hər yerində xalqımıza xas xeyriyyəçilik və yardımlaşma tədbirləri həyata keçirilir, şəhidlərimizin ölməz xatirəsi minnətdarlıqla yad edilir. Ümidvaram ki, dua və niyyətləriniz Tanrı dərgahında qəbul olunacaq, bu mübarək bayram xeyirxahlığın, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilərək cəmiyyətimizdə birliyi və həmrəyliyi daha da gücləndirəcəkdir.
Allah orucunuzu qəbul etsin.
Ramazan bayramınız mübarək olsun!"
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 664 Tarix: 08 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞimali Koreya lideri poliqonda - yeni tapança nümayiş etdirildi
Şimali Koreya lideri Kim Çen In hərbi obyektə baş çəkərək yeni istehsal olunan tapançanı şəxsən sınaqdan keçirib. xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb. Məlumata görə, Kim Çen In obyektin atış poliqonuna baş çəkib və orada yeni tapançanın döyüş xüsusiyyətlərini şəxsə
12:07 233 Bəhreyndə SEPAH casusları saxlanıldı
Bəhreynin Daxili İşlər Nazirliyi İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xeyrinə casusluqda şübhəli bilinən dörd vətəndaşın saxlanıldığını açıqlayıb. Beşinci şübhəli isə ölkə xaricindədir və onun kimliyi artıq müəyyən edilib. xarici mediaya istinadla bildirir ki, istintaqın məlumatına görə
19:00 1 Antonio Koştanın Azərbaycana səfəri başa çatdı
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycan Respublikasına rəsmi səfəri martın 12-də başa çatıb. Qaynarinfo xəbər verir ki, Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəs
10:30 171 Buraxılış imtahanları narazılıq yaratdı - şagirdlər və valideynlər suallardan şikayət edir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanda keçirilən buraxılış imtahanları bu il də narazılıq müzakirələri ilə gündəmə gəlib. İmtahanda iştirak edən bəzi şagirdlər və valideynlər sualların gözləniləndən daha çətin olduğunu, bəzi tapşırıqların isə proqramdan kənar və ya mübahisəli göründüyünü iddia edirlər. Sosial şəbəkələrdə paylaşıla
12:59 265 Miss & Mister Of Azerbaijan 2026 Kasting Mərhələsi Uğurla Keçirildi - FOTO/VIDEO
25 yanvar 2026-cı il tarixində Bakı şəhərində yerləşən High Boost restoranında "Rich Events Group"un təşkilatçılığı, " saytının dəstəyi ilə "Miss & Mister Of Azerbaijan" layihəsinin rəsmi kasting mərhələsi uğurla təşkil olunmuşdur. xəbər verir ki, kastingdə Azərbaycanın müxtəli
13:50 218 XIII Qlobal Bakı Forumu - Qlobal müzakirə platformasıdır
Azərbaycan dünyada nüfuzlu ölkə və etibarlı tərəfdaş kimi tanınır. Bu səbəbdəndir ki, mötəbər beynəlxalq tədbirlərin əsas ünvanı da elə ölkəmizdir. Dünyada yaranan müasir çağırışlar, mövcud problemlər Azərbaycanın təşəbbüs və iştirakı ilə müzakirə olunur, həlli yolları axtarılır. Bu baxımdan ölkəmizd
13:12 238 Adəm İsmayıl Bakuvi: "Bakı-Brüssel dialoqu regionun geosiyasi balansını dəyişir"
"Martın 11-də Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Bakıda mətbuata bəyanatlarla çıxış ediblər. Bu görüş və səsləndirilən fikirlər Azərbaycan-Avropa İttifaqı münasibətlərinin mövcud vəziyyətini və perspektivlərini aydın şəkild
14:03 208 Üçüncü Dünya müharibəsi mümkündürmü? - Geosiyasi reallıqlar
"Uzun illərdir beynəlxalq ictimaiyyətdə müzakirə olunan əsas suallardan biri budur: bəşəriyyət Üçüncü Dünya müharibəsinə doğru gedirmi? Son illərdə Rusiya-Ukrayna müharibəsi, İsrailin Yaxın Şərqdə hərbi əməliyyatları, Koreya yarımadasındakı gərginlik, Hindistan-Pakistan qarşıdurması və ABŞ-İra
12:56 222 Bunu edənlər 200 manatadək cərimə ediləcək
Dilənçiliklə məşğul olma əməli artıq avaralıq sayılmayacaq və yeni cərimələr tətbiq ediləcək. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin bugünkü videokonfrans formatında birgə iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barəd
13:33 274