"Qərbin Ermənistana ötürdüyü pullar ordunun təchizatı və gücləndirilməsinə sərf olunacaq" - Politoloq

"Qərbin Ermənistana ötürdüyü pullar ordunun təchizatı və gücləndirilməsinə sərf olunacaq" - Politoloq"Qərb Brüssel görüşü çərçivəsində ABŞ-nin Ermənistana ayırdığı 65 milyon dolların,Avropa Birliyinin isə 270 milyon avrosunun rəsmi İrəvana burada həyata keçirilən iqtisadi islahatlara yardım adı ilə ayırdığını bəyan edir. Burada isə əsas məqsəd guya Ermənistanın Rusiyadan olan iqtisadi,enerji asılılığını aradan qaldırmaqdır.Halbuki bu məbləğlə həmin problemləri həll etmək mümkün deyil".

Bu sözləri politoloq Elşən Manafov BiG.AZ-a bildirib.

O qeyd edib ki, Qərbin Ermənistana ötürdüyü pullar təyinatı üzrə xərclənməyəcək,əksinə ordunun təchizatı və gücləndirilməsinə sərf olunacaq.

"Brüssel görüşü ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Blinkenlə telefon söhbətində görüşün təxirə saıinması tövsiyəsi ilə çıxış etdi. Görünür, Azərbaycan tərəfində bu görüşün qapalı hissəsində hansı məsələlərin müzakirə edilə biləcəyi ilə bağlı etibarlı məlumatlar var idi. Təsadüfi deyil ki ,Azərbaycan prezidenti bu görüşdən sonra regionu təhdid edə biləcək bütün hadisələrə görə ilk növbədə Ermənistanın,habelə ona Qərbdən havadarlıq edən bəlli dairələrin məsuliyyət daşıyacağını bəyan etmişdi.Ermənistanın Rusiya ilə keçən il ticarət dövriyyəsi 7,3 milyard dollar olmuşdur. Bu il üçün onun 8 milyard dollara çatdırılması nəzərdə tutulub. Ermənistanın Rusiyanın ona yanacağı güzəştli şərtlərlə ixrac etdiyinə görə əldə etdiyi subsidiyaların məbləği 1 milyard dollara yaxındır. Nəhayət hər il Rusiyadan Ermənistana 5 milyard dollar transfer edilir ki,Ermənistanda sosial gərginliyin artmasının qarşısını alan məhz budur.
Bəllidir ki,Qərbin Ermənistana ötürdüyü pullar təyinatı üzrə xərclənməyəcək,əksinə ordunun təchizatı və gücləndirilməsinə sərf olunacaq.
Qərb Ermənistanı silahlandırmaqla regiondakı mövcud durumu təhdid edir. Azərbaycana özünün məqbul bildiyi şərtlərlə sülh danişiqlarına getməyi tövsiyə edir. Burada da əsas məqsəd Rusiya ətrafında mühasirə həlqəsini qapamaq, onu regiondan sıxışdırıb çıxarmaqdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 983   Tarix: 08 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Tənhalıq sağlam həyata ayrılan illəri azalda bilər - ARAŞDIRMA

Tənhalıq yalnız insanın özünü tək hiss etməsi deyil, həm də onun psixoloji vəziyyətinə və həyat keyfiyyətinə təsir göstərə bilən amildir. Sosial əlaqələrin zəifləməsi uzunmüddətli perspektivdə insanın emosional rifahı üçün risk yarada bilər. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, tənhalıq v

23.10.2026 227
.

Dalaşan qadınları ayırmaq istədi, klinik ölüm keçirdi

Rusiyanın paytaxtı Moskvada iki qadının davasına müdaxilə edən 63 yaşlı kişi klinik ölüm keçirib. xəbər verir ki, küçədə iki qadın arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Həmin vaxt oradan keçən 63 yaşlı kişi qadınları ayırmağa çalışıb. Lakin qadınlardan biri kişinin üzünə zərbə endirib

23.10.2026 224
.

Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - Fotolar - Yenilənib

Fərhad Qurban oğlu Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə təltifə layiq görülüb. Qeyd edək ki, oktyabrın 26-da F.Xəlilovun 8

23.10.2026 375
.

"Qisasçılar" "Avatar"ı geridə qoydu - Kino tarixinin ən böyük rekordu yeniləndi

"Qisasçılar: Final" ("Avengers: Endgame") filmi yenidən dünya kino tarixinin ən çox gəlir gətirən ekran əsəri olub. xarici mediaya istinadən xəbər verir ki, 2019-cu ildə nümayiş olunan film təkrar kinoprokat sayəsində Ceyms Kemeronun məşhur "Avatar" filmini geridə qoyub

23.10.2026 231
.

Çox yeyirik, amma niyə doymuruq? - Səbəb boşqabımızdadır

Bəzən insan böyük porsiya yemək yeyir, hətta yeməkdən sonra şirniyyata da yer tapır, amma qısa müddət sonra yenidən aclıq hiss edir. Bunun səbəbi hər zaman kifayət qədər yeməmək deyil. Qidaların tərkibi, yemək vərdişləri və orqanizmin toxluq siqnalları bu vəziyyətə təsir göstərə bilər. BİG.AZ xaric

23.10.2026 251
.

"Siz də, maşallah, çox yaxşı görünürsünüz"

"Əlbəttə ki, Ulu Öndər mənim həyatımda həmişə bir nümunə olub, örnək olub. Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edərkən bildirib

23.10.2026 278
.

Keşişlər Tramp üçün dua etdilər

ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı Ağ Evdə, Oval kabinetdə ölkənin aparıcı Katolik kilsəsi xadimlərini qəbul edib. "Yeni Sabah" xəbər verir ki, görüş zamanı katolik yepiskoplar dövlət başçısının ətrafına toplaşaraq onun və ölkənin rifahı üçün xüsusi dua ediblər. Ağ Evin rəsmisi Marq

23.10.2026 165
.

"Ulduzlu Gecə"nin 137 illik sirri açıldı - Fotolar

Niderlandlı dahi rəssam Vinsent van Qoqun 1889-cu ildə çəkdiyi məşhur "Ulduzlu Gecə" tablosunda təsvir etdiyi səmanın real astronomik müşahidələrlə üst-üstə düşdüyü müəyyən edilib. Yeni araşdırma rəssamın əsəri nə vaxt yaratdığı və üzərində nə qədər müddət işlədiyi ilə bağlı müzakirələrə yen

23.10.2026 122
.

Ofelya Şabanova efirdə ingiliscə danışdı

Müğənni Ofelya Sabanova qonaq olduğu "1001 şou" verilişində çıxışı ilə diqqət mərkəzinə düşüb. xəbər verir ki, sənətçinin proqram zamanı səsləndirdiyi şeir, canlı ifası və aparıcının suallarını ingilis dilində cavablandırması maraq doğurub. Ofelyanın efirdə nümayiş etdirdiyi fərqli çıxış tərz

23.10.2026 220
.