İcra başçısından şəhid qızına HÖRMƏTSİZLİK: "Sənin yuxarıda adamın olsa, obyektin sökülməzdi"
Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov şəhid ailəsinin obyektini söküb.
Bu barədə şəhid qızı Süvarova Vüsalə tərəfindən Sonxeber.az-a şikayət daxil olub.
Şəhid qızı bildirib ki, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov öz öhdəliklərini yerinə yetirmir:
Atam 1994-cü ildə Ağdam rayonunda şəhid olub. Onun nəşi tapılmadı. Biz yaşadığımız binanın qarşısında prezidentin şəhid ailələrinə verdiyi təqaüdlə keçmişdə atama verilən torpaq sahəsində gözəllik salonu tikdirmişdik. Vasif İmanov Pirallahıya Pirallahı Rayon İcra başçısı təyin edildi. Vasif İmanov bizim obyektimizi sökdü. Yanında yerləşən digər obyektlər qaldı. Bizə bildirdi ki,bu ərazidə uşaq meydançası salınacaq. Nədənsə şəhid ailəsinjn obyekti onun gözünə girdi. Vasıf İmanov bizə bildirdi ki, buranı sökürük, amma sizəi yaxşı yerdə obyektlə təmin edəcəyik. Biz də razılaşdıq. Dedik ki, yəqin qanun belədir. Sonradan məlun oldu ki, icra başçısı heç kimə obyekt verməyəcək. Biz onun qəbuluna getdik. İcra başçısı Vasif İmanov bizə bildirdi ki, mən sizə elə bir söz deməmişəm.
2013 cü ildə bizim obyektimiz söküldü. Bu 11 ilin içində biz onun qəbuluna dəfələrlə getdik. O bizə bildirdi ki, sübut edin ki, sizin o ərazidə obyektiniz olub. Pirallahıda bir çox obyektlər və evlər sənədsizdir. Allahın işidir təsadüfən köhnə kompüterimi təmir etdirərkən obyektimizin şəkillərini tapdım. 2012-ci ildə qar yağdığı zaman şəkillər çəkmişdim. Həmin fotolarda bizim obyektimiz də görsənirdi. Bu fotolar ilə bir daha Vasif İmanovun qəbuluna getdik. İcra başçısı bu dəfə də bu şəkillərin fotoshop olduğunu dedi. Video təqdim etdim. İcra başçısı bizə " Get hara şikayət edirsən, elə sənin yuxarıda adamın yoxdu. Sənin yuxarıda adamın olsa idi, obyektin sökülməzdi" dedi. Mən isə ona bildirdim ki, bizim ilk növbədə Allahımız və prezidentimiz var.
Prezident səni bura təyin etməyib ki, xalqı əzəsən. Təyin edib ki, xalqa xidmət edəsən. Vasif İmanov dedi ki, get hara şikayət edirsən elə. Mən prezident administrasiyasi və Mehriban xanım Əliyevaya şikayət etdim. Vasif İmanovmənim şikayət etdiyimi biləndən sonra, bir gecədə həmin ərazidə obyekt tikdi. Gecə ilə bütün ustaları töküb işlətməyə başlatdı. Bu özü də cinayətdir. Bu obyektin kimin üçün tikildiyini soruşanda bizə deyildi ki, obyekti sən demə icra başçısı özü üçün tikir. Məndə video görüntülər də var. Polis səhəri gün gəlib onları qovdu. Amma yenə öz işlərinə davam etdilər. Ustaların başının üstündə Vasif İmanovun müavini dayanırdı. MTK keçmiş rəisi də orada idi.
Şəhid qızı olaraq sizdən xahiş edirəm şikayətimizi işıqlandırasınız. Bu özbaşnalığlı prezidentimiz cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva da görsün".
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1527 Tarix: 08 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTənhalıq sağlam həyata ayrılan illəri azalda bilər - ARAŞDIRMA
Tənhalıq yalnız insanın özünü tək hiss etməsi deyil, həm də onun psixoloji vəziyyətinə və həyat keyfiyyətinə təsir göstərə bilən amildir. Sosial əlaqələrin zəifləməsi uzunmüddətli perspektivdə insanın emosional rifahı üçün risk yarada bilər. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, tənhalıq v
23.10.2026 227 Dalaşan qadınları ayırmaq istədi, klinik ölüm keçirdi
Rusiyanın paytaxtı Moskvada iki qadının davasına müdaxilə edən 63 yaşlı kişi klinik ölüm keçirib. xəbər verir ki, küçədə iki qadın arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Həmin vaxt oradan keçən 63 yaşlı kişi qadınları ayırmağa çalışıb. Lakin qadınlardan biri kişinin üzünə zərbə endirib
23.10.2026 224 Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - Fotolar - Yenilənib
Fərhad Qurban oğlu Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə təltifə layiq görülüb. Qeyd edək ki, oktyabrın 26-da F.Xəlilovun 8
23.10.2026 375 "Qisasçılar" "Avatar"ı geridə qoydu - Kino tarixinin ən böyük rekordu yeniləndi
"Qisasçılar: Final" ("Avengers: Endgame") filmi yenidən dünya kino tarixinin ən çox gəlir gətirən ekran əsəri olub. xarici mediaya istinadən xəbər verir ki, 2019-cu ildə nümayiş olunan film təkrar kinoprokat sayəsində Ceyms Kemeronun məşhur "Avatar" filmini geridə qoyub
23.10.2026 231 Çox yeyirik, amma niyə doymuruq? - Səbəb boşqabımızdadır
Bəzən insan böyük porsiya yemək yeyir, hətta yeməkdən sonra şirniyyata da yer tapır, amma qısa müddət sonra yenidən aclıq hiss edir. Bunun səbəbi hər zaman kifayət qədər yeməmək deyil. Qidaların tərkibi, yemək vərdişləri və orqanizmin toxluq siqnalları bu vəziyyətə təsir göstərə bilər. BİG.AZ xaric
23.10.2026 251 "Siz də, maşallah, çox yaxşı görünürsünüz"
"Əlbəttə ki, Ulu Öndər mənim həyatımda həmişə bir nümunə olub, örnək olub. Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edərkən bildirib
23.10.2026 278 Keşişlər Tramp üçün dua etdilər
ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı Ağ Evdə, Oval kabinetdə ölkənin aparıcı Katolik kilsəsi xadimlərini qəbul edib. "Yeni Sabah" xəbər verir ki, görüş zamanı katolik yepiskoplar dövlət başçısının ətrafına toplaşaraq onun və ölkənin rifahı üçün xüsusi dua ediblər. Ağ Evin rəsmisi Marq
23.10.2026 165 "Ulduzlu Gecə"nin 137 illik sirri açıldı - Fotolar
Niderlandlı dahi rəssam Vinsent van Qoqun 1889-cu ildə çəkdiyi məşhur "Ulduzlu Gecə" tablosunda təsvir etdiyi səmanın real astronomik müşahidələrlə üst-üstə düşdüyü müəyyən edilib. Yeni araşdırma rəssamın əsəri nə vaxt yaratdığı və üzərində nə qədər müddət işlədiyi ilə bağlı müzakirələrə yen
23.10.2026 122 Ofelya Şabanova efirdə ingiliscə danışdı
Müğənni Ofelya Sabanova qonaq olduğu "1001 şou" verilişində çıxışı ilə diqqət mərkəzinə düşüb. xəbər verir ki, sənətçinin proqram zamanı səsləndirdiyi şeir, canlı ifası və aparıcının suallarını ingilis dilində cavablandırması maraq doğurub. Ofelyanın efirdə nümayiş etdirdiyi fərqli çıxış tərz
23.10.2026 220