Ermənistan Brüssel görüşü ilə geri dönüşü olmayan tunelə salınıb - RƏY
Brüsseldə aprelin 5-də keçirilən ABŞ-Aİ-Ermənistan formatlı görüşü ilə Ermənistan geri dönüşü olmayan tunelə salınıb və Qərbdən asılı vəziyyətə düşüb.
Bunu "Report"a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O, qeyd edib ki, Qərbdəki bəzi güclər Cənubi Qafqazı da müharibə zonasına çevirmək üçün fəaliyyətə keçiblər: "Bu qanlı planın icrası üçün isə vasitə kimi Ermənistandan istifadə edilir".
V.İskəndərovun sözlərinə görə, bu gün ABŞ və Aİ-nin timsalında Qərbin müharibə komandası Ermənistanı silahlandırılması, ona maliyyə yardımlarının edilməsi üçün hərəkətə keçiblər: "Bu plana hansısa "missiya" adı altında ABŞ əsgərlərinin Ermənistan yerləşdirilməsi də daxildir. Elə aprelin 5-də Brüsseldə keçirilən ABŞ-Aİ-Ermənistan görüşü də bu məqsədə xidmət edir".
Deputat bildirib ki, Azərbaycan bu addımların regiona təhlükə törətdiyini bəyan edib və öz qətiyyətli mövqeyini ortaya qoyub: "Məhz bunun nəticəsidir ki, ABŞ və Aİ rəsmiləri görüşdən öncə Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək izah verdilər. Bununla belə Azərbaycan o mövqeyində qaldı ki, bu görüş Cənubi Qafqazda yenidən gərginlik yaratmağa xidmət edir".
V.İskəndərov vurğulayıb ki, ABŞ və Aİ Azərbaycanı əmin etmək istəyirdilər ki, Ermənistanla bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirlər Azərbaycana qarşı yönəlməyib.
"Amma bu iddiaların Azərbaycanı qane etməməsi üçün ciddi əsaslar var. Məsələn, Brüsseldə Ermənistanın "iqtisadi inkişafı" müzakirə olunacağı vəd edilsə də, bir neçə yüz milyonluq yardım üçün belə formatda görüşə ehtiyac yox idi. Deməli, pərdəarxası hərbi yardımın ayrılması və hərbi paktdır. Xüsusilə də görüşdən sonra Ermənistan tərəfinin cəbhədə hərbi təxribatlar törətməsi bu məqama işıq salır və Azərbaycanın narahatlığının əsassız olmadığını sübut edir", - o söyləyib.
Deputat əlavə edib ki, Ermənistan rəhbərliyi ağlını başına yığmalıdır: "Azərbaycanın gücü, hərbi qüdrəti bəllidir. Digər tərəfdən Ermənistan unutmasın ki, Qərbə yalnız vasitə kimi lazımdır. Mən bədxah qonşularımıza tarixi "Sevr" müqaviləsini xatırlatmaq, daha doğrusu Brüssel razılaşmasını o müqavilə ilə müqayisə etmək istəyirəm. Xatırladım ki, o zaman ermənilər vədlər qarşılığında Osmanlıya qarşı müharibəyə girdi, amma həm məğlub oldu, həm də vəd olunanları almadı. Ermənistan tarixdən nəticə çıxarmır və yenə özünü eyni tələyə salır. Dediyim kimi, Ermənistandan yenə qonşu dövlətlərə qarşı istifadə olunur. Və bu dəfə də aqibəti acınacaqlı olacaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 919 Tarix: 07 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRəqəmsallaşan Azərbaycanda internet keyfiyyəti niyə narazılıq doğurur?
Azərbaycanda rəqəmsallaşma sürətlə genişlənsə də, internetin keyfiyyəti və sürəti ilə bağlı istifadəçi narazılıqları hələ də aktualdır. Xüsusilə ev interneti və mobil şəbəkələrdə rast gəlinən texniki problemlər insanların gündəlik həyatına, iş fəaliyyətinə və rəqəmsal xidmətlərdən istifadəsinə birbaş
23.10.2026 261 Yasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar
Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki
23.10.2026 270 Limon suyu və duz qarışığının bilmədiyiniz FAYDASI
Təcrübəli evdar qadınlar limon suyu və duz qarışığından məişətdə müxtəlif məqsədlərlə istifadə edirlər. Bu sadə qarışıq xüsusilə zamanla qaralan mis əşyaların təmizlənməsinə və əvvəlki parlaqlığının bərpasına kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, limon suyu ilə duzun qarışdırılmas
23.10.2026 202 "Siz də, maşallah, çox yaxşı görünürsünüz"
"Əlbəttə ki, Ulu Öndər mənim həyatımda həmişə bir nümunə olub, örnək olub. Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edərkən bildirib
23.10.2026 278 Yağmur "One Voice" klipi ilə dünyaya sülh və birlik mesajı verir
Azərbaycanın Uşaq Avroviziyası təmsilçisi Yağmur oktyabrın 23-də yeni "One Voice" mahnısına çəkilmiş klipini təqdim edib. Dramatik pop ballada janrında olan mahnı sülhə, birliyə, təbiətin qorunmasına və daha gözəl gələcəyə həsr olunub. "One Voice" fərqliliklərimizə baxmayaraq, hamımızı
23.10.2026 266 Azərbaycan-Hindistan münasibətləri: siyasi dialoq, iqtisadi əməkdaşlıq və yeni ixrac perspektivləri
"Azərbaycan Prezidenti İlham Əliyevin Hindistan Respublikasının xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul etməsi iki ölkə arasında münasibətlərin gələcək inkişafı baxımından əhəmiyyətli hadisədir. Bu görüşü Azərbaycanın xarici siyasətində milli maraqlara əsaslanan, bütün istiqamətlər üzr
23.10.2026 250 Bahalı brend geyim və telefon istifadə edənlər əlavə vergi ödəməlidir - TƏKLİF
"Dəbdəbə həvəsi, şöhrətpərəstlik və bir növ görməmişlik bir çox insanın həyatına mənfi təsir göstərir, lakin bəziləri bunun fərqində belə deyil". Bu sözləri BİG.AZ-a açıqlamasında psixoloq Elmir Əkbər bildirib. O qeyd edib ki, insanlar bir çox şeyi sadəcə görüntü xatirinə edirlər:. "Məsələn
23.10.2026 405 Dalaşan qadınları ayırmaq istədi, klinik ölüm keçirdi
Rusiyanın paytaxtı Moskvada iki qadının davasına müdaxilə edən 63 yaşlı kişi klinik ölüm keçirib. xəbər verir ki, küçədə iki qadın arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Həmin vaxt oradan keçən 63 yaşlı kişi qadınları ayırmağa çalışıb. Lakin qadınlardan biri kişinin üzünə zərbə endirib
23.10.2026 224 İran ali rəhbərinin nümayəndəsi: Xameneinin ictimaiyyət arasına çıxmaq imkanları məhduddur
"İranın Ali rəhbəri Müctəba Xamenei müharibə şəraitinə və ictimaiyyət qarşısında görünmək imkanlarının məhdud olmasına baxmayaraq, ölkənin idarə edilməsini davam etdirir". Teleqraf xəbər verir ki, bunu İran ali rəhbərinin İslam İnqilabı Keşikçiləri Korpusundakı (SEPAH) nümayəndəsi Abdulla
23.10.2026 206