"İran Ermənistana silah yardımı edərsə, Azərbaycanın reaksiyası gec olmayacaq" - Politoloq
İran hava yollarına məxsus "Boeing" yük təyyarəsi ilə Ermənistana silah daşındığı iddia olunur. Bu barədə məlumat "MaidenTower" "Telegram" kanalında yayımlanıb.
Politoloq Turan Rzayev BiG.AZ-a bildirib ki, bu məlumat dəqiq deyil. Burada sadəcə təyyarənin uçuş trayektoriyası göstərilib:
"Mən bunu real hesab etmirəm. Təyyarənin içində silah olub-olmadığını nəyə əsasən deyirlər? Hər gün Ermənistandan İrana və ya İrandan Ermənistana onlarla təyyarə uçur. Bu o demək deyil ki, onların hamısının içində silah olur. Ermənistanın silahlanmasının İranı nə dərəcədə maraqlandırması da sual altındadır. Ümumiyyətlə nəzərə almaq lazımdır ki, bu gün İran və İsrail arasında gərginlik var və ölkələr çox ciddi qarşıdurma içərisindədirlər. İsrailin Suriyadakı İran konsulluğuna hücumu və diplomatların həyatını itirməsindən sonra iki ölkə arasında münasibətlər gərginləşib. Hazırda İranı narahat edən əsas məsələ İsrail ilə mübarizə və İsrailə başladacağı müharibədir. Bununla belə Ermənistana silah yardımı edirsə, şübhəsiz ki, Azərbaycanın reaksiyası da gec olmayacaq. Məncə, İran bu riskli addımı atmaz. Çünki İsrail və Azərbaycan münasibətləri yaxşıdır və faktiki bu gün İran İsraillə gərgin olduğu zamanda Ermənistanı silahlandırarsa, Azərbaycan da cavab olaraq İsraillə təmasları gücləndirə bilər və İrana qarşı birlik içində ola bilər. Bu məntiqlə yanaşdıqda silah daşınmasını real hesab etmirəm. Bunun üçün əsas yoxdur. Hazırda İranın özünə ciddi təhdidlər gəlir. Söhbət ABŞ və Avropanın Ermənistanda nüfuzunu gücləndirməsidir. Təsadüfi deyil ki, dünən İran və Rusiya arasında təhlükəsizliyə dair saziş imzalandı. Bu, onu göstərir ki, İran və Rusiya Qərbin maraqlarına qarşı birlikdə hərəkət edirlər. Bütün bu reallıqları nəzərə alaraq İranın Ermənistana silah yardımı etdiyini düşünmürəm. Belə bir şey sübut olunarsa da, Azərbaycan buna ən sərt şəkildə reaksiya verəcək".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1261 Tarix: 05 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Əsas müttəfiqiniz Mehriban xanımdır"
"44 günlük müharibədə qazanılmış Zəfər və Sizin müsahibələr dünyaya göstərdi ki, Azərbaycan nədir, Azərbaycan kimdir. Doğrudan da bu, ağılasığmayan bir məsələdir. Doğrudan da Sizin təcrübəniz təbiətdən gələn bir keyfiyyətdir. Əlbəttə, bu yolu bizim Ulu Öndərimiz, dahi siyasi xadimimiz açdı. O, hə
23.10.2026 256 Hindistanla iqtisadi əməkdaşlıq: Azərbaycanın qeyri-neft sektorunun inkişafı və ixrac imkanları
Hindistanla iqtisadi əlaqələrin güclənməsi Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və xarici investisiyaların cəlb edilməsi baxımından əhəmiyyətli imkanlar yarada bilər. Hindistan böyük bazara və güclü sənaye potensialına malik ölkədir. Azərbaycan isə əlverişl
23.10.2026 271 Hindistan və Azərbaycan münasibətlərinin diqqət mərkəzinə gəlməsi təsadüfi deyil - ŞƏRH
Hindistanın cari xarici siyasət praktikalarına nəzər yetirərkən görürük ki, baş nazir Narendra Modinin rəhbərliyi altında bu siyasətin əsas məqsədi ölkənin müstəqil qlobal güc kimi mövqeyini möhkəmləndirmək, milli təhlükəsizliyini qorumaq, iqtisadi imkanlarını genişləndirmək və müxtəlif güc mərkəzlər
23.10.2026 278 10 yaşlı uşağa təcavüz edən "Akula Akif": "Cinlər məni yoldan çıxardı"
Abşeron rayonunun Xırdalan şəhərində 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz edib. -a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki mənzillərdən birində baş verib. "Akula Akif" ləqəbi ilə tanınan Akif Məmmədov (soyad şərtidir - red.) yaşadığı küçədə dəmir yığmaql
23.10.2026 388 Aİ Ukrayna üzrə sülh danışıqlarının növbəti mərhələsində iştirak etməyi planlaşdırır
Avropa Komissiyası Ukraynada sülh nizamlanmasına dair çoxtərəfli danışıqların növbəti raundunun Avropa İttifaqı (Aİ) nümayəndələrinin də iştirakı ilə keçiriləcəyinə ümid edir. Teleqraf xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının sözçüsü Ariana Podesta məlumat verib
23.10.2026 182 Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə görüşüb. APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə məlumat partiyanın "X" sosial şəbəkə hesabında paylaşılıb
23.10.2026 188 Coni nadir xəstəlikdən əziyyət çəkir?
Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coninin (Cahid Hüseynli) nadir genetik xəstəlik olan ailəvi Aralıq dənizi qızdırmasından (FMF) əziyyət çəkdiyi iddia olunur. Axşam.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı öz mənbəsinə istinadən məlumat yayıb. Məlumata görə, 30 yaşlı ifaç
23.10.2026 227 Azərbaycan ilə Hindistan arasında iqtisadi əlaqələr və Azərbaycandan Hindistana malların ixracı
Müasir dövrdə beynəlxalq iqtisadi əməkdaşlıq ölkələrin iqtisadi inkişafında, xarici ticarət əlaqələrinin genişləndirilməsində və milli iqtisadiyyatların rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynayır. Qloballaşan dünya iqtisadiyyatında dövlətlər yeni bazarlara çıxış əldə etməyə, ixrac imkanların
23.10.2026 254 Dünyəvi təhsil və dini inanclar: hüquqi sərhəd haradan keçir?
Hər bir cəmiyyətdə dini inanc məsələsi həssas mövzulardan biridir. Bu həssaslıq uşaqlara, müəllimlərə və məktəb mühitinə aid olduqda məsələ daha da ciddiləşir. Çünki söhbət təkcə geyimdən, baş örtüyündən və ya şəxsi seçimdən getmir. Söhbət dövlətin dünyəvi xarakterindən, təhsilin mahiyyətindən, qanunları
23.10.2026 243